Bu gün Faxralıda Qanlı 20 Yanvarda həlak olan 25 yaşlı gəncin qəbrini ziyarət etdik...

Bu gün Faxralıda Qanlı 20 Yanvarda həlak olan 25 yaşlı gəncin qəbrini ziyarət etdik... Bu gün Faxralıya getmişdik. Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsində həlak olan 25 yaşlı İlqar Əhmədovun qəbrini ziyarət etdik, sonra onun anadan olduğu evə baş çəkdik.

Faxralıdakı orta məktəbin şagirdləri Azərbaycan dili
və Ədəbiyyatı müəllimi, istedadlı şairə
Fatma xanım Əliyeva
nın
20 Yanvar şəhidi İlqar Əhmədova həsr etdiyi şeiri və şair Məmməd Aslanın “Ağla, qərənfil, ağla!” və digər qələm sahiblərinin şəhidlərə həsr etdikləri şeirləri söylədilər.

Bu gün Faxralıda Qanlı 20 Yanvarda həlak olan 25 yaşlı gəncin qəbrini ziyarət etdik... Bu gün Faxralıda Qanlı 20 Yanvarda həlak olan 25 yaşlı gəncin qəbrini ziyarət etdik... Mən də 20 Yanvara həsr etdiyim şeirimi söylədim.
Ey həyat, sən nə qəribəsin!
Bir azərbaycanlı gənc Faxralıda dağların qoynunda salınmış qəbiristanlıqda bəxtindən uzaq düşərək uyuyur, ana isə tək-tənha onun başdaşına sarılıb oğlunun dərdini çəkir, göz yaşı tökür.
Və üstəlik onun dərdinə şərik olduğumuza bizə görə təşəkkür də etdi.

Səfirlik əməkdaşı isə:
- “Qarşısında hamımız baş əyirik”, - söylədi..

Qələbə naminə

Qanlı Yanvar, dağ çəkibsən sinəmə,
Hələ sağalmayıb süngü yarası.
Hər il dərd çəkərək yola çıxıram,
Tiflis-Bakı, Bakı-Tiflis arası!

Nənəmin də sir-sifəti qaralıb,
Əllərinə xına yaxmır bir nənəm!
Şəhidlərə ağı deyib ağlayır,
Ağlayanda danışmaram, dinmərəm.

Heç soruşmur ölən kimdir, qalan kim?
Dərdi sinəsinə sıxıb ağlayır.
İllər keçib nənəm yenə qəmlidir,
Evimizdə neçə şəkil saxlayır.

Artıq qocalıbdır - ömür vəfasız,
Daha imkanı yox, sual verməyə,
Tiflis-Bakı, Bakı-Tiflis arası-
Daha imkanı yox, söz çevirməyə!

Bu oğullar mənim balam, ömrümdür -
Hər qəbir daşına bir nişan qoyur.
Hər nağıl deyəndə Cəsur nəvəmə,
Qələbə barədə sözlər soruşur!.

27 il - 20 Yanvar,
İllər keçir yaram sağalmır nədən.
Bu tarix məni də yaman göynədir.
Hələ dardadır bu torpaq, Vətən!

Sizin al qanınız yerdə qalammaz,
Şəhidlər, bu il də bağışlayın siz!
Vətən darda olmaz, onun gücünü,
Sözümüz sözdür, siz görəcəksiniz!

O günlər gələcək, yəqin bilin siz,
Vaxt gələr qələbə eşidən kimi,
Gələcəm əlimdə çiçəyim, gülüm,
Sərəcəm mən onu ayağınıza!

Deyəcəm ucadan, Vətən naminə,
Minnətdar olacam güclü, möhtəşəm,
Azərbaycan adlı dayağımıza!
Gül-çiçək sərəcəm ayağınıza!
Bu gün Faxralıda Qanlı 20 Yanvarda həlak olan 25 yaşlı gəncin qəbrini ziyarət etdik...
Bax, onda güləcək
nənəmin üzü,
Dilində bitəcək Qələbə sözü!
Dilində bitəcək Qələbə sözü!

Nizami Məmmədzadə,
19 yanvar, 2017-ci il.




Bu gün Faxralıda Qanlı 20 Yanvarda həlak olan 25 yaşlı gəncin qəbrini ziyarət etdik...
Bu gün Faxralıda Qanlı 20 Yanvarda həlak olan 25 yaşlı gəncin qəbrini ziyarət etdik...
Bu gün Faxralıda Qanlı 20 Yanvarda həlak olan 25 yaşlı gəncin qəbrini ziyarət etdik...
Bu gün Faxralıda Qanlı 20 Yanvarda həlak olan 25 yaşlı gəncin qəbrini ziyarət etdik...
Bu gün Faxralıda Qanlı 20 Yanvarda həlak olan 25 yaşlı gəncin qəbrini ziyarət etdik...
Bu gün Faxralıda Qanlı 20 Yanvarda həlak olan 25 yaşlı gəncin qəbrini ziyarət etdik...
Bu gün Faxralıda Qanlı 20 Yanvarda həlak olan 25 yaşlı gəncin qəbrini ziyarət etdik...
Bu gün Faxralıda Qanlı 20 Yanvarda həlak olan 25 yaşlı gəncin qəbrini ziyarət etdik...
Bu gün Faxralıda Qanlı 20 Yanvarda həlak olan 25 yaşlı gəncin qəbrini ziyarət etdik...





.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: