Xaricdə təhsilə maraq

Xaricdə təhsilə maraqHər bir insanın həyatında ilk addımlardan biri təhsil sahəsi seçimidir. Hansı ki bu seçim insanın həyatında çox böyük rol oynayır. Ölkəmizdə xaricdə təhsil almaq istəyənlərin sayı hər gün artır. Bu istək xüsusən də abituriyent və tələbələr arasında artmaqdadır. Demək olar ki, indi bir çox gəncin arzularından biridir xaricdə təhsil almaq. Tələbələr gedəcəkləri ölkənin dilini əvvəlcədən az da olsa, öyrənməlidirlər ki, bu orada onların rahat yaşamaqlarına kömək ola bilsin. Tələbələr öz üzərlərində çox ciddi işləməlidirlər. Bu mərhələnin çətinlikləri olsa da, ruhdan düşməməyə çalışmalıdır insan. Yaxşı bir kariyera sahibi olmaq üçün xaricdə təhsil almağın üstünlükləri çoxdur. Bu mərhələdə insana əsas lazım olan qərarlı olması və nə istədiyini bilməsidir. Xaricdə təhsil almaq üçün qarşımızda bir neçə alternativlər var: təhsilin ucuz və bahalı olması. Abituriyent və tələbələr bir çox ölkələrin tanınmış universitetlərində bakalavr, magistr təhsili ala bilərlər. Bir çox insan xaricdə təhsil almaq dedikdə ilk ağla gələn pulun çox olmasıdır. Hər bir gənc çalışmalıdır ki, öz sevdiyi ixtisasın arxasınca getsin. Çünki insan öz sevdiyi sahədə çalışaraq uğur qazana bilər.
Xaricdə təhsil almaq üçün əvvəl gələn ən önəmli dil bilməkdir. Məsələn, ingilis dilini götürək. Burada ingilis dilini yüksək səviyyədə öyrənmək üçün minimum bir il sərf ediriksə, getdiyimiz ölkədə bunu tez bir zamanda səlis qavramağı bacaracağıq. İngiliscə danışmaq, danışan birini anlamaq insana zövq verir. Tutaq ki, bizə ingiliscə yazılmış bir mətn versinlər əzbərləməyə, bir tərəfdən də ingilicsə sevdiyimiz bir mahnı sözünü. Əlbəttə ki, mahnı sözlərini öyrənmək bizə daha asan və daha çox zövq verəcəkdir. Hər şeydən əvvəl gərək zövq alaraq öyrənək dili. Dil öyrənmək zövq verəcək insana. Xaricdə təhsil almağın insana gətirdiyi faydaları saysaq deyə bilərik ki, dili yüksək səviyyədə öyrənmək, iş həyatında daha yaxşı yerlərdə ola bilmək, dünyagörüşün artması, yad olduğumuz bir ölkənin insanlarını, adət-ənənəsini, yaşayış tərzini öyrənmək və s. kimi sadalaya bilərik. Xaricdə təhsilin çətinlikləri də bir qədər çoxdur. İlk başda təhsil almağa gedən tələbələrin yaşacaqları olan ölkənin mühitinə və insanlarına alışması çətin olur. Hətta bu uzun bir zaman alır. Gərək bu yolda səbirli və iradəli olasan. Xaricdə təhsil almaq insana çox üstünlüklər qazandırır. Xarici ölkədə ali təhsil müəssisələrinə daxil olmaq üçün yalnız dilin özünü dərindən öyrənmək deyil, həm də imtahanları uğurla vermək üçün “üsulları” bilmək vacibdir. Bunun üçün bir neçə imatahanları (ielts,toefl və s.) uğurla vermək lazımdır. Bir mənbəyə istinadən qeyd edilir: “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 9 fevral 2015-ci il tarixli, 8 nömrəli sərəncamı ilə təsdiq olunmuş siyahılara əsasən, 2015-2016-cı tədris ilində gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətlər üzrə təhsil almaq məqsədilə müraciət edə biləcəklər”.
İnsan fərqli bir kültür və yaşayış tərzi tanıyaraq öz ayaqları üzərində durmağı bacarmalıdır. Müasir dövrdə ölkəmizdə ali təhsil müəssisələrində gənclərimiz təhsil alırlar. Bu da gələcəkdə savadlı kadrların sayının artması deməkdir.

Günay MƏMMƏDOVA,
BDU-nun Filologiya fakültəsinin
3-cü kurs, 048-ci qrup tələbəsi.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: