AzTU-da BAYRAM TƏDBİRİ Təhsil » AzTU 4 Mart Martın 4-də Azərbaycan Texniki Universitetinin Böyük Akt zalında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. AzTU-nun mətbuat xidmətindən ZiM.Az-a bildirmişlər ki, tədbirdə AzTU-nun professor-müəllim heyəti və tələbə kollektivi ilə yanaşı Azərbaycan Aşıqlar Birliyinin yeni sədri, AMEA Nizami adına Ədəbiyyat institutunun direktor müavini, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, professor Məhərrəm Qasımlı, Azərbaycan Aşıqlar Birliyinin tәşkilat vә gәnclәrlә iş üzrә katibi Altay Mәmmәdli, Azərbaycan Aşıqlar Birliyinin “Çeşmə” aşıq folklor qrupunun və Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, aşıq Gülarə Azaflının rəhbərliyi ilə “Aşıq Pəri” məclisinin üzvləri də iştirak etmişlər. Tədbiri giriş sözü ilə AzTU-nun rektoru, Əməkdar elm xadimi, professor Havar Məmmədov tədbiri açaraq bu əlamətdar gün münasibəti ilə Universitetdə çalışan qadınları başçılıq etdiyi kollektiv adından təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Rektor qeyd etmişdir ki, hazırda Universitetdə 612 qadın əməkdaş çalışır və 1830 tələbə qız texniki elmlərin əsaslarına yiyələnir.Universitet Qadınlar Şurasının sədri, dosent Gülşən Rzayevanın rəhbərliyi altında onlar öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir, Azərbaycan konstitusiyasında təsbit olunmuş bütün hüquq və azadlıqlardan yararlanırlar.Bildirilmişdir ki, pedaqoji kollektivin üzvü olan qadınlar bu gün Universitetin ictimai həyatında fəal iştirak edir, tədris prosesinin təkmilləşdirilməsində, gənclərin texniki elmlərə daha dərindən yiyələnməsində, gələcəyin bacarıqlı, hazırlıqlı, yüksək intellektə malik mühəndis kadrlarının hazırlanmasında öz qüvvə və bacarıqlarını əsirgəmirlər. Tədbirdə iştirak edən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı AzTU-nun qadın əməkdaşlarını, tələbə qızları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik etmiş, onlara xoşbəxt və firavan həyat arzulamışdır. Sonra Azərbaycan Aşıqlar Birliyinin “Çeşmə” aşıq folklor qrupunun, habelə “Aşıq Pəri” məclisinin üzvləri, eləcə də Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi,aşıq Gülarə Azaflı tədbir iştirakçılarına qədim el sənəti nümunələrindən ibarət mahnı çələngi təqdim etmişlər. Əslən amerikalı və milliyətçə ingilis olan Aşıq Martanın ifası tədbir iştirakçılarınınxüsusi marağına səbəb olmuşdur.Tədbirdən sonra AzTU-nun rektoru, professor Havar Məmmədov öz ifaları ilə bayram tədbirini rövnəqləndirən ifaçılara və mərasimin qonaqlarına təşəkkürünü bildirmiş, onlara "FƏXRİ qonaq" xatirə diplomları və hədiyyələri təqdim etmişdir..YERİ GƏLMİŞKƏN,XATIRLADAQ Kİ...My Webpage Dünən - Mart ayının 3-dә Azәrbaycan Aşıqlar Birliyi İdәrә Heyәtinin növbәdәn kәnar iclası keçirilib. Xalq şairi Zәlimxan Yaqubun vәfatından sonra ilk dәfә toplanan idarә heyәtinin iclasını professor Qәzәnfәr Paşayev açıb. Azәrbaycan Aşıqlar Birliyinin sәdri Zәlimxan Yaqubun xatirәsi bir dәqiqәlik sükutla yad edilib. Sonra gündәlikdә duran әsas mәsәlәyә Azәrbaycan Aşıqlar Birliyinin yeni sәdrinin seçilmәsi mәsәlәsinә baxılıb. Ustad aşıq, Әmәkdar incәsәnәt xadimi, Prezident tәqaüdçüsü Әdalәt Nәsibov çıxış edәrәk bu vәzifәyә Dövlәt mükafatı laureatı, Әmәkdar elm xadimi, professor Mәhәrrәm Qasımlının namizәdliyini irәli sürüb. Ustad aşıqlardan İsfәndiyar Rüstәmov, Mahmud Mәmmәdov, Ulduz Quliyeva, Ağamurad Şirvanlı, Gülarә Azaflı vә digәrlәri dә bu tәklifi dәstәklәyiblәr. Tәklif sәsә qoyulub vә yekdilliklә qәbul olunub.Sonra professor Mәhәrrәm Qasımlı yeni vәzifәdә görәcәyi işlәrdәn, qarşıda duran vәzifәlәrdәn danışıb, yeni tәyinatlar haqqında mәlumat verib.İclasın qәrarıyla Mәhәmmәdәli Mәşәdiyev yaradıcılıq mәsәlәlәri üzrә, Sәnubәr Bağırova beynәlxalq mәsәlәlәr üzrә, Musa Nәbioğlu mәtbuat, informasiya vә nәşriyyat mәsәlәri üzrә, Ağamurad Şirvanlı regionlarla iş üzrә, Altay Mәmmәdli tәşkilat vә gәnclәrlә iş üzrә katiblәr, professor Qәzәnfәr Paşayev Ağsaqqallar şurasının sәdri, Elxan Mәmmәdli elmi işlәr, Gülarә Azaflı isә qadın aşıqlarla iş üzrә sәdrin müşavirlәri, Abbas Musaxanoğlu vә Nemәt Qasımlı bәdii şuranın hәmsәdrlәri vәzifәlәrinә tәsdiq olunublar.İclasda Mәdәniyyәt vә Turizm nazirliyinin şöbә müdiri Fikrәt Babayev iştirak edib.Onu da xatırladaq ki, Azərbaycan Aşıqlar Birliyinin 2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlarının V Qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifəsinə mərhum xalq şairi Zəlimxan Yaqub seçilmişdi. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. Allah rəhmət eləsin...Qeyd edək ki, Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya ixtisasını bitirib.1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini təyin olunub. 1994-cü ildən "Azərbaycan ədəbiyyatı tarixi" oncildliyi hazırlayanlardandır. 1996-2002-ci illərdə İnstitutun "Xaricdə Azərbaycan Ədəbiyyatı", 2002-ci ildən "Şifahi xalq ədəbiyyatı" şöbəsinə rəhbərlik edir. 2003-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur.O, 2008-ci ildən Azərbaycan Aşıqlar Birliyinin I katibidir.M.Qasımlı 2008-ci ildə "Novruz" ensiklopediyasını hazırlayıb və onun baş elmi redaktorudur. 2010-cu ildə Türkiyədə "Ozan-aşık sanatı" adlı kitabı çap olunub. Orxan Paşa təxəllüsü ilə şeirlər də yazır. "Sənə sözüm var" (2004) adlı şeirlər kitabı çap olunub.Azərbaycanda 250-dən çox elmi məqalələri və 2 monoqrafiyası, xaricdə isə 20 məqaləsi çapdan çıxıb. Çox hörmətli professor Məhərrəm Qasımlı başda olmaqla, Azərbaycan Aşıqlar Birliyinin yeni seçilmiş rəhbərliyini ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.