Azәrbaycan Aşıqlar Birliyinә yeni sәdr seçilib Mədəniyyət, Folklor 3 Mart Mart ayının 3-dә Azәrbaycan Aşıqlar Birliyi İdәrә heyәtinin növbәdәn kәnar iclası keçirilib. Xalq şairi Zәlimxan Yaqubun vәfatından sonra ilk dәfә toplanan idarә heyәtinin iclasını professor Qәzәnfәr Paşayev açıb. Azәrbaycan Aşıqlar Birliyinin sәdri Zәlimxan Yaqubun xatirәsi bir dәqiqәlik sükutla yad edilib. Sonra gündәlikdә duran әsas mәsәlәyә Azәrbaycan Aşıqlar Birliyinin yeni sәdrinin seçilmәsi mәsәlәsinә baxılıb. Ustad aşıq, Әmәkdar incәsәnәt xadimi, Prezident tәqaüdçüsü Әdalәt Nәsibov çıxış edәrәk bu vәzifәyә Dövlәt mükafatı laureatı, Әmәkdar elm xadimi, professor Mәhәrrәm Qasımlının namizәdliyini irәli sürüb. Ustad aşıqlardan İsfәndiyar Rüstәmov, Mahmud Mәmmәdov, Ulduz Quliyeva, Ağamurad Şirvanlı, Gülarә Azaflı vә digәrlәri dә bu tәklifi dәstәklәyiblәr. Tәklif sәsә qoyulub vә yekdilliklә qәbul olunub.Sonra professor Mәhәrrәm Qasımlı yeni vәzifәdә görәcәyi işlәrdәn, qarşıda duran vәzifәlәrdәn danışıb, yeni tәyinatlar haqda mәlumat verib.İclasın qәrarıyla Mәhәmmәdәli Mәşәdiyev yaradıcılıq mәsәlәlәri üzrә, Sәnubәr Bağırova beynәlxalq mәsәlәlәr üzrә, Musa Nәbioğlu mәtbuat, informasiya vә nәşriyyat mәsәlәri üzrә, Ağamurad Şirvanlı regionlarla iş üzrә, Altay Mәmmәdli tәşkilat vә gәnclәrlә iş üzrә katiblәr, professor Qәzәnfәr Paşayev Ağsaqqallar şurasının sәdri, Elxan Mәmmәdli elmi işlәr, Gülarә Azaflı isә qadın aşıqlarla iş üzrә sәdrin müşavirlәri, Abbas Musaxanoğlu vә Nemәt Qasımlı bәdii şuranın hәmsәdrlәri vәzifәlәrinә tәsdiq olunublar.İclasda Mәdәniyyәt vә Turizm nazirliyinin şöbә müdiri Fikrәt Babayev iştirak edib.Xatırladaq ki, Azərbaycan Aşıqlar Birliyinin 2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlarının V Qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifəsinə mərhum xalq şairi Zəlimxan Yaqub seçilmişdi. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. Allah rəhmət eləsin...Qeyd edək ki, Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya ixtisasını bitirib.1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini təyin olunub. 1994-cü ildən "Azərbaycan ədəbiyyatı tarixi" oncildliyi hazırlayanlardandır. 1996-2002-ci illərdə İnstitutun "Xaricdə Azərbaycan Ədəbiyyatı", 2002-ci ildən "Şifahi xalq ədəbiyyatı" şöbəsinə rəhbərlik edir. 2003-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur.O, 2008-ci ildən Azərbaycan Aşıqlar Birliyinin I katibidir.M.Qasımlı 2008-ci ildə "Novruz" ensiklopediyasını hazırlayıb və onun baş elmi redaktorudur. 2010-cu ildə Türkiyədə "Ozan-aşık sanatı" adlı kitabı çap olunub.Orxan Paşa təxəllüsü ilə şeirlər də yazır. "Sənə sözüm var" (2004) adlı şeirlər kitabı çap olunub.Azərbaycanda 250-dən çox elmi məqalələri və 2 monoqrafiyası, xaricdə isə 20 məqaləsi çapdan çıxıb. Professor Məhərrəm Qasımlı başda olmaqla, Azərbaycan Aşıqlar Birliyinin yeni seçilmiş rəhbərliyini ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.