TƏBRİK EDİRİK, HÖRMƏTLİ ƏMİR MÜƏLLİM!.. BDU, Hüquq, Təbriklər 2 Nisan Aprelin 4-ü Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, tanınmış hüquqşünas-alim,hüquq elmləri doktoru, professor Əmir İbrahim oğlu Əliyevin Doğum günüdür. Əmir İbrahim oğlu Əliyev - 1973-cü il aprel ayının 4-də Qərbi Azərbaycanda - indiki Ermənistan Respublikası Mehri rayonunun Nüvədi kəndində anadan olmuşdur. O, 1979-1989-ci illərdə Mehri rayonunun Nüvədi kənd orta məktəbində,1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin (BDU-nun) hüquq fakültəsində təhsil almışdır. 1995-ci ildə BDU-da 12.00.10 – «Beynəlxalq hüquq» ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1997-cı ildən BDU-da əvvəlcə müəllim, baş müəllim, dosent və professor vəzifəsində çalışır.Ailəlidir, üç övladı var.TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI:2003-ci ildən hüquq elmləri namizədidir - «Azərbaycan Respublikasında əcnəbilərin hüquqi vəziyyəti və beynəlxalq hüquq» mövzusunda namizədlik dissertasiya işini müdafiə etmişdir.2007-ci ildən hüquq elmləri doktorudur - «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika» mövzusunda doktorluq dissertasiya işini müdafiə etmişdir.ƏMƏK FƏALİYYƏTİ:1997-ci ildən 2006-cı ilə kimi BDU-nun «Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ» kafedrasında müəllim, baş müəllim, dosent vəzifəsində işləmişdir.2006-cı ildən yeni yaranan «Beynəlxalq xüsusi hüquq və Avropa hüququ» kafedrasının dosenti, 2009-cu ildən professoru, 2011-ci ildən isə müdir əvəzi vəzifəsində çalışır. Beynəlxalq ümumi hüquq, İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi, Beynəlxalq gömrük hüququ, Avropa hüququ fənnlərini tədris edir.O, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının «Hüquq» elmləri üzrə Ekspert Şurasının üzvüdür. Eyni zamanda, Vəkillər üzrə Respublika İxtisas Komissiyasının üzvüdür. BDU tərəfindən buraxılan «Beynəlxalq hüquq və inteqrasiya problemləri» adlı elmi-analitik və praktiki jurnalın baş redaktor müavinidir.TƏDQİQAT SAHƏSİ:"Beynəlxalq hüquq", "İnsan hüquqları", "Avropa hüququ"BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:1999, Nitsa (Fransa), Beynəlxalq hüquq, Beynəlxalq münasibətlər və xarici siyasət üzrə Avropa İttifaqı çərcivəsində xüsusi proqram.1999, BDU-nun 80 illiyinə dair elmi praktiki konfrans.2000, 2001, Bakı, Aspirantlarin və gənc tədqiqatçılarin 6-cı Respublika elmi konfransı.2006, Bakı, Beynəlxalq humanitar hüquq üzrə beynəlxalq konfrans2008, Brüssel (Belçika), beynəlxalq konfrans2008, Bakı, İnsan hüquqları üzrə beynəlxalq konfransMÜHÜM NAİLİYYƏTLƏRİi:Ə.İ.Əliyevin elmi rəhbərliyi altında 16 elmlər namizədi və 1 elmlər doktoru yetişdirilmişdir. Ə.İ.Əliyev 130-a yaxın elmi əsərin müəllifi olub, onlardan 120-ə yaxın elmi əsər namizədlik dissertasiyasının müdafiəsindən, 20-yə yaxın elmi əsəri isə xaricdə nüfuzlu elmi jurnallarda çap olunmuşdur.2008-ci il 16-18 noyabr tarixində Belçikanın Brüssel şəhərində NATO-nun təşəbbüsü ilə keçirilən konfransda Azərbaycan Respublikası nümayəndə heyətinin tərkibində iştirak etmişdir. 2009-cu il sentyabr ayında Beynəlxalq Əmək Təşkilatının mühüm tədbiri ilə əlaqədar İtaliyanın Turin şəhərində 1 həftəlik tədbirlərdə iştirak etmişdir. 2007-ci il sentyabr-dekabr aylarında BMT və Azərbaycan Respublikası Ombudsman təsisatı ilə birlikdə Azərbaycan Respublikasının bölgələrində (Gəncə, Şəki, Quba, Lənkəran) insan hüquqları üzrə mühüm mühazirələr aparmışdır.Ə.İ.Əliyevin «Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri» fənni üzrə dərsliyi BMT Qaçqınların İşləri üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi tərəfindən 2007-ci ildə yüksək qiymətləndirilərək 2000 tirajla çap edilmiş, pulsuz yayılmış və bir neçə ali təhsil müəssisəsində (BDU, Azərbaycan Universiteti, Qafqaz Universiteti) təqdimetmə mərasimləri keçirilmişdir. «İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi» adlı dərsliyi isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının vəsaiti hesabına 1500 tirajla çap edilmiş, pulsuz yayılmış və bir neçə ali təhsil müəssisəsində (BDU, Azərbaycan Universiteti, Ədliyyə Akademiyası, Polis Akademiyası) təqdimetmə mərasimləri keçirilmişdir. 2007-ci ilin elmi nəticələrinə görə BDU Elmi Şurasının qərarı ilə «İlin alimi» adına layiq görülmüşdür.Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər üzrə 18 mart 2009-cu il tarixdə keçirilmiş referendumda Yeni Azərbaycan Partiyası və «Şəhər» Təşviqat Qrupundan rəsmi vəkil təyin edilmiş və dövlət tərəfindən Bakı şəhərində keçirilən təbliğatlarda aktiv iştiraka cəlb edilmişdir. «Azərbaycan Respublikasında 18 mart 2009-cu il referendumunun siyasi və hüquqi əsasları» mövzusunda keçirilən və dünyanın müxtəlif regionlarını təmsil edən əcnəbi alimlərin iştirak etdiyi Beynəlxalq konfransda «Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər insan hüquqları nöqteyi-nəzərindən: beynəlxalq standartlar və Azərbaycan qanunvericiliyi» mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Əmir Əliyev, bunlardan başqa, 8 beynəlxalq konfransda və 10-dan çox müxtəlif səviyyəli konfranslarda geniş məruzə ilə çıxış etmişdir və həmin konfrans materialları çap edilmişdir. «Azərbaycan» və «Respublika» qəzetində dəfələrlə mühüm elmi yazılarla çıxış etmişdir. Əmir İbrahim oğlu Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Fərmanı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir.Nəhayət, biz də ZiM.Az - ın Yaradıcı Heyəti adından Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor, çox hörmətli Əmir İbrahim oğlu Əliyevi Ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və elmi-pedaqoji fəaliiyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.