ÇOX VƏ SAĞLAM YAŞAMAQ İSTƏYİRSİNİZSƏ, BU KİTABI MÜTLƏQ OXUYUN…

ÇOX VƏ SAĞLAM YAŞAMAQ İSTƏYİRSİNİZSƏ, BU KİTABI MÜTLƏQ OXUYUN… ÇOX VƏ SAĞLAM YAŞAMAQ İSTƏYİRSİNİZSƏ, BU KİTABI MÜTLƏQ OXUYUN…
















TƏBRİK EDİRİK!..

Bu günlərdə dəyərli ziyalımız, tanınmış alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya idarəsinin rəis müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əflatun Həsənovun “Xərçəngsiz, infarktsız, insultsuz çox yaşa” adlı yeni kitabı nəfis şəkildə işıqüzü görüb.


Əsərə respublikamızın tanınmış və görkəmli alimləri - Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrasının müdiri, Azərbaycanın baş kardioloqu, Avropa Kardiologiya Cəmiyyətinin və Türkiyə Kardioloji Cəmiyyətinin üzvü, tibb elmləri doktoru, professor F.Ə.Quliyev, Azərbaycan Dövlət Tibb Universitetinin kardiologiya kafedrasının professoru, tibb elmləri doktoru, əməkdar elm xadimi S.N.Musayev, Azərbaycan Dövlət Tibb Universitetinin neyrocərrahiyyə kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru R.S.Xəlilzadə və Azərbaycan Dövlət Tibb Universitetinin Onkologiya Kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Y.Ə.Nuriyev rəy yazmışlar.

Müəllif kitabın anatasiyasında qeyd etmişdir ki, bu kitabı yazmaqda məqsəd bütün dünya insanlarının vaxtından tez müxtəlif xəstəliklərə tutulması və vəfat etmələrinin səbəbini insanlara anlatmaqdan ibarətdir.
Eyni zamanda, "hər bir insanın özünün öz həkimi olması" prinsipini əsas tutaraq, onlara düzgün həyat tərzi, sağlamlığın əsas prinsiplərini anlatmaq və maarifləndirməkdən ibarətdir.

Kitabın yazılmasında strateji xətt onun hər kəs üçün anlaşılan elmi-populyar formada olması, və beləliklə də, mümkün qədər daha geniş oxucu kütləsini əhatə etməkdən ibarət olmuşdur. Bu isə öz növbəsində, dünya əhalisinin, insanların tibbi cəhətdən maariflənməsinə və təbiətin onlara bəxş etdiyi mümkün potensial ömürlərini aktiv, sağlam və xoşbəxt yaşamalarına imkan yaratmaqdan ibarət olacaqdır.

Başqa sozlə desək, təbiətlə harmoniyada yaşamaq sağlam, uzun ömür sürməyin, zəruri və kafi şərtidir.

Kitabda insan orqanizmində qan haqqında verilmiş anlayışlar, sistemlər və sistemlərlə bağlı konstantlar, onların izahı, xüsusilə diqqətəlayiqdir. Hüceyrə səviyyəsində baş verən proseslərin şərhi çox maraqlıdır. Oksigenin orqanizmdə ölümqalımla bağlı oynadığı rol məharətlə izah olunur. Suyun insan orqanizmindəki əhəmiyyəti və möcüzələri, xüsusilə də, suyun 12 xarakteristikası içərisində onun pH, asılı maddələrin, mineralların səthi gərilmə əmsalı və oksidləşmə reduksiya potensialının vacib rolu xüsusi qabardılır. pH-ın sağlamlığın dayaq nöqtəsi və alqoritmi olması xüsusilə maraqlı fikirdir.

Bir sözlə, sadə və elmi-populyar şəkildə yazılmış bu kitabdan geniş oxucu kütləsi, tibb işçiləri, tələbələr və hər kəs faydalana bilər.


Xatırladaq ki, Əflatun Mürsəl oğlu Həsənov – 1959-cu il dekabrın 12-də qədim Borçalı mahalında
– indiki Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində anadan olub.
1976-cı ildə Faxralı kəndində orta məktəbi, 1980-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Fizika fakültəsini bitirib.
1981-1982-ci illərdə hərbi xidmətdə olub.
1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb.
1985-ci ildə isə Leninqrad Dövlət Universitetində aspiranturaya daxil olub.

1987-ci ildə “Radiasiya və elektrik boşalmasının tə’siri altında oksid bor maddəsinin səthində baş verən proseslərin” öyrənilməsinə aid namizədlik dissertasiyası, 2000-ci ildə isə bərk cisimlər ixtisası üzrə “Geniş qadağan olunmuş zonalı dielektriklərin iştirakı ilə radiasion və plazma heterogen proseslərin müqayisəli qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

50-dən çox elmi əsərin müəllifidir. Bu əsərlərdən 6-sı Rusiya dövlətinin patenti olmuş, atom və plazma-generatorunda istifadə olunan maddələrin köməyi ilə hidrogen-enerjidaşıyıcısı alınmasına həsr olunub.

Professor Əflatun Həsənov bir monoqrafiya, xarici ölkələrdə çap olunan 16 əsərin müəllifidir. (Böyük Britaniya, Almaniya, Macarıstan, Türkiyə və s.). Onun rəhbərliyi altında iki elmlər namizədi müdafiə edib. O, Azərbaycan Elmlər Akademiyasının Radiasiya tədqiqatları bölməsində laboratoriya müdiri vəzifəsinə kimi yüksəlib.

Professor Əflatun Həsənov 2003-cü ildə Milli Aerokosmik Agentliyinin baş direktoru təyin olunub.

2008-ci ildən ARDNŞ-in Ekologiya idarəsinin rəisinin müavini vəzifəsində çalışır.

O, Amerika Birləşmiş Ştatlarının Bioqrafiya İnstitutunun Qızıl medalı və “Beynəlxalq səfir ordeni” ilə təltif olunub.

Dəyərli ziyalımız, tanınmış alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya idarəsinin rəis müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əflatun Həsənovu "Xərçəngsiz, infarktsız, insultsuz çox yaşa" adlı yeni və faydalı kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: