Azərbaycan-Gürcüstan sərhədində tıxac yaranıb

Azərbaycan-Gürcüstan sərhədində tıxac yaranıb Bayram günlərində ölkə vətəndaşlarının xarici ölkələrə üz tutması artıq adət halını alıb. Xüsusiylə də Qərb bölgəsinin sakinlərinin yaxın olduğu üçün qonşu Gürcüstana üz tutması sərhəd keçid məntəqəsində sıxlığın yaranmasına səbəb olur. "Sınıq körpü" Sərhəd Buraxılış Məntəqəsində Novruz bayramı münasibəti ilə vəziyyət necədir qarşıdakı sujetdə.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bayram günləri Gürcüstanla sərhəddə avtomobillərin ucu bucağı görünməyən tıxacı yaranıb. Qonşu ölkəyə keçmək üçün saatlara hətta günlərlə gözləyənlər var. Sərhəd buraxılış məntəqəsində daha çox ağırtonnajlı yük maşınları, Gürcüstana, Türkiyəyə hərəkət edən avtomobillər diqqət çəkir. Öz şəxsi avtomobilləri ilə sərhəddi keçməyə çalışan sürücülər də az deyil. Onlar uzunluğu 1 km-dən də çox olan tıxacda 6-7 saat gözləmək məcburiyyətində qalırlar.

Qazaxın 2-ci Şıxlı kəndi boyunca irəlilədikcə rahat şəkildə görünən tıxacın səbəbini "Sınıq körpü" Sərhəd Buraxılış Məntəqəsindən gediş-gəlişin çoxluğu ilə əlaqələndirdilər.

Yağışlı havada gözləməyin çətin olduğunu deyən sürücülər, ağırtonnajlı avtomobillərin minik maşınları ilə birgə nəzarətdən keçməsinin tıxaca səbəb olduğunu bildirirlər.

Milli.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: