İlqar Məmmədov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib

İlqar Məmmədov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib TƏBRİK EDİRİK!..

Bu günlərdə Daxili işlər orqanlarında yeni təyinatlar olub.

ZiM.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov

müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki İlqar Məmmədov
tutduğu vəzifədən azad edilərək
Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.


Xatırladırıq ki, İlqar Məmmədov bu təyinatdan əvvəl
Bakı şəhəri Xətai rayon Polis Şöbəsinin rəisi
vəzifəsində çalışmışdır.
O, həmin vəzifəyə Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə 2019-cu il aprelin 5-də təyin olunmuşdu.

Ondan əvvəl isə Bərdə rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
O, həmin vəzifəyə Azərbaycan Respublikasının Daxili İşlər naziri,
general-polkovnik Ramil Usubovun əmri ilə 2016-cı il sentyabrın 1-də təyin olunmuşdu.
Daha əvvəl isə İlqar Məmmədov Bakı şəhəri Xəzər rayon Daxili İşlər İdarəsində təhqiqat şöbəsinin rəisi,
Xəzər Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini
vəzifələrində çalışmışdır.

Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə

Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasında
ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə,
qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif olunanlar arasında
əslən qədim Borçalı mahalının Başkeçid rayonundan olan dəyərli eloğlumuz,
polis polkovniki İlqar Paşa oğlu Məmmədov
un da adı olmuşdur.

İlqar Məmmədov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib O, “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından
dəyərli eloğlumuz, polis polkovniki İlqar Məmmədovu
Binəqədi rayon Polis idarəsinin rəisi vəzifəsinə
təyin olunması münasibətilə ürəkdən təbrik edir və
ona şərəfli vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: