Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik” Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası ilə birgə elmi konfrans keçirib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən ZiM.Az-a bildiriblər ki, ““Qutadqu-bilik”-türk-islam ədəbiyyatının ilk bədii əsəri” adlı tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək Türk dünyasının şah əsərlərindən olan “Qutadqu bilik” haqqında ətraflı məlumat verib. Bildirib ki, XI əsr türk mədəniyyətinin böyük mütəfəkkirlərindən Yusif Balasaqunlu bu əsəri yazmaqla insan həyatının mənasını təhlil edən və onun cəmiyyətdəki vəzifəsini təyin edən həyat fəlsəfəsi sistemini yaradıb. Dörd təməl- qanun, kut, ağıl və qənaət üzərində yazılan “Qutadqu bilik” Gündoğdu, Aydoldu, Öydülmüş və Odqurmuş adlandırılan insanların söhbəti əsasında qurulub. Əsərin ilk 10 fəsli Tanrı və peyğəmbər, dörd xəlifə, Buğra xanın tərifi, ulduzlar, biliklə ağlın xüsusiyyətləri, yaxşılığın faydaları, dilin məziyyətləri və digər dərin fəlsəfi məna daşıyan məsələlərə ayrılıb.

Dilçi alim qeyd edib ki, “Qutadqu bilik”in dili türk dillərinin cənub-qərb qrupuna, yəni Oğuz qrupuna yaxındır. 6600 beytdən ibarət məsnəvi şəklində yazılmış poemada yeri gəldikcə şair rübai formasından da istifadə edib. Əruz vəzində mütəqarib bəhri kimi müəyyənləşdirilir. Müəllif əsərdə folklor motiflərindən, xalq həyatı və məişəti ilə bağlı bədii obraz və bənzətmələrdən geniş istifadə edilib.

Bildirib ki, bugünkü türkcəmizdə “qut” səadət, xoşbəxtlik demək olduğundan Yusif Balasaqunlunun ana dilində yazdığı “Qutadqu bilik” indi “Xoşbəxtliyə aparan elm” kimi tərcümə olunur.

Tədbirdə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin ““Qutadqu bilik” poeması və onun türk dil və ədəbiyyatı tarixində yeri”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Qutadqu bilik” və ədəbi ənənələr”Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “Qutadqu bilik” həyat fəlsəfəsi sistemidir” mövzusunda məruzələri diblənilib.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: