TƏBRİK EDİRİK, RAFİQ HÜMMƏT!.. TDPİ-nin Azərbaycan bölməsi, "Varlıq", Darvaz 13 Ocak Bu gün - fevralın 13-ü Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri,Tiflisdəki “Varlıq” Mədəniyyət Mərkəzinin rəhbəri, “Varlıq” qəzetinin baş redaktoru, istedadlı şair-tərcüməçi və tanınmış publisist Rafiq Hümmətin Ad Günüdür.Qələm dostumuzu Ad Günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, bədii yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Aşağıda isə ötən il Rafiq Hümmətin 50 illik Yubileyi münasibətilə çap olunmuş ürək sözlərimizi və şairin bir neçə şeirinibir daha oxucularımıza ərmağan edirik.Müşfiq BORÇALI.RAFİQ HÜMMƏT (1965)Rafiq Hümmət oğlu Hümmətov 1965-ci il fevralın 13-də qədim Borçalı mahalının Bolnisi rayonundakı Darvaz kəndində el ağsaqqalı Aşıq Unusun ailəsində dünyaya göz açıb. Hələ kiçik yaşlarından ailələrində saz-söz məclislərinin şahidi olan Rafiq də doğma kəndlərindəki orta məktəbdə oxuduğu vaxtlardan saz çalmağı öyrənmiş, aşıq sənətinin incə sirlərinə yiyələnmiş və xalq yaradıcılığı ruhunda şeirlər yazaraq yerli mətbuatda çıxış etmişdir. 1982-ci ildə orta məktəbi bitirdikdən və əsgəri xidmət borcunu layiqincə yerinə yetirdikdən sonra 1986-cı ildə A.S.Puşkin adına TDPİ-nin (sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedoqoji Universiteti) filologiya fakültəsinə daxil olmuş və buranı 1991-ci ildə başa vurmuşdur. Elə həmin ildən “Sovet Gürcüstanı” (indiki «Gürcüstan») qəzetində fəaliyyətə başlayıb. Bir müddət Rustavi şəhərində çap olunan “Region” qəzetində redaktor işləyib. 1998-ci ildən bir neçə il Bakıda yaşayıb, burada bir çox mətbu orqanlarla, o cümlədən “Şərq”, “Faktor” və “Yeni Azərbaycan” qəzetləri ilə əməkdaşlıq edib, “Milliyət” qəzetinin baş redaktoru olub. 2000-ci ildə Azərbaycanda gənc yazarlar üçün təsis olunmuş Prezident təqaüdünə layiq görülüb. 2004-cü ildə Gürcüstana qayıdıb və Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri seçilib, dilimizdə “Ədəbi Gürcüstan” adlı qəzet nəşr etdirib. 2009-cu ilin yazından Tiflisdəki “Varlıq” Mədəniyyət Mərkəzinin sədri, “Varlıq” həftəlik qəzetinin baş redaktorudur.Son illərdə çap olunmuş bir neçə kitabın tərtibçisi və redaktoru olmuşdur. O cümlədən, «Ədəbi Gürcüstan» məcmuəsi məhz onun gərgin əməyinin nəticəsi olaraq işıqüzü görmüşdür.“Koroğlu” eposu, “Min bir Azərbaycan bayatısı” və “Hekayələr və nağıllar” toplusu iki dildə - gürcü və Azərbaycan dillərində hər biri ayrıca kitab halında məhz R.Hümmətin rəhbərliyi ilə nəşr olunub.Uşaq yaşlarından dövri mətbuatda çıxış edən Rafiq Hümmətin şeirləri sonralar «Dan ulduzu» (Tiflis, 1987, 1989, 1990), «Ağır elli Borçalı» (Bakı,1990; Ərzrum, 1996) ədəbi məcmuələrində, «Gənclik», «Ulduz», «Azərbaycan» jurnallarında və s. mətbuat orqanlarında işıq üzü görmüş Rafiq Hümmətin yaradıcılığının əsas mövzusunu - vətən, torpaq, yurd, el-oba məhəbbəti, kökə bağlılıq, saz sənətinə vurğunluq, gənclərimizin ülvi məhəbbəti və s. təşkil edir. 2001-ci ildə Bakıda «Təhsil» EİM-də «Salam, dünyanın yiyəsi» kitabı işıq üzü görüb…Salam, dünyanın yiyəsi, Salam, ay Allah deyilən.Gündə min yol yalvarılan,Gündə min yol da söyülən.Biləmmirəm hara gedir, -Milyon-milyon dua gedir.Durub sənə dua edirDurduğu yerdə döyülən.Sənin ruzini yeyənlər,Sənin bəndəni döyənlər,Göz yumub sənə söyəndəAz qalır ağzım əyilə.Dilimizi qopartdılar,Bizi qol-qola çatdılar,Sözü də alıb-satdılar,Söz də qalmadı deyilə...- deyən şairin yaradıcılığının əsas mövzusunu - vətən, torpaq, yurd, el-oba məhəbbəti, kökə bağlılıq, saz sənətinə vurğunluq, gənclərimizin ülvi məhəbbəti və s. təşkil edir. Şairin “BORÇALI” sərlövhəli şeiridə isə Vətən-Yurd obrazının tərənnümü daha maraqlıdır. Müəllif doğma Borçalını Xəzər dənizinə, özünü isə susuz yaşamayan Nərə balığına bənzədir:Bəxtimə atılmış təküzlü zərsən,Didərgin ruhumla qoşa gəzərsən.Mən - nərə balığı, sən də Xəzərsən,Mən ayrı dənizdə yaşaya bilməm.Təşnəyəm, bir badə sərin “sağlıq” ver,Dərdindən bir udum dərin ahlıq ver.Uzaqlarda istər mənə şahlıq ver,Hələ qırx kəniz də... yaşaya bilməm.Şuşaya, Sulduza qurban gedərəm,Göyçəyə, Təbrizə qurban gedərəm,Bu çölə, bu düzə qurban gedərəm,Bu çöldə, bu düzdə yaşaya bilməm.Səndə layla deyir mənə ulduzlar,Bir duyğu yazmağa min cür sözüm var.Mənim nə yüz üzüm, nə yüz gözüm var,Yüz üzdə, yüz gözdə yaşaya bilməm.«Yaddaşımda ömr eyləyən günlərim» şeirində isə şair doğma yurdunun dünənindən və bu günündən söhbət açır, igid, qəhrəman həmyerlilərini xatırlayır, sanki bir rəssam kimi təbiətin bir-birindən incə gözəlliklərinin şəklini çəkir, yaddaşını çözələyir…Yadımdadır Qararxacın qucağı,Üç hisli daş - buxarının ocağı.Alaçığın çubuğuna taxılmış,Mərd babamın iti kəsən nacağı…Yadımdadır çoban Aslan, nər Nəsi,Şamdüyəni titrədərdi nərəsi.Qarmaq ilə bircə zərbə vuranda,Kəsilmişdi canavarın nəfəsi…Orta bulaq, Qız bulağı, Süd bulağ…Gedək içək…Təzələnək, doğulaq.Çəmənlərdə dağ çiçəyi, şehli ot,Uzunqarda bəyazlaşıb ağ olaq…Rafiq Hümmət “TİFLİSİM” şeirində isə beş il ali təhsil aldığı və neçə illərdi ki, yaşayıb fəaliyyət göstərdiyi şəhəri sahilə, özünü isə daima sahilə san atan dalğaya bənzətmişdir:Sən mənim sahilim, mən sənin dalğan,Səhərlər yuyunur, siqar yandırır,Yemək də yemədən sənə gəlirəm.Hər axşam sinəmdən itələyirsən,Yeni səhər olur... yenə gəlirəm.Hər səhər dalğa tək yönüm sahilə,Çırpıla-çırpıla gəlirəm sənə.Gecənin yuxusuz yorğunluğundanQurtula-qurtula gəlirəm sənə.Bir ayrı şəhərdən gəlirəm sənə,Hər səhər sən özün çəkirsən məni.Neyniyim, axşamlar bir dolça su təkYenidən yoluna tökürsən məni.Səni bu dünyada ölümcül sevənAğıllı da mənəm, vallah, dəli də.Dünyanın ən gözəl qızlarını mənSevmişəm prospekt Rustavelidə.Hər axşam sakitcə çəkilir səndən,Hər səhər dalğa tək qabarıram mən.Bütün məni sevən dosta, tanışaSəni sevsin deyə, yalvarıram mən.Sahilim, ümidim, ləpədöyənim,Tiflisim - alınmaz qalamsan mənim.Səni sevdiyimi necə deyim ki -Atamsan, anamsan, balamsan mənim. Şairin yaradıcılığında Cənub mövzusu da böyük yer tutur. Şairin “ARAZ ÇAYI” şeirində oxuyuruq: Çimdik yad çaylarda, yad dənizlərdə,Üzdük yad sularda, boyat sularda.Gördük dümağ qızlar... hər şey üzərdə,Gördük göz oxşayır həyat sularda.Süzdük gözümüzdə nur ətək-ətək,Süzdük köksümüzdə vəhşi bir istəkAçıq sinələri, çılpaq belləri.Üzdük akvarium balıqları tək,Unutduq bu xalqı döyən əlləri.Üzdük yad çayların yad sularında,Unutduq: bizim də öz çayımız var.Sahildən-sahilə üzə bilməyən,Bu çayda boğulan harayımız var....Biz yaxşı üzürük axına qarşı,Biz yaxşı üzürük axın boyunca.Bu çayı o taya üzmək nə lazım,Bu taydan o taya baxın doyunca!O taydan bu taya baxın doyunca,Bu taydan o taya baxaq doyunca.Gedək yad çaylarda yad gözəlləriSıxaq köksümüzə, sıxaq doyunca!...Sən yaxşı çimirsən yad suda, Rafiq,Sən yaxşı üzürsən yad dənizlərdə.Arazı o taya üzə bilmirsən,Boğul dənizlərdə, bat dənizlərdə!..Rafiq Hümmət “Şair” sərlövhəli şeirində isə şairlərin yaşadığı ömrün əzab-əziyyətini təsvir etmişdir:Ahdı, çəkə-çəkə ölür, Şairin ahı bilinməz. Gecə-gündüzü qarışıq, Axşam-sabahı bilinməz. Yaşayar - dəli sayılar, Ölər - heykəli qoyular. Öz içinə sürgün olar, Günahı-suçu bilinməz. Vaxtın önündə düz durar, Tanrıynan üzbəüz durar. Özü öz boynunu vurar, Cəlladı-şahı bilinməz. Quşdu - budaq üstə ölər, Dumandı dağ üstə ölər. Şair ayaq üstə ölər, Ölümü, yahu, bilinməz.Rafiq Hümmət başqa bir şeirində isə yazmışdır:Ömür - sonu görünməyən, sonlu bir karvan,Mən bu ömrü ömür kimi yaşayammıram.Buz nəfəsli dərdlərimi çiynim üstəTabut kimi məzarlığa daşıyammıram,- deyən şair «Gözlərimin qabağında» sərlövhəli şeirinin sonrakı bəndlərində yazır:Ömrümüzü xərcləyirik su qiymətinə,Günlərimiz sular kimi axır elə bil.Çeşmə ömrünün zirvəsi - çıxdığı nöqtə,İnsan ömrünün zirvəsi doğulduğu il.Bu dünyanı isitməkçün doğuluruq biz,Zaman bizi odlandıran bir buxarıdı.Boş əllərim yerdə, göydə ömür axtarır,Ömrüm məndən ya aşağı, ya yuxarıdır.R.Hümmətin «Yalan haqqında ballada» şeiri də olduqca maraqlı və «yalanın ayaq tutub yeridiyi» bu günümüzlə səsləşən bir həqiqətə həsr olunmuş sənət əsəridir:Yalan - qızıl balıq, kürü, təzə ət,Düzlük - dilənçidən qalan yeməkdir.Yalan - yalançıya düzlük, həqiqət,Düzlük - yalançıya yalan deməkdir.Qeyd etdiyimiz kimi, R.Hümmət həm də saz sənətimizin vurğunudur. Onun bu mövzuda şeirləri çoxdur. Amma biz onun «Ağlayır»rədifli şeirini diqqətinizə çıtdırmaq istəyirik:Kimi öz dərdinə kimiDüşüb səs-küyə ağlayır.Qocalar - son mənzilinə,Körpə beşiyə ağlayır.Birisi ağlar acından,Birisi ağlar suçundan,Ağıllı ağlı ucundan,Dəlilər nəyə ağlayır?!… Qara donda gülən Saza,Qorqudumdan qalan Saza,Barmaqlarım çalan Saza,Ürəyim niyə ağlayır?..- deyən şair «Bir daha ürəyim dolana kimi» sərlövhəli şeirində isə yazır:İşıq sürətindən qanad götürüb,Uçacam nə bilim, nə bilim hara…Bircə bilirəm ki, ötüb keçərək,Güləcəm o ölü, mis ulduzlara,Çevrilib al Günəş olana kimi.Nəhayət, fürsətdən istifadə edərək istedadlı qələm dostumuz Rafiq Hümməti anadan olmasının 50 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Müşfiq BORÇALI, "Şərqin səsi" və"Elm və Təhsil" qəzetləri,15 fevral, 2015.* * *Rafiq HümmətHərdən-hərdən...Nəyim varsa - mən payladım dostlara, O dosta ki, onun yoxdu, mənim çox. Hərdən – hərdən mən də umdum dostlardan, O dostdanki onun çoxdu, mənim yox.Dara düşdüm darda görsəm dostumu, İçimdəcə həzin – həzin ağladım. Öz yaramın sarığını açıb mən, Dostlarımın yarasını bağladım.Qaça - qaça , uça - uça yaşadım. Kim bilir , mən niye belə incəldim, Kimse dostun sərvətini bölüşdü, Mən dərdini bölüşəndə dincəldim.İçim - çölüm çox oxunan kitabdır, Düşünməyin: "yerin - göyün sirri o". Tanış olun dost sandığım dostlarla: Biri odu, biri odu, Biri - o...SevinirKimi məzar boyda otaqTapsa kirayə, sevinir.Kimi də təzə aldığıBeş otaq öyə sevinir.Hərənin öz tamah yeri,Bilinməz dünyanın sirri.Biri Kürdən doymaz,biriBir fincan suya sevinir.Kimiyə Vətən - külfəti,Yurdunu sevməyi çətin.Kimi sevinir xəlvəti,Buludsuz göyə sevinir.Eh... yağıya qalan torpaq,Yağıya su verən bulaq......Mahnıdan tutulur qulaq,-Bu millət nəyə sevinir?EtirafSəni canım qədər sevdim,Bircə şer yazmadım.Səni ürəyimə yazdım,Amma ordan pozmadım.Bəxtəvər günlər gördük,Sızladıq neçə kərə,Bizi bu pak eşqimizUcaltdı zirvələrə.Şeytandan neçə dəfəQəfil zərbələr yedik,Yenə Tanrını öyüb,Ona nəğmələr dedik.Səni canım qədər sevdim,Salmadım dil-ağıza.Səni ürəyimə yazdım,Qısqandım ağ kağıza.Bu yüz sifətli dünyaya...Bu yüz sifətli dünyayaHərə bir cür gəlib gedir.Biri zarıya-zarıya,Bir başqası gülüb gedir.Biri Allaha vurulur,Biri şeytana yar olur,Biri dərd, aha sarılır,Günü-gündən solub gedir.Kim dağ çəkir dosta, yada,Öz ömrünü verir bada.Sağkən bu qoca dünyadaBəlasını bulub gedir.Can əritmə kündə-kündə,Geri dönmür can gedəndə.Sevilməyə layiq bəndəSevilməsə ölüb gedir."AZƏRBAYCAN" JURNALI2015,N11GÖZLƏMƏ BAZAR GÜNÜNÜ...Gözləmə bazar gününü,Şənbə günü gəl, gülüm.Gəl, eşqinlə bəslədiyimPənbə gülü dər, gülüm.Uzaqlarda ah çəkirsən,Hər ahda bir günah var.Gözləmə bazar gününü,Hələ bazara çox var.Gözləmə bazar gününü,Ruhum solar, saralar.Sevgi də sular kimidir,Axa-axa durular.Gözləmə bazar gününü,Şənbə günü gəl, gülüm.Sonra yenə gözləyərəm,İstərsən yüz il, gülüm...ŞÜKRANLIQŞükür sənə, şükür, Tanrım,Yenə səhər gül qoxudu,Yenə yolların dirildi,Yenə quşların oxudu.Yenə bir yazıq gecəniUmudlu səhər elədin.Şükür, Tanrım, ölü yurduAyıldıb şəhər elədin.Dan üzündə Günəş doğdu,Ləçəklər yarpağa döndü.Arılar gül-çiçəyinə,Kəndlilər torpağa döndü.Şükür sənə, şükür, Tanrım,Ölünü diri elədin.Məni şairdən çevirib,Hər kəsdən biri elədin...MƏN DÜZƏM, SƏHRAYAM, GÜLÜM...Məni də qəmə buladınQəm daman görkəmin ilə.Susmadın, gülüm, uladınSakin, səssiz qəmin ilə.Sənə nədən ümid verim? –Özüm möhtacam ümidə.Nə üzə bilirəm, gülüm,Nə də mənə yer verən yox Yer deyilən bu gəmidə.Hər kəsə qulaq verirəm,Hamının sözü bal dadır.Axşam məni öyən dostumSübh tezdən məni aldadır,Məndən aralı dur, gülüm.Sevgi qırx-əlli günlükdür,Sənə ev gərək, bağ gərək.Mən düzəm, səhrayam, gülüm,Sənin arxanda dağ gərək....Bu məhəbbət ötəridi,Ağlama, gülüm, ağlama.Mənim sonuncu qapımıGöz yaşlarınla bağlama...GÜLLƏ ÖLÜMÜBoşuna atılan gülləElə boşunaca ölürUçur huşunu itirirYazıq huşunacan ölürElə boşunaca ölürGöydən ölü yerə düşürİgid kimi gülləyə dəÖlüm bircə kərə düşürUçur..huşunacan ölürDamar donur,qan soyuyurHuş-bədənin günəşidiİtən kimi can soyuyurYazıq..huşunacan ölürYazıq..boşuna atılırDüşmənə dəyməyən gülləMənim başıma atılır.BAXINElə bilirdim ölmüşəm,Ölməmişəm, mənə baxın.Göydən enmiş adam kimi,Baxın, dönə-dönə baxın.Cəzası yox belə suçun –Şairlərə ölüm saçın!Bacarsanız siz də uçun,Göydən enə-enə baxın!Kef çəkin, bəh-bəh, nə qəşəng...Doldurun şar, atın fişəng.Məni əlinizdə tüfəng,Pusun, sinə-sinə baxın.Pulunuzu yandırmayın,Boş durmayın, xam durmayın,O çılpaqdan yan durmayın,Açılıbdı sinə... baxın!..TƏNHALIQEvimdə telefon yoxdu,Cib telefonu da susur.Qazandığım beş-on dostunBeşi də, onu da susur.Ayrı heç nə eşitmirəm,Sükutun səsi ağırmş.İşə bax, xəbərim ha yox,Göydən yerə daş yağırmış.Kim oxuyar mənim kimi –Tavanda nələr yazılıb,Aynaya kimlər çəkilib,Divardan nələr pozulub...Könüldəki dost adlarıNədən bir-bir qaralanar?Mənim də yarım Bakıymış,Yarsız qalan yaralanar.Qazandığım beş-on dostunBeşi də, onu da susur,Yarıya çatdığım yolunÖnü də, sonu da susur...BULUDLARIN SEVGİSİGöy üzündə iki bulud ağlayır,Binəvalar bir-birinə yürüyür,Hər kisi damcı-damcı əriyir.İki bulud bircə ruhda sarmaşır,Bu nə cürə sevişməkdi, ilahi, -Mələklərin gözü bir an qamaşır.Bu vüsaldan su buludlar alışır,Ömür verir ildırım tək gözələ.Varmı görən yerdə, göydə başqa birİldırım tək tez doğulub, tez ölən...BU ADAM NƏ ÜÇÜN YIXILDI GÖRƏNAyağı yerində,əli yerindəDodağı yerində,dili yerindəObası yerində,eli yerindəBu adam nə üçün yıxıldı görənSevinci,kədəri bölə bilirdiAğlaya bilirdi,gülə bilirdiQırx il bundan sonra ölə bilərdiBu adam nə üçün yıxıldı görənQarşıda oğlunun toyu var idiQızına atalıq payı var idiİçində dərd oyan quyu var idiBu adam nə üçün yıxıldı görənKOR QADININ SEHRİA kor qadın,işıq olum gözünəÇianurun simlərini ağlatmaMən onsuz da cezvəli tək susqunamOlan-qalan nitqimi də bağlatmaBaxışına bulaşmayıb çirkinlikA kor qadın,sən bir gürcü gözəliSənin qədər gözəlini görmədimMən əlimi gözəllərdən üzəliTanrı özü bilə-bilə,gözəlimDoğulan tək işığını keçiribO işığı sənin yanıq səsindəTiflis boyda bir şəhərə köçürübSəsin axır qərib dağ çeşməsi təkMən fağır da qərib dolça bürcüyəmGöz yaşımı tutammıram,gözəlimGöz yaşlarım elə bilir gürcüyəmBAL ARISI(şair-dostum Zezva Medulaşviliyə)Sən bir arısan, Zezva, arı,Çəmənlərin dostu,Çiçəklərin yarı,Ləçəklərin simsarı.Çəmənlər seyrin,Çiçəklər meylin,Ləçəklər leylindir sənin.Füzuli tək dalğınsan,Vaqif tək yorğun,Səməd tək vurğun...Sən bir arısan, Zezva, bir arıPətəklərə sən yığırsan,Nəsiminin,Füzulinin,Vaqifin,Vidadinin,Ələsgərin,Vurğunun söz şirəsini,Könül şirəsini, göz şirəsini...SənAzərbaycan eşqinin əsirisən, Zezva,Mənim millətimin TiflisdəSöz yatırının Parasız-pulsuzYarımsərxoş səfirisən, Zezva...Sən bir arısan, Zezva, bal arısı...Eşşək arıları balını oğurlayır,Boşunu qırır, dolunu oğurlayır,Adını, sanını, namını oğurlayır,Qanadını isladır, ruhunu sancır...Amma bil ki, səni sancmaq olmaz,Sancan bal arısı uzun yaşamaz,Sən bir bal arısısan, Zezva.... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.