Qarabağ qazisi Şamil Sabiroğlu haqda yubiley düşüncələri... Digər » QHT 15 Temmuz (Azərbaycan Milli mətbuatının 25-ci ildönümündə jurnalist olaraq öyünməyə haqqı olan insan)Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin sədri Şamil Sabiroğlunu oxuculara geniş təqdim etməyə ehtiyac yoxdur. Azərbaycan Milli Azadlıq hərəkatının öncüllərindən olan bu insan Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü ilə əlaqədar Bakıdakı rahat iş-gücünü atıb, 1989-cu ilin sentyabr ayında könüllü olaraq ön xəttə yollanıb. 1990-cı ilin yanvar ayınadək Laçın rayonunun “Qayğı”qəsəbəsinin inşasında iştirak edən Şamil müəllim, rayon ictimaiyyəti ilə qaynayıb-qarışıb. Onların xeyir-şər məclislərində yaxından iştirak edib.Azərbaycan o zaman öz müstəqilliyini bərpa etmədiyindən bölgənin müdafiəsində dayanmaq çox çətin idi.Çünki bu proses, sabiq SSRİ-nin Daxili Qoşunlarının rəhbərliyinə həvalə edilmişdi. 1990-cı ilin Yanvar faciəsi ərəfəsində Bakıda olan Şamil, SSRİ Müdafiə Naziri D.Yazovun rəhbərliyi altında baş verən özbaşınalıqların şahidi olur.O gecə baş verənlərin canlı şahidi kimi için-için ağlayır...Yaralıların şəfa ocaqlarına daşınmasında, habelə, könüllü qanvermə kampaniyasında iştirak edir.1990-cı ilin yazında Respublika Komsomolu Mərkəzi Komitəsinin xəttilə könüllülərdən ibarət dəstə düzəldir və Xocalıya gəlir. Xocalının yenidən qurulmasında yaxından iştirak edir. Şamil müəllim eyni zamanda, ciddi kadr çatışmazlığı ilə əlaqədar Xocalı (o zaman Əsgəran rayonunun tabeçiliyində idi) rayonun Cəmilli kəndində müəllim işləyir, bölgənin müdafiəsində dayanmaqla yanaşı “Səhər” gündəlik informasiya qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri vəzifəsinə təyin edilir. Bölgə müxbiri işləməklə yanaşı o, öhdəsində olan “Lomo” markalı kiçik fotoaparatla xəttindən maraqlı fotolar lentə alıb redaksiyaya göndərir. Şamil müəllimin qismətinə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında ilk həqiqi xəbəri vermək düşür.Bəlkə də çoxunuz bilmirsiz ki, məlum soyqırım haqda ilk xəbəri redaksiyaya çatdıran, ölkə gündəmini silkələyən Şamil Sabiroğlu olub. Bütün mətbuatda, hətta, Milli Televiziyanın “Xəbərlər”proqramında cəmi 2 nəfərin ölməsi haqda məlumat verildiyi zaman, Ş.Sabiroğlu həyəcanla bildirir: ”Ən azı 500 dinc sakin həlak olub.”Təbii ki, redaksiyanın rəhbərliyi ehiyat tədbirləri görür, “İlkin məlumata görə 100-dək insan həlak olub deməklə, məsuliyyətdən yaxasını qurtarmaq istəyir.”Şamil müəllim etiraf edir ki, “Səhər”qəzetinin baş redaktoru Məzahir Süleymanzadə, bu mətbu orqanın baş redaktor müavini Hidayət Elvüsal və redaksiyanın işgüzar kollektivinin birgə səyi nəticəsində əsl həqiqət 1992-ci il fevralın 27-də üzə çıxır. “Səhər”qəzetinin 28 fevral tarixli nömrəsində qəzetin bölgə müxbiri Ş.Sabiroğlu və Xocalının sabiq Prokuroru A.Atakişiyevə istinadən ölənlərin sayının təxminən 1000 (bir min) olduğu bildirilir.Şamil müəllim, məlum soyqırım baş verməmişçdən öncə bu ehtimalla ölkə mətbuatında bir neçə dəfə Xocalının 18 nəfər sakinini Bakıya gətirmiş, onların hakimiyyət orqanları ilə görüşlərini təşkil etmişdi.Təəssüflər olsun ki, ciddi ehtimal və xəbərdarlıqlar qulaqardına vuruldu, nəticədə Xocalı soyqırımı baş verdi. 25 il bundan əvvəl – Azərbaycan Milli mətbuatının 1-ci ildönümü ilə əlaqədar Respublika Mətbuat Fondunun(sədri Milli Məclisin deputatı İmamverdi İsmayılov) və “Səhər”qəzeti redaksiyasının (baş redaktor Məzahir Süleymanzadə) təşkil etdikləri birgə müsabiqədə birinci yerə layiq görülən Ş.Sabiroğlu 1.500 (bir min beş yüz) manat pul mükafatı alır.Lakin, mükafatı götürmür, Xocalıdan olan bir şəhid ailəsinə təqdim edir(etika xətrinə həmin şəxsin adını qeyd etmirik). Elə həmin il ona təklif olunan hazır yaşayış sahəsindən, düşmən üzərində Qələbə gününədək imtina edən Şamil müəllim sözün həqiqi mənasında canlı tarix və qəhrəmandır.Şamil müəllim 2007-ci il sentyabrın 27-də “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin yaradıb.Hazırda da həmin Təşkilatın həmtəsisçisi və rəhbəridir. İctimai fəallığına görə ölkə əhalisi arasında nüfuz sahibi olan Şamil müəllim Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyevin imzaladığı 21 iyul 2010-c il tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Şamil Sabiroğlu dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən mübarizənin öncüllərindəndir. Fəxr edirəm ki, rəhbərlik etdiyim “Yeni Yurd”Sosial İnkişaf” və “Xocalı Soyqırımını Tanıtma”ictimai birlikləri mehriban əməkdaşlıq çərçivəsində birgə tədbirlər keçirirlər.Azərbaycan – Türkiyə mədəni əlaqələrinin inkişafında Şamil Sabiroğlunun müstəsna xidmətləri var.Türkiyədə fəaliyyət göstərən bir çox tanınmış ictimai Təşkilat və Fondlarla əməkdaşlıq edən Şamil müəllim, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınması üçün əllərindən gələni əsirgəmir.Şamil Sabiroğlunun Şamilə adında 1 qız övladı var. Şamilə də atası kimi fəal ictimaiyyətçidir.O, 2016-2017-ci tədris ilində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin əyani şöbəsinə daxil olaraq bütün doğmalarına sevinc bəxş etdi. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ölkə jurnalistləri üçün Bakının Bayıl qəsəbəsində hündürmərtəbəli bina inşa olunur. Əminik ki, həmin binada Şamil müəllim də öz halal mənzil payını alacaq.Mahirə Əsədova, Azərbaycan Respublikası “Yeni Yurd”Sosial İnkişaf ictimai birliyinin sədri.Bakı, 12 iyul 2017-ci il. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.