BAKI METROSU VƏ YA 50 İLLİK BİR ÖMÜR Digər » Sosial 13 Eylül XX əsrin 30-cu illərinin əvvəlində Bakı təkcə Qafqazda deyil, bütün keçmiş SSR -nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakıda metropolitenin tikintisi qərara alındı. Lakin bir qədər sonra başlanan İkinci Dünya Müharibəsi həmin niyyətin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə layihə -axtarış işlərinin başlanması barədə qərar qəbul edilir. 1949 -cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır. 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və 12.1km-lik xəttin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500-700m aralı keçən buxtaya paralel surətdə uzanıb gedirdi. 1954-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. 1966 -cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektro-mexanika, işarəvermə və rabitə, material -texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır. 1967-ci il noyabrın 6 -da Bakı şəhərində metropolitenin 5 stansiyası -"Bakı Soveti", "26 Bakı Komissarı", "28Aprel", "Gənclik" və "Nəriman Nərimanov" stansiyaları və 9.2km-lik yeraltı xətləri olan I növbəsi istismara verilir. 25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başladı. Birinci sahədən sonra 2.3km-lik ikinci sahə işə başladı. Sonra isə 6.4km-lik üçüncü sahə istismara verildi. 9.1 km -lik II növbə isə 1985-ci ildə başa çatdırıldı. 1993-cü ildə "Cəfər Cabbarlı", 2002-ci ildə "Həzi Aslanov", 2011-ci ildə "Dərnəgül", 2015 -ci ildən "Avtovağzal" stansiyaları istifadəyə verilib. 2009-cu ildən RFİD kartları, 2015-ci ildən Bakı kart tətbiq edilir. Hazırda Bakı Metropoliteni ümumi uzunluğu 34.6 km olan 2 xətdən, 23 işləyən və tikilən stansiyadan ibarətdir. Həmin stansiyaların 23 vestibülü var. Çağdaş dövrümüzdə Bakı Metropoliteni sərnişinlərin daşınmasında ən səmərəli və lazımlı nəqliyyat vasitəsidir.Yunis QARAXANOV,"Şərqin səsi" qəzetinin xüsusi müxbiriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.