İRAKLİ KENÇOŞVİLİ: "Gürcü əlyazmaları toplularında Azərbaycan nəğmə lirikası" Ədəbi əlaqələr, Bədii Tərcümə 4 Ekim İrakli Kençoşvili - 1936-cı il oktyabrın 29-da Gürcüstanın Kutaisi şəhərində anadan olub. 1960-clı ildə Tbilisi Dövlət Universitetini bitirib. 1966-2006-cı illərdə Şota Rystaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun kiçik və böyük elmi işçisi, gürcü-xarici ədəbi əlaqələr şöbəsinin rəhbəri olub. 2006-cı ildən elə bu institutun aparıcı elmi əməkdaşıdır.O, 1999-2006-cı illərdə həm də “Kriterium” (“Meyar”) jurnalının redaktoru vəzifəsində çalışıb. İrakli Kençoşvili həm də tanınmış ictimai xadimdir. O, 2004-cü ildə Tbilisi şəhər Sakrebulosunun üzvü, 2004-2012-ci illərdə isə 6-cı və 7-ci çağırış Gürcüstan Parlamentinin üzvü - Millət vəkili seçilib. 2000-ci ildən filologiya elmləri doktorudur. Dörd kitabı və 200-dən artıq elmi əsəri dərc edilıb. Qeyd edək ki, İrakli Kençoşvilinin əsərləri arasında Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinə həsr olunanlar da vardır. Həmin əsərlərdən birini Tiflisdə yaşayıb-yaradan tanınmış tədqiqatçı Mirzə Məmmədoğlunun tərcüməsində ZiM.Az-ın dəyərli izləyicilərinə təqdim edirik.Müşfiq BORÇALI,ZiM.AZİRAKLİ KENÇOŞVİLİ Gürcü əlyazmaları toplularında Azərbaycan nəğmə lirikası Gürcüstan Milli Əlyazmaları Mərkəzində gürcü transliterasiyası ilə Azərbaycan mətnlərinin təqdim olunduğu əlyazmaları xüsusu kateqoriyanı təşkil edir. Bütün bunlar hər şeydən öncə Azərbaycan mahnı lirikası, eləcə də 1767-ci ildə tərtib olunmuş bəzi yerlərdə gürcü dili ilə uğunlaşdırılan italyanca-türkcə lüğət, elə həmin dövrə aid türkcə-farsca-gürcücə lüğət, iki türkcə-gürcücə lüğət, türk dilli əlifbanın siyahısı və sair nümunələridir. Gürcü hərfləri ilə yazılan Azərbaycan poeziyası nümunələri arasında çar II İrakliyə yaxın olanlardan birinə məxsus əlyazması ən qədim əlyazmalarından biridir. Burada XII-XVIII əsrlərin gürcü müəlliflərinin əsərləri, eləcə də bir fars dilli şeir və üç türk dilli şeir köçürülüb. Bir neçə əlyazmalarında, o cümlədən, 1780-ci ilə aid topluda II İraklinin atasının böyük olmayan poemasından sonra azərbaycan dilində iki rübai və bir beyt gəlir. Elə bu topluda bəzi yerlərdə böyük olmayan Azərbaycan-gürcü danışıq kitabçası verilib. XIX əsrin əvvəllərinin əlyazmaları toplusunda Budaq (bəzən Budan) Oğlan, Yolçu Oğlan, Çərkəz Oğlanın istənilən növ gürcü, eləcə də azərbaycan dilində müxəmməzlərə, müstəzadlara ract gəlinir, Budan Oğlan eləcə də özünü XIX əsrin əvvəllərinin əlyazmasında (onlardan biri divanidir) iki azərbaycan şeirində xatırladır. Bir neçə azərbaycan şeirində, o cümlədən “XI əsrdən XIX əsrin əvvəllərinə qədər gürcü poeziyasının nümunəsini təşkil edən “Dastani Koroğlu” müəllifi göstərilmədən topluda köçürülüb. Gürcü transliteraciyasında azərbaycan nəğmə lirikası mətnlərinin olduğu əlyazmaları arasında gürcü şairlərinin şeirləri ilə yanaşı 149 şeirin verildiyi (divani, təcnis, təxmis, müxəmməs, gəraylı, yedəkləmə, nalatma, dastan, Leyli barədə Mənunun müxəmməsi, İstanbul mahnısı, Kərəmi, Şərəşur, rübai, qəzəl və sair) toplu xüsusu diqqətə layiqdir. Toplunun özü XIX əsrin ortalarında tərtib olunub, amma onun məzmunu daha da qədim arxetiplərdən irəli gəldiyini xəbər verir.Bunu topluda Qurucu Davidin, çariça Tamarın, XVIII əsrin bir sıra şairlərinin, o cümlədən Sayat-Nova, Besiki, Barama Barataşvili və sairlərin şeirlərinin köçürülməsi faktı təstiq edir. Bu toplunun tərtibçisi David Amiridzedir ki, bu da göründüyü kimi, öz babasının, sarayda çar İraklinin sərkərdələrinin birinin ruhanisi olan Keşiş Dərdiməndi ləqəbli İosif Amiridzenin əlyazmalarından istifadə edib. İosif Amiridze Azərbaycan nəğmələrinin mətnini ehtimal ki, yerbəyer etmişdir. Bunu onun bir sıra şeirlərin mətnindən öncə Azərbaycan nəğməsinin onu vəcdə gətirən melodiyası göstərilmişdir. “Can yanalı” melodiyasında, “Müştər müxalif melodiyasında Rəsti guşə" və sair. Bu topluda şeirlər, bir qayda olaraq anonim kimi verilmişdir. Yalnız bəzi şeirlərin əvvəlində və ya sonunda müəllifin adı göstərilmişdir. Belə ki, dörd şeirin əvvəlində müəllif göstərilmişdir: Vaquf. Elə bu topluda “Vaqif melodiyasında” anonim şeir vardır.“Yanan laləzar zülfün, bənövşə” sözlərilə başlayan şeir, eləcə də Vuzulinin “( ehtimal ki, Məhəmməd Füzuli ) “Ağlayar ol seyidi tal ki, eşq yar etməzmidiyim, ixtiyar olsaydi tar ixtiyar etməzmidiyim...” müxəmməzi və Vidadinin “Bir cəmi iktar saqi bu dövran belə qalmaz...” müxəmməsi vardır.Ayrıca olaraq bu fakt üzərində dayanmaq lazım gəlir ki, bir çox poetik topluda və gürcü transliterasiyasında olan antologiyada Azərbaycan nəğmələrinin başlanğıcı gətirilir ki, bunların da melodiyasında gürcü şairlərinin şerirləri yaradılıb. Bəzən başlanğıcdan sonra onların gürcü tərcüməsi verilir. Nümunə olaraq, XVIII əsrin ikinci yarısının şairi Otar Kobulaşvilinin (antologiya S 1512 və sair) mahnısının mətnindən “Hoydu, sənəm” başlanğıcından sonra onun tərcüməsi “Əgər desələr” gəlir. Qeyd etmək lazımdır ki, Aleksandr Çavçavadzeinin 1804-cü ildə anti Rusiya üsyanı zamanı onun əsir düşdüyü zaman yaradılan vətənpərvərıik lirikasının bir sıra nümunələrindən öncə Azərbaycan nəğməsinin başlanğıcı, o cümlədən “Uçdu könlümün quşu” , “Bağça divarından açdım”, “Can quşu bu yerlərdə”, “Mən gəncəli deyiləm” və sair təqdim olunub.Bəzi hallarda əlyazmalarında Azərbaycan nəğmələrinin başlanğıc sözü göstərilməyib.Yalnız bu verilən şeirin türk dilli nəğmələri melodiyasında yaradıldığı göstərilibdir. Belə hallardan birinin üzərində xüsusu olaraq dayanmaq lazımdır. Gürcü şairi Dimitri Tumanişvilinin(çar XIII Georginin sarayının katiblərindən biri) bu “Axal aqnaqo” (“Yeni ruh”) nəğməsi Puşkinin “Ərzuruma səyahət”ində öz müəyyən dəyərini tapmışdır. Gürcü nəğməsinin avazı xoşagələndir. Onlardan birini sözbəsöz mənə tərcümə etdilər, o görünür, yeni vaxtlarda qoşulmuşdur. Onda öz poetik məziyyəti olan hansısa Şərq cəfəhgiyyatı vardır. Onu sizə təqdim edirik:” «Душа, недавно рожденная в раю! Душа, созданная для моего счастия! От тебя, бессмертная, ожидаю жизни. От тебя, весна цветущая, от тебя, луна двунедельная, от тебя, ангел мой хранитель, от тебя ожидаю жизни. Ты сияешь лицом и веселишь улыбкою. Не хочу обладать миром; хочу твоего взора. От тебя ожидаю жизни. Горная роза, освеженная росою! Избранная любимица природы! Тихое, потаенное сокровище! От тебя ожидаю жизни»”.D. Tumanişvilinin nəğməsinin mətninin sətri tərcümısi və onun ifası əsasında Puşkin semantikin təkcə xarakterini deyil, onun melodiyasının xarakterini də dəyərləndirir: “Gürcü nəğməsinin avazı xoşagələndir”.Lakin həqiqətdə bu nəğmənin melodiyası tamamilə gürcü melodiyası deyildir. Poetik antologiyalardan birində əsas mətndən öncə Puşkin tərəfindən yazılmış Dimitri Tumanişvilinin şeirində göztərilib: “Qafiyyə. Türk melodiyası ilə ifa olunur.7 bənddən ibarətdir. Hər bənddə üç səkkiz hecalı sətir, hər dördüncü sətir təkrar olunur və on altı hecadan ibarətdir”. Burada tamamilə aydın şəkildə göstərilmişdir ki, bu nəğmələrin sözləri türk melodiyasında ifa üçün nəzərdə tutulub. Beləliklə, Puşkinin “Gürcü nəğməsinin avazı xoşagələndir” müəyyənliyinə gürcü deyil, Azərbaycan vokal lirikası kimi yanaşmaq lazımdır. Puşkinin Tiflisdə melodiyasını eşitdiyi nəğmənin əsla gürcü nəğməsinin olduğunu bilməmiş olmazdı. Fərz etmək olar ki, bu cür anlaşılmazlığın nəticəsi Puşkinin “Kafqaz əsiri” poemasına etdiyi qeyddir:”Gürcü nəğməsi xoşagələndir və çox hissəsi qəmlidir. Onlar Qafqaz silahının bir anlıq nailiyyətini, bizim qəhrəmanların: Bakununun və Sisiyanovun ölümünü şərəfləndirirlər, xəyanət, qətl- bəzən sevgi və həzzdir”. Gürcü nəğmələri, bir qayda olaraq, çoxsəslidir və beləliklə, əsla qəmli deyildir. Bundan başqa heç bir faktiki dəlil ilə Puşkinin gürcü nəğməsinin Bakununu, Sisiyanovu, xəyanıkarlığı və qətli şöhrətləndirdiyi sözü möhkəmləndirilmir.Gürcü poeziyası ilə Şərqin nəğmə lirikası ilə söx əlaqəni öyrənərək qeyd etmək lazımdır ki, bu prosesdə eləcə də Azrbaycan və fars şairlərinin şeirlərinin tərcüməsi müəyyən yer tutur. Ehtimal ki, əlyazmaları toplusunda orjinal əsər kimi təqdim olunan bir sıra şeir əslində tərcümədir. Səciyyəvidir ki, Qriqol Baqrationi 1820-ci ildə tərtib etdiyi əlyazmaların poetik antologiyasında Stepan Melikişvilinin şeirinə toxunaraq qeyd edir:”Bəziləri ona məxsusdur, bəziləri isə, tatar dilindən tərcümə olunmuşdur”. Antologiyalardan birində Stepan Melikişvilinin lirikasının nümunələrindən birindən öncə göstərilib: “ İbrahim xanın bacısının şeirləri”.Əlyazmaları toplusunda azərbaycan nəğmələrinin mövcudluğu XVIII əsr və XIX əsr əvəllərində gürcü poeziyasının inkişaf xüsusiyyətini özünə məxsus şəkildə əks etdirir ki, bu dövr də daxili stimulların, xüsusu olaraq fars və Azərbaycan nəğmə lirikasının güclü və məhsuldar təsiri ilə əlamətdar olub. Bu təsir həmin dövrdə gürcü poeziyasının fizionomiyasında bişən, onda epik poeziyanın monopolizminin öhdəsindən gəlinməsində, müxəmməz, müstəzad, dubeyti, bayatı, təcnis və sair kimi bu cür möhkəm şeir formasının mənimsənilməsində, prosodiyanın yeniləşdirilməsində başlıca rol oynayan mühüm amillər olmuşdur. Bu nəğmə lirikasında gürcü müəllifləri öz milli poeziyalarında indiyə kimi olmayan və yaxud da uyumaqda olan nəsə bir şey tapdılar. Bu, Yuri Lotmanın sözləri ilə desək, inpuls ilə təsirə oxşarlıq (mərhələli, janrlı və sair) deyil, fərqli olduğu bir haldır. Gürcü müxəmməs və bayatılarnda, təcnis və müstəzadlarında müxtəlif modifikasiya və inobasiyanın daha artıq əyani surətdə aşkarlamaqla Amirani, Kartlos, Avrora, Apollon, Afrodita, Diana, Mars, Minerva, Eros, Kupidonlar, Qrasilər, Muzalar, Nimfalar, Homer, Rebeka, Yudif və sair kimi gürcü, antik bə incil mifologizmlərindən, etnonimlərindən və toponimlərindən istifadə olunmasını qeyd etmək lazımdır. Gürcü poeziyasının şeir formasını, Avropa və rus ədəbiyyatından gələn bir sıra stimulları ilə Azərbaycan və fars poeziyasının stilistik üsullarını mənimsəməklə Götenin özünün üsulunun bənzəri “Qərb-Şərq Divam” yarandı.1820-ci illərin sonu, romantik cərəyanının əmələ gəldiyi vaxtlar Şərq nəğmə lirikası yenilik cazibədarlığını itirir, ona qarşı münasibət kəskin şəkildə formasını dəyişir, müəyyən mərhələdə isə, kütləvi ədəbiyyat hadisəsinə, çox hallarda təqlid mövzusuna və ondan tənqidi məsafələşdirmə obyektinə çevrilir. Ancaq 1910-cu illərin əvvəllərində modernizmin əmələ gəlməsi ilə və müvafiq olaraq şeirin formal tərəfinə, akkustik effektə, poetik sözün oynaq başlanğıcına prosodik yeni qoyulmuş qaydaya, elə bu vaxtlar mədəniyyətin operativ yaddaşının periferiyasında ortaya çıxan XIX əsrin poetik mətninə marağın artması yenidən aktuallaşdırılıb. Şərq lirikasının şifahi cinaslarında və omofonlarında sözə qarşı modernist münasibətin tipoloji oxşarlığı kimi baxmaq olar. Bütün bu şeylər ayrı-ayrı söhbətin daha böyük problemi və mövzusudur: Postsimvolizm dövrünün barakkosu və modernizm poeziyasıdır. Tərcümə edəni: Mirzə MəmmədoğluZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.