Folklor İnstitutunun Elmi Şurasında “Azərbaycan Novruzu: problemlər, müzakirələr” mövzusunda məruzə dinlənilib

Folklor İnstitutunun Elmi Şurasında “Azərbaycan Novruzu: problemlər, müzakirələr” mövzusunda məruzə dinlənilib Folklor İnstitutunun Elmi Şurasında “Azərbaycan Novruzu: problemlər, müzakirələr” mövzusunda məruzə dinlənilib Folklor İnstitutunun Elmi Şurasında “Azərbaycan Novruzu: problemlər, müzakirələr” mövzusunda məruzə dinlənilib Folklor İnstitutunun Elmi Şurasında “Azərbaycan Novruzu: problemlər, müzakirələr” mövzusunda məruzə dinlənilib Folklor İnstitutunun Elmi Şurasında “Azərbaycan Novruzu: problemlər, müzakirələr” mövzusunda məruzə dinlənilib 2017-ci il Martın 31-də AMEA Folklor İnstitutu
Elmi Şurasının növbəti iclası keçirilib.


AMEA-dan ZiM.Az-a bildiriblər ki, iclası
Elmi Şuranın sədri,
AMEA-nın müxbir üzvü
Muxtar Kazımoğlu-İmanov
açıb.

Öncə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xalidə MəmmədovaElnarə Əmirlinin 2016-2017-ci tədris ili üçün AMEA Folklor İnstitutunun doktoranturasına (fəlsəfə doktorluğu proqramı üzrə) qəbulu ilə bağlı məsələyə baxıb. İmtahanları müvəffəqiyyətlə vermiş iddiaçıların dissertasiya mövzuları və elmi rəhbərləri təsdiq edilib.

Gündəlikdəki ikinci məsələ AMEA Folklor İnstitutunun “İrs” folklor ansamblının adının dəyişdirilməsi ilə bağlı olub.
Qərara alınıb ki, ansamblın adı dəyişdirilsin və bundan sonra “Qorqud” folklor ansamblı adlandırılsın.

Daha sonra Novruz bayramı mövzusunda Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri, tanınmış alim, diplomat və ictimai xadim, tarix üzrə elmlər doktoru Həsən Həsənovun “Azərbaycan Novruzu: problemlər, müzakirələr” mövzusunda məruzəsi dinlənilib.

Novruz bayramı ilə bağlı konsepsiyasının əsas müddəalarını açıqlayan alim, öncə yazın gəlişi ilə yeni ili qeyd etmək ənənəsinin çox qədim kökləri olduğunu və bir çox müasir xalqlarda bu ənənələrin davam etdiyini bildirib. Bununla yanaşı o, qeyd edib ki, “yazgəlişi mərasimlərinin mahiyyəti eyni olsa da, adları, detalları, qədim zamanlarda olduğu kimi, indi də müxtəlifdir. Hər xalqın yazın gəlişi təntənəsinə öz baxışı, öz yozumu var. Mənim demək istədiklərim ancaq azərbaycanlıların Novruz bayramına aiddir.
Bizim Novruz bayramı insanların şəxsi taleyi ilə deyil, astronomiya elmində izah olunan hadisələrlə bağlıdır”.

Zərdüştilik və Novruz bayramı məsələsinə toxunan məruzəçi bildirib: “Zərdüştilik adlandırdığınız dinin bayramları haqda cəm şəklində məlumatı zərdüştiliyin əsas tədqiqatçısı olan Meri Boys verir. Onun dediyinə görə, zərdüştilərin altı əsas bayramları var:
Maidyoy-zaremaya (Yazın ortası), Maidyoy-şema (Yayın ortası), Paitişaxya (Məhsul yığımı bayramı), Ayatrima (Sürülərin yaylıqdan qayıtmaq bayramı), Maidyaitya (Qışın ortası), Xamaspatmaedaya (Fravarşi şərəfinə ziyafət). Mənbələrin verdiyi məlumatlarda zərdüştilərin Novruz adında bayramı sadalanmır. Sadəcə, Meri Boys zəmanəmizin reallığına əsaslanaraq qeyd edir ki, Novruzu da Zərdüşti bayramlarının siyahısına yeddinci olaraq əlavə etmək lazımdır”.


“Novruz” sözünün mənşəyinə gəlincə, H.Həsənov sözün birmənalı olmadığını bildirib:
“Fars dilində “Yeni gün” “Novruz” deyil, “Ruzi-no”dur. İfadələrin ikisinin də tərkibində “no/yeni” və “ruz/gün” sözləri var. Sadəcə “Ruzino” fars sözləri və fars qrammatikası əsasında formalaşan ifadədir. “Novruz” isə fars sözlərinin Azərbaycan dilinin qrammatik qaydaları əsasında düzümü nəticəsində yaranıb. Beləliklə, “Novruz” sözünü birmənalı olaraq fars ifadəsi kimi qələmə vermək səhvdir. Novruz/Nouruz/Noruz ifadəsindən hal-hazırda həm türk, həm irandilli xalqlar hərə öz sözü sayaraq istifadə edir. Bu da ondan irəli gəlir, ki, novruz/nouruz/noruz sözü fars və türk dillərinin qovuşması nəticəsində yaranan sözdür”.

Eləcə də H.Həsənov “bayram” sözünün açımı, Novruz çərşənbələri ilə bağlı da fikirlərini bölüşüb.
Apardığı tədqiqatlara əsaslanaraq bildirib ki, Novruz bayramının səkkiz rəqəmi ilə bağlantısı
qədim türk əsilli skiflərin səkkiz tanrılı panteonu ilə əlaqədardır.
Bu tanrıların adı, funksiyaları və yunan tanrıları ilə müqayisəsi haqda əsaslı məlumatı
e.ə. V əsrdə yaşayan yunan tarixçisi Herodotun əsərində rast gəlirik.
Məruzəçi də onun məlumatlarını əsas olaraq götürüb.

Məruzəçi-alim Həsən Həsənovun çıxışından sonra fil.ü.e.d., professor Kamran Əliyev,
fil.ü.e.d., professor Füzuli Bayat, fil.ü.e.d., professor Kamil Allahyarov, fil.ü.e.d.,
professor Məhərrəm Qasımlı, tar.ü.e.d., professor Şahin Fazil,
fil.ü.e.d., professor Məhəmməd Əliyev, tar.ü.f.d. Eynulla Mədədli, sən.ü.e.d.,
professor Nailə Rəhimbəyli, fil.ü.f.d. Nizami Muradoğlu, fil.ü.f.d. Atəş Əhmədli,
fil.ü.f.d. Müşfiq Borçalı
və başqaları alimin fikirlərinə münasibət bildiriblər.

Çıxışlara münasibətini bildirən və çoxsaylı sualları cavablandıran Həsən Həsənov sonda
məruzə üçün imkan yaradıldığına görə AMEA rəhbərliyinə, eləcə də AMEA-nın müxbir üzvü
Muxtar Kazımoğlu - İmanov
a təşəkkürünü bildirib.

Elmi Şuranın iclasını yekunlaşdıran AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanov
məruzəçi Həsən Həsənova geniş və əhatəli çıxışına görə öz təşəkkürünü bildirib.
O, bu müzakirənin keçirilməsində başlıca məqsədin milli bayram saydığımız Novruzun
əsas konturlarının müəyyənləşdirilməsi olduğunu, elmi müstəvidə müqayisələr,
paralellər aparılmasının gərəkliyini bildirib:
“Müzakirədə meydana çıxan xətlər, şaxələr çoxdur. İstəyimiz odur ki, Novruzla bağlı hay-küy,
yalançı milli təəssübkeşlik yox, normal tədqiqatlar ortaya çıxsın”.


Folklor İnstitutunun Elmi Şurasında “Azərbaycan Novruzu: problemlər, müzakirələr” mövzusunda məruzə dinlənilib Bununla da Elmi Şuranın iclası başa çatıb.

Sonra xatirə üçün foto-şəkillər çəkilib.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: