XIDIR NƏBİ BAYRAMINIZ MÜBARƏK!.. Folklor, Başkeçid, Təbriklər, Rusiya, Diaspora 10 Şubat Bu gün "Xıdır Nəbi" (Xıdır Əlləz) bayramıdı, amma Anamla telefon zəngimiz - bayramlaşmaq, təbrik baş tutmadı, çünki bu mümkünsüzdü, o haqq dünyasındadır. (Ana deyəndə mən bizə, yə'ni mənə, bacıma və qardaşıma ana qədər əziz, doğma olan, bizim böyüyüb boya-başa çatmağımızda əvəzsiz qayğısı olan nənəmi nəzərdə tuturam. Biz ona nənə yox, ANA deyə müraciət edirdik...) (Borçalıda bir çöx ailələrdə adətən Anaya Mama deyildiyindən, nənəyə Ana, Ataya Baba, Babaya isə Dədə deyirdilər. - Red.)O, bizə ana-ata işlə əlaqədar qürbətdə olmağına baxmayaraq sevinc, qayğı bəxş edərdi, əzizləyərdi, oxumağımızda köməklik göstərərək anasız günləri analı kimi hiss etdirərdi. Yəqin ki, biz dil açanda ona ana deyərək müraciət etməyimiz də Allahdan gələn bir işarə imiş.Böyüyəndən sonra qürbətdə yaşasaq da o və babam bizim vətəndə çiragimiz idi -oğul yurdunun çıraqı! ...Anam (nənəm), böyüsək də, hər bayramda bizi yad edərdi, bizə şirin nemətlərdən pay çıxardı, baxmayaraq ki, biz qürbətdə o isə vətəndə idi .Taniş-bilişlərdən başqa rayon və kendlərdən qurbete gələn olsa soraq edib, gələnlərdən həmin payı göndərərdi.Həmin payın içinə mütləq məktub da yazib qoyardı. Məktubda bu kimi sözlər ürəyi tel-tel edib sökərdi: Salam mənım əzızlərım. Üz və iki gözlərinizdən sevə-sevə öpürəm! Məktubun sonunu ıse qəmli ,həsrətli ayriliq bayatilari ıle bıtırərdı.Əfsuslar olsun indi həm məktuba, həm həmin sözlərə, həm həmin sevgiyə, həm də həmin öpüşə həsrət qalmışıq. İndi sizə bir az Xıdır Nəbi (Xıdır Əlləz) bayram haqqında məlumat verim. Bu bayram "qışın oğlan çağında", fevral ayında, kiçik Çillə günlərindən birində Novruzdan altı həftə qabaq qeyd edilir. Onu da deyim ki, Gürcüstan türkləri yaşıyan Borçalı bölgəsində, Xıdır Peyğəmbərin adı ilə (rəvayətə görə) bağlı olan bu bayram xüsusi gözəlliklə keçirilir, bəzi məlumatlara görə adətən bayramın gəlişi Təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi kimi proseslərə də yozulur.Bayramda yağlı kömbə, qatlama adlandırılan şirnıyyat bişirilir, onunla yanaşı gecə arzu tutulub şam yandırılır, hər doğma adamın adına bir şam. Bu bayramda həm də qovrulmuş buğdadan (qovurğadan) qovut hazırlanır, yəni qovurğa kirkirədə (dəstərdə) çəkilir və yaxud həvəngdəstədə döyülür. Qovudu quru yemək çətin olduğundan ona bir az şərbət əlavə edilıb ovulur. Bir qədər halvaya oxşayır. Süfrəyə hazırlanan sirniyyatlar düzülür və bayram hamıdan çox uşaqların sevincinə səbəb olur..Mənim anam (nənəm) həm qovudu, həm şamı özü hazırlayardı, kətan ipdən və mumdan, burma şəkilendə. Bununla bərabər bayram günü qurban kəsənlər də az olmur, həm də bu bayram niyyətlərin bayramı sayılır.Rəvayete gore bir qab qovud həmin bayram gecəsi səssiz bir otağa qoyulur, Xıdır Nəbi - baba ya əl izini ya da atının nal izini o qovuda salır ,onda həm niyyətlər qəbul olur, həm də ruzi-bərəkət bol olur .Həmin gecə külək əsərsə, belə hesab edirdilər ki, Xıdır Əlləzdir.Bu adətlərlə birlikdə qonu-qonşuya, yaxınlara, tanışlara, dostlara, doğmalara pay da verilir, verilməsə guya Xidir Ellez küsür və Atın çapıb gedir, ruzi-bərəkəti özü ilə aparır..Ehh ..., qürbetin qucagı nə qədər soyuqdursa, vətənin, doqma insanların həsrəti o qədər odludur. Elə məni üzən də bu həsrətdi, nənə -baba qəbrini üreyimiz istəyəndə ziyyarət edə bilmədiyimiz..Hər bayram günündə aramızda olmayan doğmalarımızın yeri görünür, xüsusi olaraq da ANAMIN!... Gəl sənə yenə də şikayət edim,Qurbətdə sevincim sozalır, Anam.Sözə gilələnib, of…sinə dərdım,Qəmli şeirlərə düzülür, Anam.Yad elin bir günü min il kimidi,Qazanclar, ruzilər zəhər kimidi.Ürəyim tel-teldi, sazın simidi,Həsrətin əliylə çalınır, Anam.Hanı sənsiz, yurd evində çıraqım,Qoruyardın qərıb evlad ocağın?Adımıza yandırdığın mum şamın,Bayramdı, işığı görünmür, Anam.Bir dönə bilsəydim sənli günlərə,Qurbanlar kəsərdim qəmli gözlərə.Sədaqət catmayır bu niyyətlərə,Ruhum qəbrin üstə dolanır, Anam.Sədaqət DİLQƏM, 11.02.2016. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.