Namiq ATƏŞ (1972): "Nə yaman darıxdım o illər üçün!.." Ədəbiyyat » Müsabiqə 25 Nisan Namiq Atəş (Səfərəliyev Namiq Zeynal oğlu) - 01 fevral 1972-ci ildə Zərdab rayonunun Salahlı kəndində doğulub. 1990-ci ildə Gəlmə kənd orta məktəbi bitirib və elə həmən il Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. 1995-ci ildə həmin ali məktəbi bitirib. Evlidir. İki uşaq atasıdır.Toy şənliklərinin aparıcısıdır. "Ayrılığa gedən yollar" kitabının müəllifidir. Biz də Namiq Atəşin bir neçə şeirini aşağıda dəyərli oxucularımıza təqdim edir və ona yeni-yeni uğurlar arzulayırıq!..Rahilə QARALOVA,ZiM.AzNə yaman darıxdım o illər üçünAtamı, anamı istəyirəm mən,Nə yaman darıxdım o illər üçün.Nigaran-nigaran gözləyirəm mən,Nə yaman darıxdım o illər üçün.Gözlərim, qurumuş bulaqlar kimi,Ümidim qırılmış budaqlar kimi,Gözü yolda qalan uşaqlar kimi,Nə yaman darıxdım o illər üçün.Uşaqlıq illərim bir xəyal oldu,Böyürtkən kolunda ilişib qaldı,İlk sevgi o, zaman qəlbimə doldu,Nə yaman darıxdım o illər üçün.Atamı səsləyən, hay bibilərim,Anama bərabər, tay bibilərim.Mənə candan yanan ay bibilərim,Nə yaman darıxdım o illər üçün.Ay mənim şaqqalı, pəhlivan dayım,Daşı daş üstünə cəld hörən dayım,Hər dəfə əlimə pul verən dayım,Nə yaman darıxdım o illər üçün.Bizdən üz döndərib, küsüb evimiz,Hörümçək yuvası basıb evimiz,Qonaqlı-qaralı kasıb evimiz,Nə yaman darıxdım o illər üçün.Çoxunuz daş üstə bir şəkilsiniz,Namiqin qəlbinə dağ çəkirsiniz.Mənə yuxularda baş çəkirsiniz,Nə yaman darıxdım o illər üçün.Bunlar sənin əsərindirSınıq qələm, cırıx vərəq,Bunlar sənin əsərindir.Yorğun şair, hisli çıraq,Bunlar sənin əsərindir.Gecənin bu şükut səsi,Tənhalığın kinayəsi.Ürəyimin göynəməsi,Bunlar sənin əsərindir.Uzun-uzun fikrə dalmaq,Xəyalından aslı olmaq.Səhərəcən oyaq qalmaq,Bunlar sənin əsərindir.Tükənməyən əzabların,Dözülməz istirabların,Acı dolu məktubların,Bunlar sənin əsərindir.Vüsalına can atmağım,Öz özümü unutmağım,Pallı-paltarlı yatmağım,Bunlar sənin əsərindir!Namiq,nələr çəkdi başın,Çox yolunda qəlbidaşın.Nə yazdımsa, halal xoşun,Bunlar sənin əsərindir.SözlərimDediyim sözlərdən çox-çox böyükdür,Baş qoyub ürəkdə yatan sözlərim.Hələ yığılmamış pambıq kimidir,Yumşaqdır, rahatdır, kətan sözlərim.Sözdən söz toxuyur, hörümçək kimi,Göylərə ucurur çərpələng kimi.Kiminin üzünə tüpürcək kimi,Kiminin gözünə batan sözlərim.Hərdən tumarlidır, ipək kimidir,Ətri, gül qoxuyur, çiçək kimidir.Hərdən də qəzəbli köpək kimidir,Qurdu boğazından tutan sözlərim.Qəfəsdə qaldıqca, dolur, hönkürür,Üşüyür,titrəyir, əsir, öskürür.Gahdan vulkan kimi alov püskürür,Gah da dildən düşüb, itən sözlərim.Allaha yüksəlir sözün zirvəsi,Peyğəmbər kəlamı, Qur'an ayəsi.Namiqin öz sözü, öz fəlsəfəsi,Məni "söz atından" atan sözlərim.Səni axtarırlar şeirlərimdəEhtiyatlı dolan, ehtiyatlı gəz,Səni axtarırlar şeirlərimdə.Gəzib misra-misra yoxlayır hər kəs,Səni axtarırlar şeirlərimdə.Yenə gül açırmı sevgi bağında?Qara xal dururmu ağ buxağında?İtmisən yaşının ülkər çağında,Səni axtarırlar şeirlərimdə.Yağdın taleyimə bəyaz qar kimi,Qaldın damağımda ilk nübar kimi.Böyük xəta etmis günahkar kimi,Səni axtarırlar şeirlərimdə.Namiq,illərimi belə keçmişəm,Ağıza düşmüşəm, dilə keçmişəm.Düşüblər izimə, ələ keçmişəm,Səni axtarırlar şeirlərimdə.Sevgidən şeir yazandaÖzüm öz başıma oyun açıram,Hər dəfə sevgidən şeir yazanda.Bə'zən baş götürüb evdən qaçıram,Hər dəfə sevgidən şeir yazanda.Hərdən bir görürsən dolur ürəyim,Köhnə xatirələr olur gərəyim,Nə bir çayım olur,nə də çörəyim,Hər dəfə sevgidən şeir yazanda.Gizli yazdığımı, aşkar bilirlər,Rişxənd eyləyirlər, bic-bic gülürlər.Zəng edib xəlvəti xəbər verirlər,Hər dəfə sevgidən şeir yazanda.Adamı nə qədər yanlamaq olar,Bir gün yola vermək,anlamaq olar.Gündə-gündə üzü danlamaq olar?Hər dəfə sevgidən şeir yazanda...Mən,nə qələmimi qırıb atıram,Nə də vərəqimi cırıb atıram.Yalandan gözümü yumub yatıram,Hər dəfə sevgidən şeir yazanda.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.