XIDIR XIDIROV (1957) Müsabiqə, Başkeçid 5 Aralık Xıdır Xıdırov - 1957-cil dekabrın 5-də qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayounundakı Yuxarı Orzuman kəndində anadan olub.1964-197-cü illərdə Yuxarı Orzuman kənd orta məktəbində oxuyub.1974-1978-ci illərdə Azərbycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) kimya fakültəsində ali təhsil alıb.1978-ci ildən dogma Yuxarı Orzuman kənd orta məktəbində kimya müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.2005-2005-cu illərdə həmin məktəbdə direktor müavini, 2005-2010-cu illərdə isə direktor işləyib.Hazırda da dogma məktəbində kimya-biologiya müəllimi kimi pedaqoji fəaliyyətini şərəflə davam etdirir. "Baş müəllim" adına layiq görülüb.Ailəlidir; 3 övladı - bir oğlu, iki qızı var. Hər üçü aliləli və ali təhsillidirlər. 9 nəvəsi var.Xıdır Xıdırov gənclik illərindən həm də bədii yaradıcılıqla da məşqul olur.Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə, o cümlədən "Zirvə" poeziya antologiyasında, "Vətən", "Canım Azərbaycanım", "Poeziya çələngi" və s. ədəbi məcmuələrində dərc olunub.Bu gün Xıdır müəllimin doğum günüdür!..Biz də fürsətdən istifadə edərək, "ZİM.Az"-ın bütün Yaradıcı Heyəti adındanhörmətli Xıdır müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,şəxsi həyatında, pedaqoji fəaliyyətində, eləcə dəbədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik!..Müşfiq BORÇALI,ZiM.Az İKİ DÖVLƏT, BİR MİLLƏT...QOŞA BAYRAQLAR...Həm dövlət rəmzidir, həmdə ki, qeyrət,Tanındı dünyada, qazandı şöhrətBiz iki dövlətik, ancaq bir millətQaynayıb, qarışıb qoşa bayraqlar.Müzəffər ordunun mərd duruşunda,Xalqının qürurlu, sərt baxışında, Ana yurdumuzun hər qarışındaSancıldı torpağa, daşa bayraqlar.Yayıldı şad xəbər dillərdən-dilə,Azadlıq verildi xarı bülbülə,Ali Baş Komandan zəkası iləUcaldı zirvəyə, başa bayraqlar.Hər zaman, hər yerdə haqqı arayan, Pis iş əməlləri daim qınayan, Çevrildi aləmdə sülhü qoruyanGöyərçin müjdəli quşa bayraqlar...ZİRVƏDƏDİ AZƏRBAYCANİbrət alın bu millətdənƏbədi çıxdı zillətdənSöhbət düşərsə qeyrətdənZirvədədi Azərbaycan.Çox qürurlu, fəxarətli,Torpağına sədaqətli, Ən dəyərli, ləyaqətliKəlmədədi Azərbaycan.Sinə gərdi od-alova, Həkk olundu yaddaş-yada, Şirin, həzin bir layladaNəğmədədi Azərbaycan.Gələcəyə düz baxışda,Həm bəzəkdə, həm naxışda,Sökülməyən toxunuşdaİlmədədi Azərbaycan.Ayı, günü saya-saya,Haqq sözünü yaya-yaya,Təsdiq etdi bu dünyayaBir dənədi Azərbaycan...QEYRƏT VAXTIDIR Ey igid oğullar, igid ərənlər,Yağılara qəzəb, nifrət vaxtıdır.Ana yurdu tapdaq altda görənlər,Vətən qarşısında qeyrət vaxtıdır.Namusu qorumaq, qüruru tutmaq,Od, alov yağdırıb şimşəktək çaxmaq,Düşmən səngərini dağıtmaq, yıxmaqSarsılmaz ordunun qüdrət vaxtıdır.Qəhrəman xalqımın mərd duruşuna, Qocanın, körpənin sərt baxışınaVətən torpağının hər qarışınaŞəhidlər ruhuna hörmət vaxtıdır.Haqqa güvənərək haqqa çatmağın,Qəmli ürəklərə sevinc qatmağın,Müqəddəs bayrağı uca tutmağınOdlar yurdumuzun şöhrət vaxtıdır...QARABAĞ AZƏRBAYCANDIR!ŞANLI QƏLƏBƏDeyilən sözlərin durub qəsdinə,Vətənsiz düşmənin hər bir dəstinə,Od, alov yağdırıb yağı üstünəŞimşəktək çaxmaqdı şanlı qələbə.Ağıllı düşüncə, düzgün siyasət,Vətənə məhəbbət, coşqun sədaqət,Tükənməz bir qeyrət, möhkəm dəyanətSıxılan yumruqdu şanlı qələbə.Saxta arşınıyla bez biçənlərə,Özgə torpağına göz dikənlərə,Vəhşilik törədib qan tökənlərəSanbanan barmaqdı şanlı qələbə.Yolu işıqlıdı, haqqa toxdaqdı,Hər vaxt yer üzündə sülhə ortaqdı,Vətənə, millətə böyük dayaqdıMöhtərəm İLHAMDI şanlı qələbə...ENMƏYİ DƏ VAR...Öyünmə xoş halın, xoş əhvalınlaÇoşan ilhamların sönməyi də var.Heç vaxt qürrələnmə öz sanbalınlaİnsanın zirvədən enməyi də var.Həyat yollarında özünü öymə,Bəd olub heç kəsin işini əymə,Kimisə alçaldıb xətrinə dəyməDinməzin qarşında dinməyi də var.Qoru toxdaqlığı, saxla səbrini,Möhkəm tut söhbətin, sözün qədrini,Hər kəsin yanında açma dərdiniDüşmənin sirrini bilməyi də var.Yayılsa şöhrətin, şanın hər yana,Mənəm-mənəm deyib çıxma meydana,Bir ləkə düşəndə bu ada, sanaNadanın başına gülməyi də var...GƏRƏKKimsə istəyəndə, səni çaşdıraOnun xislətini sezəsən, gərəkİşin bəd gətirib düşəndə daraHər bir dolaşığı çözəsən gərək.Nə çoxdu dünyanın yaxşı-yamanı,İşıqlı yolların çəni, dumanıHər kəs tapa bilər ahı, amanıDüşsən çətinliyə, dözəsən gərək.Sözün tutmayanda yadla, yaxınla,İnciyib küsəndə dostla, qohumlaBir yara vursan da yaylı oxunlaSonuncu sözünü biləsən gərək.Ağılla omr edib yollar keçəndə,Öz iş-əməlini ölçüb biçəndəAğı da qaradan düzgün seçəndəHəmişə axırda güləsən gərək...QOÇA DÜNYANINİnsan var ki açıb tökər aybınıİnsan da var hər an çəkər qayğınıÖz havana oyna sən öz oynunuHavaları çoxdu qoca dünyanın.Əsirgəmir dövlətini varınıHeç düşünmür əvvəlini sonunuSevindirir şadlandırır hamınıAxır payı azdı qoca dünyanın.Ğahdan qapı açır gahdan bağlayırĞahdan insan gülür gahdan ağlayırFərqi yoxdu kimi necə saxlayırMüdəm özü sazdı qoca dünyanın... ANA QAYĞISI Ən şirin musiqi, ən şirin nəğməAnanın bir şirin laylasındadı.Oyaq gecələrin yorğunluqlarıAna gözlərinin qarasındadı.Oğulun qeyrəti , qızın isməti,Şirin arzuların hər xoş niyyəti, Həyatın ən böyük şanı , şöhrətiAna ürəyinin qayğısındadı.Ən böyük mənzərə, ən böyük sərgi, Ən ülvi məhəbbət, ən təmiz sevgi, Qoca təbiətin ən gözəl rəngiAna dünyasının boyasındadı...GÖZƏLLİKKöklü saxla hər vaxt ömrün sazınıXoş avazla səslə bahar-yazınıÇəkəmməsən hər cür işvə-nazınıSəndən üz döndərib küsər gözəllik.Tanrı bəxş eləyir belə neməti,Yoxdu bir əvəzi, yoxdu qiyməti,Səndən istədiyi zəri, zinətiOndan əsirgəmə, bezər gözəllik.Çınqıllı, kəsəkli, daşlı yolların,Çətin məqamların, çətin anların,Kinli baxışların, pis insanlarınÖmrünü, gününü üzər gözəllik.Nanəcib insanlar səni anarsa,Ruhuna bəd nəzər gəlib qonarsa,Qəlbinə qor dolub ürək yanarsaÜstündə meh olub əsər gözəllik.Sən uca tutsan da ləyaqətini,Gərək saxlayasan dəyanətini,Qoruya bilməsən təravətiniSəndən uzaqlarda gəzər gözəllik.Qulluğunda dayan qışı, yayı da,Diqqətindən salma günü, ayı da,Köçəri quş deyil gedə, qayıdaSəndən ayağını kəsər gözəllik...GÖZƏLDİUlu Borçalının bir dan ulduzuBaşkeçid başdadı, adı gözəldiSuyunda buzu var, çörəkdə duzuHər bir nemətinin dadı gözəldi.Gözəllər hər zaman təravətlidi, Oğullar qeyrətli, məharətlidi,Canları yanandı, sədaqətlidiHəm dostu, həmdə ki yadı gözəldi.Nənələr, babalar istiqanlıdı,Uşaq da, böyük də şirin canlıdı,Arzu-diləklidi, xoş amallıdıHər yurdun ocağı, odu gözəldi.Əgər soruşsanız bunlar nədəndi,Bəlkə bir səbəbi, gələn, gedəndi,Bilin bircə nemət bunu edəndiAnaların halal südü gözəldi ...GÖZƏLLƏŞİRMən səni görəndə könlüm gül açır,Sanki üzərimə günəş nur saçır,Elə bil qəm-qüssə teylənir, qaçırBir xoş təbəssümlü üz gözəlləşir.Mən səni görəndə nurlanır yolum,Yora bilmir məni yoxuşum, yalım,Elə bil güc alır qanadım, qolumQəlbimə yol salan iz gözəlləşir.Mən səni görəndə yüksəlir zövqüm,Baldan dadlı olur söhbətim, sözüm,Elə bil işvə-naz axtarır gözümBaxışım dincəlir, göz gözəlləşir.Mən səni görəndə dünyam genəlir,Qəlbimin telləri zildə köklənirElə bil dilimə şirinlik gəlirDəhanımdan çıxan söz gözəlləşir.Mən səni görəndə açılır səmam,Silinir qəlbimdən qəm, kədər tamam,Elə bil böyüyür nəğməli dünyamRuhumda xoş avaz, saz gözəlləşir.A DÜNYA Üzün zədələnib qat-qat olubduNə vaxt töküləcək pasın, a dünya.Kədərdən hər kəsin rəngi solubduSəngimək bilməyir yasın, a dünya.Coşur dalğaların hey dəstə-dəstə,İndi seçilməyir sağlamla xəstə,İtir köksümüzdən quru nəfəs dəNeynədinsə, olsun bəsin, a dünya.Çox da meyl eləmə sən tərsliyə,Eləmək asandır, nə var pisliyə?Öyrətmə özünü çox hərisliyəİtsin yaddaşından nəsin a dünya.Bəlkə ətəyindən tökəsən daşı,Yuyula, quruya gözlərin yaşı,Möhlət ver, millətin açılsın başıİnciməsin heç bir kəsin, a dünya...AY BİZİM DAĞLARDağlarımızı sevənlərəQohumdan, qardaşdan mən yarımadımSən mənə qardaş ol ay bizim dağlar.Vallah umacağım yoxdu heç səndənQəlbimə sirdaş ol ay bizim dağlar.Dostdan başqa neçə düşmən, yağı var,Hər kəsin güvənci, solu, sağı var,Qoy desinlər arxasında dağı varGəl mənə soydaş ol ay bizim dağlar.Baxanda başında dumana, çənə,Sanki bəxş edirsən dünyanı mənə,Minlərlə söz-nəğmə qoşaram sənəHər zaman çağdaş ol ay bizim dağlar.Demirəm şərik ol dərdi-qəmimə,Demirəm sevinc qat hər bir günümə,Mənim innən belə qalan ömrüməVəfalı yoldaş ol ay bizim dağlar.Səni sevənləri salma nəzərdən,Xeyir-düan gəlsin hər söhbət-sözdən,Sən bizə bəxş eylə doxsandan, yüzdənÖzünsə min yaş ol ay bizim dağlar...BU DAĞLARA dostlar, yolunuz qoy açıq olsunYaman intizarda qalıb bu dağlar.Unutmur heç zaman düz ilqarınıHəsrətdən kövrəlib, dolub bu dağlar.Gedib- gələnləri azalan gündən,Elə bil küsübdü bizim ellərdən,Keçmiş dövranından, keçən illərdənŞırin xəyallara dalıb bu dağlar.İlhamı dağlardan alan kəslərin,Hər günü yadına salan kəslərin,Yolları bağlanıb qalan kəslərinÇoxundan nigaran olub bu dağlar.Bu il tez duyulur yazın havası,Çoxalır dağların nazı, ədası,Sanki söz-söhbəti yadda qalasıÇoxlu ismarıclar alıb bu dağlar...A B A D O L S U N...BU ŞEİRİMİ, YARADICI İNSANLARA HƏR ZAMAN MƏNƏVİ DƏSTƏK OLAN, DƏYƏRLİ ZİYALIMIZ, GÖZƏL İNSAN MÜŞFİQ BORÇALIYA HƏDİYYƏ EDİRƏM. Necə dəyər verim mən bu zəhmətə,Layiq olsun hər bir şərəf, şöhrətə,Ruhunda toplanan milli qeyrətəAlqış deyənlərin könlü şad olsun.Qəlbində yurd salan arzu-niyyətdə,Ünvanına gələn sözdə, söhbətdə,Halalca tapdığı hər bir nemətdəZövqünə xoş gələn şirin dad olsun.İnsanlıq naminə olan hörməti,Özünə layiqli dəyər qiyməti,Həyatda ən gözəl varı, sərvətiBüllurtək saf olan təmiz ad olsun.Dostlar, unutmayın bu söhbət-sözü,Qəlbə hakim edin düzlüyü, düzü,Müşfiq Borçalının hər yolu, iziŞərəfli ömründə qoy abad olsun...ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.