Rəvan XƏYAL (1991) Ədəbiyyat » Müsabiqə 1 Mayıs Rəvan Xəyal (Şahkərimli Rəvan Naməddin oğlu) - 02 iyun 1991-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub.1998-ci ildə Qəbələ rayon Vəndam qəsəbə 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub.2009-cu ildə 11-ci sinifi bitirib. Elə həmin il Mingəçevir Turizm Kollecinin Dekorativ tətbiqi sənət və xalq sənəti fakultəsinə daxil olub.2009-cu ilin oktyabr ayında hərbi xidmətə yollanıb.2011-ci ilin aprel ayında hərbi xidməti bitirib ordudan təxris olunub.Elə həmin ildən təhsilini davam etdirib.2014-cü ildə kolleci bitirib.2015-ci ildə Qəbələ Dövlət Rəsm qalereyasında rəssam kimi fəaliyyətə başlayıb.Hazırda burada rəsm dərnəylərində rəhbər kimi fəaliyyət göstərir.Müxtəlif sərgilərdə fəxri fərman və diplomlarla təltif olunub.Həmçinin Qəbələ televizyasında aparıcı kimi fəaliyyət göstərir.Onu da qeyd edək ki, Rəvan hələ orta məktəbdə oxudugu vaxtlarından şeirlər yazır. Məktəbliykən bir neçə şeiri müxtəlif jurnallarda və qəzetlərdə çap olunub. Həmçinin, tələbə oldugu zaman "Mingəçevir leysanı" jurnalınin bir neç sayında şeirləri dərc olunub.Qəbələ Yazarlar Birliyinin üzvüdür."Qəbələ Könül dünyamız" və "Zirvəyə dogru" almanarxlarında şeirləri dərc olunub.Biz də Rəvan Xəyala yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzBəxtim itkin düşübYenə bəxtim itki düşüb,Tapammıram neçə vaxtdı.Onu harda gəzim indi?Hardan tapım gecə vaxtı?Kaş saçların bir uzun yol olaydı,Mənim əllərim o yolun yolçusu.Mən bəxtimi gəzib orda tapardım,Heç yorulub usanmazdım doğrusu.Hər yağış yaganda bax beləyəm mən,Pəncərəm ağlayır,qapım ağlayır.Sanki gözlərinnən yağır bu yağış,Mənim ürəyimi sökür,dağlayır.Gözlərim yollara dikilir qalır,Gün boyu qapıdan asılıram mən.Səni gətirməyən yola baxmaqdan,Hər gəlib ötənnən baxılıram mən.Bir xeyli pəncərə tanıyır məni,Gör neçə pərdənin tanışıyam mən.Durub pəncərədən məni izləyən,Bir qoca qadının göz yaşıyam mən.Sən həmin qocanın cavan çağısan,O mənim gözümdə özünü görür.Mənim həsrət dolu baxışlarımda,Özünün vəfasız üzünü görür.Yerini tutan olmadıİnan mənə sən gedənnən,Yerini tutan olmadı.Çoxu gəldi keçdi getdi,Ürəyə yatan olmadı.Unuda bildim hər kəsi,Heç kim düşmədi yadıma.Hamını atan ürəyim,Bir səni atan olmadı.Yaddan çıxdı bütün gözlər,Şirin sözlər unuduldu.Bütün saçlar,bütün üzlər unuduldu.Yalnız bu gözlərim səni,Axtarmaqdan yorulmadı.Ötən illərin həsrəti,Yığılıb dönüb bir dağa.Səni mənnən çərxi fələk,Alıb apardı uzağa.Daha gəlmirsən yuxuma,Məndə daha yatanmıram.Xeyli vaxtdi gözlərimdən,Rəsimini tapanmıram.Deyəsən dəli oluram,Səni ötənnən soruram.Nə buluddan,nə yağışdan utanmıram.Külək susur, yağış susur neçə vaxtdı.Buludda dəymir gözümə,Göy üzündə gecə vaxtı.Necə susdurum ürəyi?Axı necə ovutdurum?Ötən illərin həsrətin,Axı necə unutdurum?Ürəyim anlamırki söz,Mən nə qədər desəm boşdu.Onun vurduğu yaralar,Mənim ürəyimə xoşdu.Nə gözəldi dəli olmaqNə gözəldi dəli olmaq,Bu çox böyük xoşbəxtlikdi.Nə darıxmaq sənlik deyil,Nə unutmaq sənlikdi.Yaxın otur dəli adam,Mən bu tanışlığa şadam.Öyrət mənə necə olur dəli olmaq?Gündüz yoxsa gecə olur dəli olmaq?Mənnən yaxşı dəli çıxar,Öyrət məndə dəli olum.Bərk yapışım adamlardan,Heç qopmayım zəli olum.Öz-özümə danışıram,Dəli öz hayındadı.Maşını olmasada,O sərnişin axtarır.Deyir gəlin oturun,Sonra yer olmayacaq.Saatda gecə olur,Vaxt daralır,az qalır.Elə bu dəliyədə,Bu küçəyədə yadam.Mənnən nə dəli olmaz,Nədəki xoşbəxt adam.Çıxım gedim evimə,Qorxuram yolu azım.Mənnən tək şair olar,Gedim şeirlər yazım.Qələmdə yazmaq istəmirQələmdə dərdimi yazmaq istəmir,Oda bu halıma ağlayır mənim.Mən nə vaxt açıram şeir dəftərin,O alır əlimdən bağlayır mənim.Hamı yalan idi gözümdə mənim,Onunçün hər kəsi silib atardım.Nə yaxşı gözlərim açıldı mənim,Yoxsa bu dəryada itib batardım.Axı bu ürəyə necə anladım?Ayların,illərin hədər getməyin.Özümnən bir cavab ala bilmədim,Mən bu vəfasızın sevmişəm nəyin?Sevgi bağlayanda adamın gözün,Adam gördüyünü görmək istəmir.Bütün həyatını qurban verdiyin,Səninlə həyatın bölməy istəmir.Onunki vəfası,etibarı yox,Mən bunu əvvəldən bilirdim axı.Yalannan tökdüyü göz yaşın belə,Ürəyim yanırdı,silirdim axı.Mənimki gətirmir başdan belədi,Əkdiyim sevgidən bar görməmişəm.Kimə inanmısam vurub belimdən,Bir dənə vəfalı yar görməmişəm. Sənə gecikmiş adamamMən sənə gecikmiş adam,Sən əğyarə qismət biri.Görən olar, bilən olar,Yeri öz evinə yeri.Sonu yoxdu bu sevdanın,Ayrılmasaq yanarsan sən.Unutmasan əgər məni,Öz evində donarsan sən.Beşikdə körpən üşüyər,Bu ahı çəkə bilmərəm.Sənin dağılan evini,Bir ömür tikə bilmərəm.Çətindi ayrılıq yükü,Sənnən yaxşı bilirəm mən.Çalış səndə unut məni,Daha səni silirəm mən.Özün seçmisən bu yolu,Gərək dözəsən sonacan.Silinəcəm gözlərindən,Yum gözünü say onacan.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.