ŞÜKÜR MÜSEYİBOĞLU ŞUŞALI (1957) Müsabiqə, Turan 3 Nisan Şükür Müseyiboğlu Şuşalı (Həsənov Şükür Müseyib oğlu) 15 dekabr 1957-ci ildə Şuşada dünyaya göz açıb. 1965-ci ildə Şuşa 6 saylı orta məktəbin birinci sinfinə daxl olub,1975-ci ildə tam bitirib.1976-78-ci illərdə Sovet Ordusu sıralarında xidmət edib.1979-1983-cü illərdə Moskva Baş Geodeziya İnstitutunun Gəncə inşaat texnikumuna verilmiş "İnşaatda Geodeziya" fakültəsində təhsil alıb. İxtisasca inşaatçı-topoqrafdır. Əmək fəaliyyətinə Şuşa YMH-də təlimatçı, rəis müavini kimi başlayıb, sonra isə uzun illər TTİ-də inşaatçı texnik-mühəndis vəzifələrində işləyib. İşlədiyi dövrlərdə bir çox ictimai vəzifələri də icra edib. Məlum Qarabağ hadisələri başlayan andan könüllü olaraq özünümüdafiə batalyonunda xidmət edib. Hətta, 08 may 1992-ci ildə Şuşa işğal olunduğu halda, o, bir döyüşçü kimi, iki gün sonra, yəni mayın 10-na qədər xidməti vəzifələrini mühasirə şəraitində qalaraq davam etdirib. Bir çox gərgin döyüşlərin iştirakçısı olub. Azərbaycanın Milli Qəhrəmanları Ramiz Qənbərov və Tabil Həsənov da onun iştirak etdiyiyi döyüşlərdə şəhidlik zirvəsinə yüksəliblər. O, bir neçə yaralının və şəhid olanla rın meyitlərinin çıxarılmasında yaxından iştirak edib. Hazırda Qarabağ Müharibəsi Veteranıdır, Respublika Veteranlar Təşkilatının üzvüdür. Atası - Həsənov Müseyib Hüseyn oğlu da Şuşanın işğalı zamanı şəhid olub. Allah rəhmət eləsin.Şükür Müseyiboğlu Şuşalı bədii yaradıcılığa gənc yaşlarından başlayıb. İlk şeiri 1991-ci ildə Şuşa qəzetində, daha sonra "Şuşa nəğmələri" kitabında dərc olunub. İlk kitabı “Yurdumda bir daş olaydım” 2016-cı ildə işıq üzü görüb. Adından məlum olduğu kimi, müəllif köçkün olmaqdansa, yurdunda bir daş olmağı üstün tutur. Yeni yazdığı “Qanlı Xocalım haray”, “Şuşasız dadını bilmərəm, dünya”, “İndi həmin Şuşa deyil”, “Şüşülünü unutmayım” və neçə-neçə şeirləri vətənpərvərlik mövzusundadır. Bəşəri, ithaf, nəsihət, məhəbbət şeirləri də çoxdur. Şeirləri davamlı olaraq "Şuşa", “Azad qələm”, “Qarabağa aparan yol”, “Dövlət və Qanun” qəzetlərində, - “Qoşa Ulduz”, “Ali Ziya”, “Gənclik”, “Xəzan” jurnallarında, “Avrasiya şairləri antologiyası”, “Xocalı harayı və əsirlikdən gələn səs”, “Anasız-atasız dünyam”, “Zirvə”, "Zəlimxan özü var xatirələrdə", ASKEF-in Türkiyədə çıxan antalogiyasında və s. dərc olunub. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin və daha bir neçə ictimai təşkilatın üzvüdür.2020-ci ildə “Ədalət” qəzetində yaradıcılığı haqqında geniş məqalə dərc olunub.Yaradıcılıq uğurlarına görə "Beynəlxalq Sülh Səfiri" adına və "Nəsimi Poeziya Diplomu"na layiq görülüb. Ümumdünya Türk Xalqları Konqresinin "Beynəlxalq Qızıl Medal"ı, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin "Ali Fəxri Diplomu", AzKİV Həmkarlar İttifaqının “Qızıl Qələm” mükafatı ilə ilə təltif olunub. 25 oktyabr 2018-ci ildə isə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab B.İsabayev tərəfindən “Qazaxıstanın Dostları Klubu”nun fəal üzvü kimi "Fəxri Fərman"la təltif edilib.Ailəlidir - 3 övladı, 9 nəvəsi var.Hazırda təqaüdçüdür, Bakı şəhəri,Sabunçu rayonu, Ramana qəsəbəsi,Yeni binalarda yaşayır və ikinci kitabı üzərində işləyir.Biz də Şükür Müseyiboğlu Şuşalıya yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Xalidə TURAN,ZiM.Az-ın şöbə müdiri,"Turan" ədəbi məcmuəsinin tərtibçisiZiM.AzAZƏRBAYCAN-TÜRKİYƏİndi birgə dastan yazırTarixlərdə qalsın deyə,Qələbəyə artıq hazırAzərbaycan-Türkiyə!Bəyan edən İlhamdır,Qarabağ Azərbaycandır!Bölünməyən bütöv candır,Azərbaycan-Türkiyə!Bu daimdir dünya qədər,Birliyimiz getməz hədər,Çalacaqlar birgə zəfərAzərbaycan-Türkiyə!Ərdoğanım, İlhamım var,Əllərində bayrağım var,Xocalıya birgə cancarAzərbaycan-Türkiyə!Ali Baş Komandanım,-Sərkərdəsən, - İlhamım!Hamınıza qurban canım,Azərbaycan-Türkiyə!Ermənilər bir bəladı,Əsrlərlə sağalmadı,Ağrısından sızıldadıAzərbaycan-Türkiyə!Azərbaycan oğulları,Qabağından qaçır yağı,Azad edir QarabağıAzərbaycan-Türkiyə!Qırır düşmən qanadını,Düşünərək övladını,Silir getsin “hay” adınıAzərbaycan-Türkiyə!Heydərimdən nəsihətdir,Bu ən ali bir hikmətdir,İki dövlət, bir millətdirAzərbaycan-Türkiyə!!!GERİ DÖNSÜN BÖYÜK TURANAvropadan AlyaskayaTuran deyin bu cahana,Bayraq sancın hər məkana,Mərkəz olsun Azərbaycan,Geri dönsün Böyük Turan!Öndə getsin Türkiyəmiz,Yollar açsın birliyimiz,Bir döyünsün ürəyimiz,Dəstək olsun neçə başqan,Vüsət alsın Böyük Turan!Turan adda ordu yarat,Turan adda bayraq ucalt,Təhlükəsiz gəlsin həyat,Düşmənlərə olsun bəyan,Ad qazansın Böyük Turan!Türk elimin "boz qurdu"var,Hər qardaşın öz yurdu var,Bu yurdlara gəlsin bahar,Çiçəklənsin zaman-zaman,Şöhrət tapsın Böyük Turan!Turan türkün dünyasıdır,Dünyanın da yarısıdır,Yenə türkə qalasıdır,Ona doğru gedir zaman,Gözün açsın Böyük Turan!ŞUŞAMA QOVUŞANDAArzularım çiçək açdı, bar verdiDoğma yurda doğru dağlar aşanda,Allah mənə dünya qədər var verdiBelə sandım Şuşama qovuşanda.Sevincimi sözlə deyə bilmərəmO hissləri yaşayasan sən gərək,"Quru söz"lə danışsamda neylərəmHəsrət yükün daşıyasan sən gərək!Məni gözləyirdi qarşıda Şuşa!Zəfər yollarımız qürur verirdi,İlhamla, Ərdoğan dayanıb qoşaNurlu gələcəyə yol göstərirdi...Bayrağımız yellənirdi yan-yanaBuludları səmalardan qovurdu,Qoşa qanad çırpılırdı dağlaraDüşmənlərin gözlərini oyurdu.Qıy vururdu qartalları ordumunŞuşanın səmasın mən ayaz gördüm,Yenicə gülürdü üzü yurdumunQocalmış saçların bəmbəyaz gördüm.Salnamə yazılıb sal qayalaraGeneral Hikmətin imzası ilə,Əsl dərs verilib burda haylaraCoşan igidlərin nərə səsiylə.Əsirdi ürəyim köksümdə tir-tirŞuşa öz qoynuna alanda məni,Yolboyu içsəm də həbləri bir-birBölüşdüm Şuşamla tezcə dərdimi.-Ay Şuşa, gedirsən üzübahara!Açır xarıbülbül bəzəyir səni,Sağalır köksünə vurulmuş yaraQarşıda gözəllik gözləyir səni... 2021TÜRKƏ BİRLİK GƏRƏKDİR!Gündoğandan günbatana,İzi düşüb hər bir yana.Neçə-neçə məmləkətlər,Yaratdığı bu dövlətlər,Türk dünyamdı, türk elimdi,Hara getsəm, öz evimdi...Babam Türkün övladıyıq,Öz qanıyıq, öz canıyıq.Bölünmüşük pərən-pərənHansı gücdür bizi bölən?!Bilqamışdan üzübəri,İgidlikdən hər əsəriHəkk etmişdir gilə,daşa,Fatehləri qoşa-qoşa!Öndə gəldi Nuru Paşa,O atıldı haqq savaşa.Xilas oldu Azərbaycan,Qədəm qoydu yeni dövran!Zaman yenə həmin zaman,Birliyədir indi güman!Yumruq olsun ərənlərin,Qoy xar olsun düşmənlərin!Darda qoyma qardaşını!Qarabağın hər daşınıAzad edək birlikdə biz,Zəfər çalsın qüdrətimiz!Düşmən sayıq, yatma oyan,Ey türk oğlu, möhkəm dayan!!!..SEVGİ YAĞIŞIYağdıqca başıma sevgi yağışı,Sinəmi yandırıb külə döndərir…Bir sevən gözəlin süzgün baxışı,Dünyamı ətirli gülə döndərir…Vüsala yetməyən baxışımızdaÖpüşür dodaqlar közün içində,Rəsm edək sevgini naxışımızdaBatsaq da söhbətin, sözün içində!Çat vermiş ürəyi örtən qan kimiÖrtür gözlərini "qan"məhəbbətin,Ağlını bürüyür sis duman kimiKor olur gözləri"an" məhəbbətin.Axı, bu sevgiyə necə kəm baxım?!Qılıncla dayanıb başımın üstə,Buraxmır bir an da əlindən çıxım…Gəlsə də hər gün yaş, yaşımın üstə!ADDIMLAYAQ İLHAMLAQafqazın zirvəsindən boylan Azərbaycana!Gör necə çiçəklənib dönübdür gülüstana.Başdan-başa nur saçır, hər tərəf çıl-çıraqban,Gücü çatmaz bacarsın hər işıqçı, hər bağban.Bu işləri görməyə bilik gərək, baş gərək,Həyatının hər anın keçirməyə boş gərək!O da elə İlhamdır: çalışır gecə-gündüz,Gözümüzü yummayaq, görək qiymət verək biz!Həvəslənə, ruhlana güc ala, qüvvətlənə,“Çəkil deyə haylara” nərə çəkə, səslənə!Dayana arxasında xalqı bir yumruq kimi,Biz olarıq bax onda Qarabağın hakimi!Yaramız çoxdur qardaş, bizə çəkişmək olmaz,Qopararıq qanayar, canımızda qan qalmaz!Qarşıda gör neçədir hələ ağır dərdimiz,Təbriz, İrəvan, Göyçə, Borçalı, Dərbəndimiz!Bütün bu arzuları yaşayıram inamla,Əl tutaq dayaq olaq, addımlayaq İlhamla!Arzu edirəm ay İlham, mühüm işi vur başa,Qarabağın adı ilə adın çəkilsin qoşa!!!AZƏRBAYCAN ƏSGƏRİQarabağ qara ləkəm,İstərəm, sülhə çəkəm!Məcbur edir qan tökəm!Onda göstər hünəri,Azərbaycan əsgəri!Aciz olsaydı babanOlmazdı Azərbaycan!Cəsur ol, igid dayan!Xalqımın ərənləriAzərbaycan əsgəri!Əlində uca bayraq,Bu gün sanc oymaq-oymaq,Olmaz sabaha qoymaq!Yanaşmayaq ötəri,Azərbaycan əsgəri!Vətən anadan əzizBir döyünür qəlbimiz.Yol gözləyir dönək bizTaptala keç səngəriAzərbaycan əsgəri!Yağdır göydən dolunu,Qır düşmənin qolunu,Aç Şuşanın yolunu!Özün et ilk səfəriAzərbaycan əsgəri!Dağıt kafir yuvasın,Ucalt Rəvan Qalasın,Qaytar elin-obasın!Qoy tanısın sizləri,Azərbaycan əsgəri!Dağa-daşa od ələ,Bəlkə o sülhə gələ.Bilsin ki, olmaz belə!Sən ol qeyrət sərvəriAzərbaycan əsgəri!Əmr edəndə İlhamın,Ali Baş Komandanın,İtirmədən bir anın,Çalmalısan zəfəri!Azərbaycan əsgəri!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.