RUSLAN İBRAHİMLİ (1999) Müsabiqə, Turan 6 Nisan 260 Ruslan Ziyaddın oğlu İbrahimli - 1999-cu il aprelin 25-də Qazax rayonunda dünyaya gəlib. 2005-ci ildə Səməd Vurğun adına Qazax şəhər 2№-li orta ümumtəhsil məktəbində ibtidai təhsil alıb. 2009-cu ildən təhsilini Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı Pilot orta məktəbdə, 2010-cu ildə S.Vurğun adına Qazax şəhər 2№-li orta ümumitəhsil məktəbinin nəzdində Yuxarı Əskipara kənd tam ümumtəhsil məktəbində davam etdirib. 2011-ci ildə Qazax Rayonu Rəssamlıq Qalareyasında Rəssamlıq kursunu bitirib. 2013-cü ildə Bakı şəhəri 20 Nömrəli Məktəb-Liseydə 2 illik (kompüter proqram bilikləri üzrə) orta təhsil alıb. 2016-ci ildə S.Vurğun adına Qazax şəhər 2№-li orta ümumitəhsil məktəbinin nəzdində Yuxarı Əskipara kənd tam ümumtəhsil məktəbində orta təhsilini bitirib. 2019-cu ildə Khan Akademiyası Türkçe nəzdində Pixar Animasiya studiyası kursunda (hekayə izah edicisi, ssenari və animasiya) və İstanbul Film Akademiyasında təməl Rejissorluq bölməsi kursunda (Film, rejissorluq, ssenaristlik) təhsili alıb. "British Council Azerbaijan"da Sosial bacarıqlar, kompüter proqramları psixoloji konsultasiya və ingilis dili üzrə 3 ay təhsil alıb. 2019-ci ilin oktyabrında İNNAB Peşəkar inkişaf platformasında “MS Office proqramları üzrə təhsil alıb, 2020-ci il fevralın 13-də sertifikat alıb. 2019-cu ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən 10-cu beynəlxalq qısa filmlər festivalında iştirak edib. Çəkdiyi "İki ağac" qısa animasiya filmi "Ən yaxşı animasiya filmi" adını qazanıb və münsiflər heyətinin diplomu ilə mükafatlanıb. 16 yanvar 2020-ci ildən etibarən Animafilm animasiya Festivalında könüllü olaraq Komanda üzvü kimi çalışır. 5 Mart 2020-ci ildən etibarən Khan Academy Azərbaycanca-da öncə SMM komandasında vizual video mütəxəsis olaraq kimi fəaliyyət göstərib. 2020-ci ilin 30 avqustundə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkillatlarına Dövlət Dəstəyi Şürası və Könüllülük Fəaliyyətinin Təbliği Gənclərin Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Düzgün seçim, uğurlu gələcək” layihəsi çərçivəsində təşkil olunan “Karyera planlaması” mövzusunda iştirak etdiyi üçün Sertifikat və Karyera kitabı ilə mükafatlandırılıb. 2020-ci ildə "İki ağac" qısa animasiya filmi, III ANİMAFİLM Beynəlxalq Animasiya Filmləri Festivalında iştirak hüququ qazanıb. Bundan əlavə, onun filmləri beynəlxalq arenaya da çıxıb. 2020-ci ildə "Qərar" adlı qısametrajlı filmi Birləşmiş Krallıqda keçirilən "The Lift of Global Network" tərəfindən keçirilən "First Time Filmmarker Sessions 2020" Beynəlxalq Film Festivalı və Lift-Off Sessions November 2020 festivalında iştirak edib. Həmçinin Qərar filmi ABŞ-ın Sanibel, Florida da keçiriləcək Miracle Film Festivalı (başqa adı ilə Mira Film Festivalı) və Vision film festivalı müsabiqə proqramına seçilib. 21 fevral 2021-ci ildə Sanibel, Florida da yerləşən İsland Cinema kinoteatrında keçirilmişdi. 2020-ci ilin sentyabr ayında Khan Academy Azərbaycanca-da Video yaradıcı komanda da (Video editor olaraq) Təhsil Nazirliyi, Edumedia üçün video dərslər hazırlayıb 1 il 6 ay staj topladıqdan sonra 2021-ci ilin oktyabr ayında işini tamamlayıb. 20 fevral 2021-ci ildə Oxford HSC tərəfindən təsdiq olunmuş ELearning College tərəfindən hazırlanmış onlayn İnsan Resurslarının İdarəedilməsi haqqında kursu tamamlamlayaraq bitirmə məktubu qazanıb. 4 Aprel 2021-ci ildə Beynəlxalq müsəlman ölkələrinin mədəniyyət və sənətinin nümayiş olunduğu Macfest festivalın Azərbaycanda keçirəcəyi Macfest Azerbaijan 2021 festivalının iştirakcısı olub. Festivalda ölkəmizin Qazax rayonunu "Gazakh District" adlı qısa filmlə təmsil edib. Edufilestock.com saytında 2021-2022-ci illərdə Filmmaking məqalələri yayımlanıb. Bir neçə reportaj və məqalələri var. 2021-ci ildə “Əngəlsiz sevgi” adlı qısa film çəkib. Filmin özündən əvvəl traileri beynəlxalq ingiltərə film festivalı olan "The Lift of Global Network" tərəfindən rəsmi olaraq seçilib. Həmin film 2-ci “Paus TV premieres festival” tərəfindən rəsmi olaraq seçilib və 4 fevral 2022-ci ildə İngiltərədə qala gecəsi olub. 2022-ci ildə “Qara buludlar” adlı qısa animasiya filmi ekranlara çıxıb. Animasiya filminin rəssamı Sevinc Quliyeva, ikinci (qurluşçu) rəssamı, animatoru, rejissoru və ssenari müəllifi Ruslan İbrahimlidir. 2022-ci ildə Suraxanı Gənclər Evində, Xocalı soyqırımının 30 illiyinə həsr edilmiş “Mən Xocalı Əsgəriyəm” adlı tədbir teatr tamaşasının ssenari müəllifi olub. 15 mart 2022-ci ildən etibarən Unilean platformasında təlimçi kimi fəaliyyətə başlayıb. “Əngəlsiz sevgi” adlı qısametrajlı film, Yunanıstanın "Independent Cinema Film Festival "Art Club Paylos Paraschakis" Greece 2022" adlı film festivalı tərəfindən rəsmi olaraq seçilib. Filmin nümayişi 3 oktyabr 2022-ci ildə baş tutacaq. "Unimpeded Love" qısametrajlı filmi və "Dark Clouds" adlı animasiya filmi eyni vaxtda Hindistanda keçirilən 6-cı One Earth Awards film festivalına rəsmi olaraq seçilib. Hər iki film 2022-ci ilin 31 martında Banqalor, Karnatakada nümayiş olunub. One Earth Awards film festivalı Qremmi, Oskar və digər beynəlxalq səviyyədə tanınmış musiqiçilər və kinorejissorlardan və ən yaxşı sənaye işçilərindən ibarət mükəmməl münsiflər heyəti ilə bir araya gətirən festivaldır. “Əngəlsiz sevgi” filmi 30 mart 2022-ci ildə Azərbaycanın AN.T televiziya kanalında yayımlanıb. AN.T Televiziya kanalını Yahsat və Azerspace 1 peykindən, yayımlanır. Film Azərbaycan, Cənubi Azərbaycan, Rusiya, Ərəbistan və ingiltərədən izlənilib!Rəsmi Youtube kanalı: https://www.youtube.com/RuslanİbrahimliOfficialRəsmi Facebook hesabı: https://www.facebook.com/ruslanibrahimli1999Rəsmi İnstagram hesabı: https://www.instagram.com/ruslanibrahimli.official/Biz də Ruslan İbrahimliyə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Zemfira AYVAZOVA,“Borçalı” nəşriyyatının İstanbul təmsilçisiZiM.AzSöylə Yaz ki, narahat olmayımBilimki yaxşısan, səndən nigaran qalmayım.Bilmirəm, aydanmı gəlmisən yoxsa günəşdənmi?Söylə.. İndi necə Xoşbəxtsənmi?Yadıma düşdün birdən-birəSəsini eşitmək üçün söylədiklərim bəhanə.Mən xəstə oldumSən sağalmağıma vasitə.Söylə yenə çox sevirsənmi səsimi?İndi necəÜzünü görə bilərəmmi?Gül görsən qoparma, qoy qalsın!Ürəyin güllər bağçasıÜrəyindən bir gül ver mənə, məndə qalsın. 2019Hardasan? Gözləri bənzərsiz olan sevgilimSöylə, hardasan?Məni Müşfiq edən DilbərŞəhriyarın, Təbrizi gözəli hardasan?Başqasına gülməGülüşün mənim olsun.Toxundurma saçlarına başqa əlləriSaçın mənim əlimdə sığali olsun.Xatırlar səni bu cismi gənc, ruhu qocaEdər səhər-axşam sənin üçn dua.Gülüm, çiçəyimAyım, günəşim hardasan? 2020Rəssam çəkə bilməzsən! Rəssam sən çəkə bilməzsən, mənim sevdiyimin rəsmini. Çəkə bilməzsən ona küləyin sığal çəkmiş saçını-teliniBilməzsən onun sevgi dolu baxışlarını, ürkək səsini.Sən bilməzsən o necə gülür, gülüşü adi gülüş deyilGülüşünü təsvir etməyin heç mümkün deyil. Çəkə bilməzsən onun göz yaşlarını, üzülməyini, darıxmağınıÇəksən sığdıra bilməzsən potretinə onun ağrısını, acısını. Sən bilməzsən onun mərhəmətini, gözəl sözlərini, şirin dilini Sən bilməzsən onun nazını çəkməyi, sevinib, əsəbləşməyini.Rəssam mənə qızıl gül çək, sonra isə saxla əl-qolunuVerim ona rəsmini üzü gülsün, gözləməsin çox mənim yolumu. 2021Yağış Burada yenə yağış yağırHərdən çoxalır,Hərdən azalır...Bilirsən necə yağış?Sən sevdiyindən.Damlalar axır yerə dən-dən.Dəli deyirlər çıxmışam çölə,Dəli deyirlər bunlar indi mənə.Bilmirlər ki, sevgi nədir? sevmək nədir?Yağış nədir? Hüzur nədir? 2021İNANMIŞ VƏ ALDADILMIŞ Bəs deyirdin sevgi həmişə qalib gəlir?Yadındadır necə inandırmışdın məni özünə? Bəs görüş yerimiz yalnız bizim üçün idi?İndi isə başqa cütlüyün məkanadır oralar...Hələ də fikirləşirəm görəsən kim idi axmaq?Mən yoxsa məni aldadan? Sənə inanan yoxsa məni inandıran?Hərdən fikirləşirəm, bəlkə də heç qarşılaşmazdıq səninlə.Daha yaxşı olmazdımı? yenə hər kəs öz yolunda olardı.Sevginin müqəddəsliyindən istifadə edib, mənə yalan danışmazdın...Yazarın əsərindəki tək və aldadılmış bir insan olacam mən.Sözün bitdiyi yerdəsən, tam bir şərəfsiziymişsən sən. 2022Məzardakı qardaşıma Sənə mən qardaş demişəmSevgiyə güvənmə söyləmişəm.Səni sağ bilib, sənlə görüşmək istəmişəmDemə getmisən dünyadan, bunu mən heç bilməmişəm.Qardaş biz insanıq, gərək insanı sevəkƏgər olmasa doğru insan, o zaman həyatımızı sevək.Nə gərək var idi ki, gedəydin bu gözəl dünyadan?Adaşım, olmaz axı gənc yaşında torpaq altda yatasan.Söylədim sənə qardaş, niyə belə kədərlisən?Yoxsa sənidəmi incitdi dünya, səndəmi sevgisizsən?Səndə dedinmi heç, dünya sən niyə belə sədaqətsizsən?Günahsızın canına qıydıracaq qədər ədalətsizsən.Mənim şikayətim var, sənin vəfasız yarından..Aldı səni bizim həyatımızdan, sən getdin dünyadan.Səni sevənlər gözü yaşlı qalıb, indi darıxır sənsiz..Sənin yarın isə yaşayır, davam edir həyatına sənsiz.Heyif sən görmədin bunu, sən hal-hazırda şikayətsizsən..Məhşər günü dilə gəlib, səndə deyəcəksən.Kimin sevgisi doğru imiş, bizə bunu göstərəcəksən,Ölümünün səbəbkarını bizə sübut edib, söyləyəcəksən.Yarına göstərdin və dedin ki, sevmək üçün belə cəsarətsizsən.Sənə layiq olsaydı o, qız indi toyun idi,İndi səni sevənlər qəbrinin üstündə deyil, toy məclisində idi.Biz bilirik o, qəbahətlidi sən isə qəbahətsizsən,Sən ədalətsiz sevginin ən haqqlı şahidisən.Yarını görüncə, deyəcəm ay qız sən nə şərəfsizsən,Ölümünü eşidəndə qopdu tufanım, dayandı zamanım,Elə bildim şəhid olmaq arzuna çatmısan, dedim amanım.Sən demə səni öldürən düşmən gülləsi deyil, sevdiyin qızıymış qardaşım,Məyərsə öz qatilin düşmən deyil, səni sevməyən sevgilinmiş qardaşım. 2022Qorqud dədəmə məktub Dədə bilirsən nə qədər ehtiyacımız var sənə?Dünya dönüb çarxı fələk, heç kəs almır vecinə.Dədə gəl bunların başına biraz ağıl qoyQohumda-qonşuda tutur adama toy.Dədə bunlar guya müassirdi, biz geridə qalmışıqŞükür onlar kimi hələ qeyrətdən uzaqlaşmamışıq.Dədə bığ-saqqalını yaxşı göstər indiki ağsaqqalaraQoy baxmasınlar pis gözlə arvad-uşağa.Dədə qadan alım qopuzunda bir musiqi çalQoy utansınlar musiqimizi korlayanlar, qalsınlar lal.Dədə gələndə çoxlu türkü gətirGəl səsi olmayan müğənnilərin səsini kəsdir.Dədə sən gedəndən,yurdumuzdan yad ellərə yönələn varParaya şirnikib, yurdundakılara qıyan var.Dədə daha dinləmirlər insanların sözləriniHəm karlaşdırıblar, həm korlaşıbdırıblar özlərini.Öz dövrünün xatunlarının alnından öp dədəİndikilərin çoxu təbii gözəl deyil, oxşadıblar özlərini bir-birlərinə.Dədə indi kişilər yenə mərddir, igiddirVətən oğullarımız çox qeyrətlidir.Dədə gələndə görsən mini ətək namərdləriBil ki, yalnız qəbir düzəldə bilər qozbeli.Dədə qurban olum biraz tez gəlBəlkə olarsan sən bunlara əngəl. 2022ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.