ZEYNƏB CAMALƏDDİN (NOVRUZOVA) (1962) Ədəbiyyat » Müsabiqə 16 Kasım Zeynəb Camaləddin qızı Novruzova - 31 oktyabr 1962-ci ildə Quba şəhərində anadan olub. İlk təhsilini Qubada 4 saylı orta məktəbdə alıb. Daha sonra ailəsi Bakıya köcdüyündən təhsilini Bakıda 196 saylı orta məktəbdə davam etdirib və 1980-ci ildə oranı bitirib. Atası Camaləddin Neft Daşlarında çalışıb. Anası Hənifə gənclık illərində Qubada Pirvahid kəndində kitabxanaçı işləyib. Oxumağa, öyrənməyə maraq, şəkil çəkməyə, seir yazmağa həvəs ona anası Hənifə xanımdan keçib. Orta məktəbi bitirdikdən sonra Bakı Neft Texnikumunu, daha sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib. “Nord” Elmi-İstehsalat Birliyində mühəndis-konstruktor və Bakı Elektrik Avtomatları zavodunda mühəndis-texnoloq, daha sonra Respublika TƏS-da aparıcı mühasib olaraq çalışmışdir. Hazırda təqaüddə olmasına baxmayaraq, kiçik şirkətlərdən birində mühasıb peşəsini davam etdirir. Zeynəb Cəmaləddin gənclik illərindən bədii yaradıcılıqla da məşqul olur. Şerləri “Sevgi”, “Kür-Araz” ədəbi-bədii, publisistik jurnallarda, “Vedibasar”, “Ədəbiyyat və İncəsənət”, “Zəfər qalası” və digər qəzetlərdə Zeynəb Ülvi təxəllüsü ilə oxuculara təqdim olunubdur.Zeynəb Cəmaləddinin şerlerində xalq deyimlərinin, folklorun ruhu hiss olunur. Bəlkə də buna bir səbəb də usaqlıqdan sevə-sevə oxudugu şifahi xalq nümunələrinin varlığına hopmasıdır. Bizim zəngin ədəbi irsimizin nümunələrini, klassiklərin, müasirlərimizin əsərlərindən seçmələr və dünya ədəbiyyatı nümunələrindən sevdiyi yazıçıların əsərlərini təəssüf ki, bu gün bəzi səbəblərdən qalmayan kitabxanasında sevə-sevə toplamışdır. Yazdığı şeirlərdən bir çoxu qəlbindən qopan qığılcımların sözlərə dönüşməsidir, bəziləri də zəngin Azərbaycan dilimizin gözəl sözlərini zərif çiçək və yarpaqlar kimi bir araya gətirib, sözlərdən gözəl bir çələng yaratmağa çalışıb ki, oxuyanın, dinləyənin ruhuna zərif bir çiçək qoxusunu çatdira bilsin. Buna nə qədər nail olub, bilmirəm, amma yəqin özündən çox da razı qalmaylb ki, uzun müddət yazdıqlarına ara verib. Zeynəb xanım özü deyir ki, mən öz az-çox istedadımdan üz çevirməklə sanki ona xəyanət etmişəm və məni öz haləsinə alan işıq topasını özləyirəm bu gün. Və hazırda yenidən bəzi qəzet səhifələrində, internet vasitəsi ilə Zeynəb Cəmaləddin adı ilə facebook səhifəsindən öz şeirlərini dəyərli oxucularla paylaşir. Biz də Zeynəb Cəmaləddinin şeirlərini özlüyümüzdə çox yüksək dəyərləndirir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzYURDUMUNDərələri dərin, dağlari qəlbi,Şəlalələr ruh oxşayan bir əldi,Altı sərvət, üstü sərvət, - gözəldi,Tükənməzdi hər sərvəti, - maşallah!Meşələri al yanaqda xaldımı?Suyunu dad, bulaqları baldımı?Dumanları dağ başında şaldımı?Can alandı gözəllikləri, vallah!Dost min ola, düşmən bir, -yenə çoxdur,Bir kiçicik qurd düşə dənə, -çoxdur,Ələkçinin qıl verəni nə çoxdur,Arzuları qəlbdə qalar, inşallah!Sərhəddi yox istəyimin, arzumun,Istisi var, tüstüsü yox odumun,Zeynəb deyər, mənim Ana YurdumunKor olaydı düşmənləri, ay Allah! 12.03.1993.ELOĞLUEl bu gündə qeyrətinə güvənir,Qoyma Vətən darda qala, eloğlu!Zərbindən düşmənin qanı göllənir,Qurban olum o qollara, eloğlu!Qarı düşmən yenə saldı davanı,Qurtaracaq ya yenə var davamı?Özün söylə, heç belə çey rəvamı, Analar yada yalvara, eloğlu?Dədə Qorqud, Dəli Ozan dərslisən,Bir igidsən, ildırım nəfəslisən,Koroğlunun, Qoç Nəbinin nəslisən,Zərbin çatdır Rüstəm Zala, eloğlu!Murdar yağı baha satır dərisini,Vur başına dəyirmanın tərsini.Fürsət düşüb, sən elə ver dərsini,Qoy baxmasın bir də dala, eloğlu!Qoyma Vətən dərdi çevrilsin dağa,Sən özün qon o qayaya, o dağa,Aman vermə meydan sulasın qarğa,Qırğı kimi tut, parçala, eloğlu!Niyə getsin Şuşa, Kəlbəcər, Laçın?Dağıdın bəndləri, yolları açın,Dağlarda qıy vurar çalağan, laçın,Dağlar yaraşar qartala, eloğlu!Mən Zeynəbəm, ruhum pərvaz eyləyər,Haqq çağırıb dua-namaz eyləyər,El qızları sizi pişvaz eyləyər,Gül səpərək bu yollara, eloğlu! 27.04.1993.VƏTƏNGünəş qərq eyləsin nura dünyanı,Ucalsın şöhrətin, ucalsın şanın,Çəkilsin üstündən bulud, duman, çən,Ah, ürəyim Vətən, ah, canım Vətən.Sağalsın sinəndə çarpaz dağın da,Yenə bülbül ötsün Qarabağımda.Dəstələr bağlayaq çiçəklərindən,Ah, ürəyim Vətən, ah, canım Vətən.Dillər əzbəridir şöhrətin, şanın,Tarixə bəzəkdir qədim dastanın.Olsun hər bucağın azadə, gülşən,Ah, ürəyim Vətən, ah, canım Vətən.ŞUŞABülbüllər sökər danı tuti-şirin dillər ilə, Cıdır düzü bəzənər yazda gözəl güllər ilə. Çətir şəlalə axar qırçın, uzun tellər ilə,Sankı nazənin sənəm, can alan dilbərdi Şuşa.Qarabağ baş tacimiz, bu tacda gövhərdi Şuşa.Sevgidi, sədaqətdi qədim torpağın mayası, Vətən övladı üçün arxadı hər bir qayası.Qalmadı qiyamətə, alındı axır qisası, Bir dəmir yumruq olan min-min igid ərdi Şuşa. Qarabağ baş tacimiz, bu tacda gövhərdi Şuşa.Yad ayaqlar tapdadı, gözlərimiz qan ağladı, Elə dağ çəkildi ki, yandı ürək, can ağladı,Ya Rəbbi, şükür Sənə, sonunda düşman ağladı, Ruhu nizamda tutan dayaqdı, mehvərdi Şuşa.Qarabağ baş tacimiz, bu tacda gövhərdi Şuşa.Hər daşın, hər qayanın öz əbədi nəğməsi var, Əl vursan dil açacaq, tarıxdən gələn səsi var. “Şur” u var, “Segah”ı var, “Çahargah”, “Şikəstə”si varBu milli dəyərlərlə dillərə əzbərdi Şuşa,Qarabağ baş tacimiz, bu tacda gövhərdi Şuşa.Gecə göy qubbəsinin ulduzları sehrə salır, Səhər ləçəkdəki şeh, dağda duman ruha dalır.Qarqar, Daşaltı çayı... bulaqları canlar alır, Gecəsi, gündüzuylə Cənnətə bənzərdi ŞuşaQarabağ baş tacimiz, bu tacda gövhərdi Şuşa.Sanki göydən asılıb şəhər, sanki göydən enib,Ulduz-ulduz işıqlar evlərin üstə ələnib, Elə Allaha yaxın, ilahi nura bələnib, Allahı zikr elyən məsciddi, minbərdi Şuşa,Qarabağ baş tacimiz, bu tacda gövhərdi Şuşa. 08.11.2022BƏS DEYİLMİ?Bəs deyilmi ürəyimiz üzüldü?Bəs deyilmi hövsələmiz süzüldü?Günlərimiz acı sapa düzüldü?Qəm-qüssələr ömrümüzü taladı,Dirigözlü bizi oda qaladı...Sən talesən, mən qismətəm, yazıyam, Dünyamızın sən yayı, mən yazıyam,Nə şərt desən mən o şərtə razıyam, Çox heyfdir, ömür bada getməsin,Tüstülənə-tüstülənə bitməsin...Nə sən dağsan, nə mən dağam, - kölgəyik,Daha ayrıla bilmərik, birgəyik,Hər qovğaya, qalmaqala bəlğəyik*,Gəl verməyək xərcə ömrü, yaşayaq, Deyə-gülə bircə ömrü yaşayaq... 07.05.1992. *Bəlgə - bəhanə, səbəbÖYRƏTVarmıram tikanın, gülün fərqinə,Nə qədər baxsam da çölə, çəmənə,Gəl tut əllərimdən, əzizim, mənə,Təzədən həyatı sevməyi öyrət.Demək istəmirəm dərdi dilimlə,Qəlbinin özüylə qəlbimi dinlə.Həyata sevgini bölüb mənimlə,Təzədən ürəkdən gülməyi öyrət.Varlığım əzilib, indi toz qalıb,Bəlkə kül altında bir az köz qalıb.Neynim, üstümüzdə neçə göz qalıb,Sənin görüşünə gəlməyi öyrət. 05.2002.DAHA ÜRƏYİMİ DAŞ EDƏCƏYƏMMən daha səninçün bağlı qucağam,Səni öz şaxtamla donduracağam,Nə rəhm, nə insaf tanıyacağam,Daha ürəyimi daş edəcəyəm.Elə yelə verdin mənim ömrümü,Qırıldı könlümün nəğməkar simi.Lal eləyib zili, susdurub bəmi,Ömrünü mənasız, boş edəcəyəm.Ömrünə qəriblik gətirəcəyəm,Bağında tikanlar bitirəcəyəm.Səni mənsizlikdə itirəcəyəm,Sonsuz dərdə-qəmə tuş edəcəyəm.Günlərin aylara, ilə calanar,Səninçün fərq etməz nə qış, nə bahar.Yandırar üzünü isti damlalar,Həsrəti gözündə yaş edəcəyəm.Qəhrindən döğranıb, çərtiləcəksən,Kədər, qəm örtüyün, - örtüləcəksən.Hər gün dərd içində pörtüləcəksən,Sənin bir dərdini beş edəcəyəm,Daha ürəyimi daş edəcəyəm. 11.06.2007.YAZGİNƏN (Bir şair qardaşıma)Oxudum şerini şair qardaşim,Yazdığın tərifi bir də yazginən.Ruhun gözəl sözə ehtiyacı var,Bir sakit, səfalı yerdə yazginən.Namərd bazarında düzlük ar olar,Paxıla, xainə dünya dar olar,Tanrını sevənə Tanrı yar olar,Ürəyin dolanda mərdə yazginən.Uca zirvəsində duman sürünmür,Çölləri yaşıla, ala bürünmür,Daha göylərində durna görünmür,Düşmən tapdağında yurda yazginən.Namərdə inandi, dərdə tuş oldu, Qardaş bildiyinin qəlbi daş oldu. Oyunlar oynandi, necə iş oldu,Vətənim qalıbdı darda, yazginən.Zeynəb dərsin alıb qoçaq Həcərdən,Bu yudda var olmuş igiddən, ərdən,Şuşada, Laçında, ya Kəlbəcərdə, Bir gün o yerlerdə, orda yazginən. 25.04.2008.GÖZLƏRİMİ GİZLƏDİRƏM MƏNHərdən gözlərimi gizlədirəm mən,Gözümdə kədəri görən olmasin.Hərdən gözlərimi gizlədirəm mən,Qəlbimə izinsiz girən olmasin.Hərdən gözlərimi gizlədirəm mən,Örtürəm gözümdə çağlayan qəmi,Sevinc libasına büküb-bələyib,Hamıdan daniram ağlayan qəmi.Tel-tel sızıldayan həzin nəğməyəm,Içimdə yaşayır kövrək bir aləm.Tənhalıq gözümdən baxmasın deyə,Hərdən gözlərimi gizlədirəm mən.Ürək sözə baxmır, ah, nədən olur,Sərtliyi daşlardan öyrənim görən?Nə vaxt bulud kimi boşalir, dolur,Onda gözlərimi gizlədirəm mən. 2007.İNSAN DEDİLƏRSəni bu surət ilə, hüsnü-camal ilə görübQorxdular həqq deməyə, döndülər insan dedilər. İmadəddin NəsimiElə kamil yaradılmış ki, onun surətinə,Cənnətdən köç eyləmiş məleykə, qılman dedilər. Min kərə, milyon kərə mat qalıb məftun oldular, Eyibsiz xəlq eləyib, xaliqi-sübhan dedilər. Necə vəsf eylədilərsə, yenə də az oldu, O gələn yerdə dönüb, qarlı qış da yaz oldu,Şəninə, şöhrətinə nə təriflər yazıldı,Təndürüst qamətinə sərvi-xuraman dedilər.Baxdılar gözlərinə, daldılar eşq dəryasına, Düşdülər sehrlənib, sirli sevgi dünyasına, Dözməyib aşiqlərin intizarda qalmasına,«Könlümün parçası yar», «sevgili-canan» dedilər. Sonda meyl eylədilər bu dünyanın sərvətinə,Baş əydilər qızılın, cəvahirin qüdrətinə.Şirnikib, yer üzünün cazibədar cənnətinə,Elə burda qurulub təxti-Süleyman dedilər. Haraya toxundusa, uçuldu, bərbad qaldı, Onun fitnə-felinə şeytan özü mat qaldı.Dilində tanrı oldu, qəlbi ona yad qaldı,Baxdılar xislətinə, xisləti şeytan dedilər.Sən bu dünyaya qonaq, düşünmə ki, haqq səsisən,Hansı cürətlə dəyişdirməlisən bir kəsi sən,Dünya dəryayi-ümman, sən tozusan, zərrəsisən,Ay Zeynəb, asi düşüb, eyləmə üsyan dedilər. 2009.ESQ Ey eşqi-müəmmada azanlar, Məcmusu duyğudur, dəryadır eşq.İçindən çıxmaq istəmədiyin, Gördüyün ən şirin röyadır eşq.Həm qəlbi, həm üzü nurlandıran, Hikmətdən süzülən ziyadır eşq. Atəşi, cənnəti ehtivadaSənə aid olan dünyadır eşq.Bəzən oyanınca, peşimanlıqXəyaldır, sərabdır, xülyadır eşq.Hərcayi, sərsəri kimsələrin, Gözündən boylanan riyadır eşq.Ruhu dəniz kimi çalxalayan, Nütfəyə qoyulan kimyadır eşq.Hər nə ecazdı, nə möcüzədi,Dünyanı var edən əhyadır eşq. 13.11.2022ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.