KÜBRA MUSAYEVA (2010)

KÜBRA MUSAYEVA (2010) Kübra Tural qızı Musayeva - 2010-ci ildə anadan olub. Atası Tural İlham oğlu Musayev – Vətən müharibəsi veteranıdir. Bir snayperçi-kəşfiyyatçı kimi, bir çox əməliyyatlarda iştirak edib. Şuşanın alınması uğrunda da böyük fədakarlıq göstərib. Altı medal və bir neçə fərmanlara layiq görülüb.
Kubra Musayeva Naftalan şəhərindəki 2 saylı tam orta məktəbin 7-ci sinif şagirdidir.
Yazar olmaq həvəsi, onu gözəl hekayələr yazmağına zövq etmişdir. Onu da deyək ki, Kubra öz yaşından böyük bir qavramaqla, hekayələrini qələmə almışdır.

Biz də, aşağıda Kubra Tural qızının bir neçə hekayəsini dəyərli oxucularımıza təqdim edir, bu gənc yazarımıza yeni-yeni müvəffəqiyyətlər arzulayırıq. İnanırıq ki, gələcəkdə,daha dolğun, daha poetik fikirlərlə zəngin olan yazıları işıq üzü görəcək və seçilib, sayılmışlardan olacaq. İnşəallah. Uğurlar olsun.
Şair Göylər Cəbrayıl,
“Şərqin səsi” qəzetinin şöbə müdiri,
AJB-nin üzvü,
“Qızıl qələm” mükafatı laureatı


ZiM.Az



SƏBƏT
(Hekayə)

Günorta idi. İyun ayının istisi hər tərəfi yandırıb yaxırdı. Torpaq da susuzluqdan çart-çart olmuşdur.
Günorta istisi olmasına baxmayaraq,Nazim
həyətdəki tut ağacına söykənib fikrə getmişdi. Birden ağacdan bir quş yuvası yerə düşdü. Yuvada üç yenicə yumurtadan çıxmış quş balaları vardı. Yuva yerə düşdü, ancaq quş balaları yuvanın içərisində idi. Nazim başını qaldırıb yuxarı baxdı. Ana quş qışqırır, o tərəf bu tərəfə uçurdu. Nazim ayağa qalxdı. Yuvaya tərəf getdi. Bu anda ana quş sürətlə şığıyıb qanadlarını yerə düşmüş yuvasının üstünə sərdi. Nazim bu mənzərədən yerində donub qalmışdı:
- Ana ki, ana!
Nazim irəli yeridi aşağı əyilib quş yuvasını götürmək istəyəndə ana quş çığırdı. Nazim bir anlıq dayandı. Sanki ana quş fəryad edirdi. Nazim ətrafa boylandı.Birdən gözlərinə nənəsinin həmişə yumurta yığdığı toxunma səbət dəydi. Tez səbəti gətirdi.Sanki ana quş Nazimi izləyirdi. Ana quş yuvanın üstündən uçdu. Nazim ehtiyatla quş yuvasını götürüb səbətin içərisinə qoydu. Tez həyətdə küncə qoyulmuş nərdivanı gətirib ağaca söykəndi. Səbəti götürüb ağaca çıxmaq istəyəndə gözlərinə inanmadı. İri qara bir ilan sürünüb ağacdan düşürdü. Nazim əlindəki səbəti həyətlərindəki toyuq hininin küncünə vurulmuş mismardan asdı. Küncə qoyulmuş kətməni götürdü. Kətmənlə ilanın başını bədənindən ayırdı. Öz özünə fikirləşdi.
- Demək, toyuqların yumurtasını yeyən də bu imiş. Sonra səbəti əlinə alıb ağaca çıxdı ağacın lap ucundan səbəti bağladı və yenidən aşağı düşdü.
Bayaqdan haray salan ana quş səbətin bir küncünə qonmuşdu. Gah balalarına gah da Nazimə baxırdı. Sanki öz təşəkkürünü bildirdi.
Nazim başını qaldırıb quşa baxdı:
- Niyə elə baxırsan? Mənim anamda sağ olsaydı, darda olan balası üçün sənin kimi edərdi...


ÜRƏYİMSƏN!
(Hekayə)


Döyüscülərimiz agir Cəbrayıl döyüşündən sonra cox yorulmus, hərə bir tərəfə torpağin ustə uzadib dincəlirdi. Əsgərlər yuxulayıb gözlərinin acılsın alırdiıar. Kimi agaca söykənib, kimi də silahı basının altına qoyub torpağa uzanmısdı.
Gizir Elcan yanında agaca soykenib Turalı səslədi.
- Ay Tural, yatmamisanki?
- Yox səhidlərimizi fikirləşirəm.
- Ay Tural, yerləri cənnət olsun. Amma Tural, bu döyuşdə mən də səhid olsam, bizə get, anama de ki, oğlun erməninin anasını ağlatdı, sonra səhid oldu.
- Ay gizir, deyirəm söz tapmirsan danısmağa? Özün gedib deyirsən.
- Tural, sən diqqetlisən, de görüm dünən vurduğun erməni leytenantının meyidinə niye birtəhər baxırdin? Sən yüzlərlə erməni gəbərtmisən, amma sənin hec o leşləreə belə baxdığını görməmisdim. Amma o erməni leşine cox baxdin. Niye?
Tural basını gizirə tərəf cevirdi:
- Deməli, sənin nəzərindən qaçmayıb mənim baxmağım?
- Yooox! Niyə? De görüm!
- Gizir, o gün kəsfiyyata getmişdim. Döyüsdən qabaq. Azıx tərəfdən bir masın gəldiyini gördüm. Masın gelib dayandı. İcindən bu qurumsaq düsdü. Orda da bunların dostları vardı. Maşından düsüb posta catdı. Bir erməni əsgəri cağırdı. Nəsə dedi. Sonra bağıra-bağıra bu heyvan o əsgəri döydü. Mən də ağacdan onları seyr edirdim. Əsgər yüyürüb buna bir süsə araq getirdi. Bu öküz də şüşəni başına çəkdi. Sonra əsgər təpik vurdu. Əsgər də yerə yıxıldi. Sonra bir erməni qızı geldi. Deyəsən qız snayperçi idi. Buna bir şillə vurdu. Bu da onun ayagına düsüb yalvardı. Amma gizir, vicdan haqqı yaman etdi o qiz bunu. Arağı bunun əlindən alıb basına tökdü. Bu da mal kimi yerə yıxılıb yalvarırdı.
- Tural, nə fikirləşirsən, bizim Azıx mağarası dururmu, yoxsa onu da dagıdıblar?
---Gizir, mən esitdiyimə görə bizim əcdadlarımızın sümüklərini də oğurlayiblar. İnşəllah oranı da alıb baxarıq. Gizir, kəsfiyyata gedecəyəm, izn ver, yatim azca.
- Yat, yat, menim dirəyim!
- Zarafata kecmə, gizir, vallah iki gündü gözümü yummuram.
- Yaxsı, yat!
Əsgərlər sakitcə yuxulayıb yorğunluqlarını cıxarırdlar.
Birdən Tural cəld qalxdı. Gizir ona: - Nə oldu?
Tural əli ilə gizirin agzını tutdu, qulağına cəld ol! Erməni kəsfiyyatı gəlib, uşaqları sakitcə oyat, - dedi.
- Nə bildin?
- Dur! Qarga səsini esitmədinmi?
- Burda topun, raketin icində qarğa nədi, ilan da qalmaz!
Gizir sakitcə bir-bir əsgərləri oyatdı. Əsgərlər tam döyüs vəziyətini aldılar.
Tural yoxa cıxmısdı.
Gizir komandirə:
- Komandir, Tural hanı?
- Gələr, o işini bilir, - dedi.
Yarım saat keçmiş Tural qabağında bir əsirlə qayıtdı.
- Komandir, ay komandir, bu usaq yolunu azıb qarğa kimi qa¬rıl¬dayırdı. Mən də iki sərçənin başını üzdüm,.bu qarğanı da gətirdim ki, sizə qarğa kimi ötsün.
Komandir gulumsədi: - Sən mənim dirəyimsən!
Tural dayandi: - Komandir, bu gün gizir də mənə dirək deyirdi. Şalbana oxşamıram ki?
Əsgərlər gülüsdülər.
Komandir bir saat sonra Turalı çağırıb bağrına basdı.
-Sağ ol, lazım olan məlumatları aldıq.
Doğrudan da deyirəm, sən mənim dirəyim yox, ürəyimsən!...


LALƏNİN DƏRDİ

Gözəl bir yaz gəlmişdi. Hər yan yamyaşıl idi. Ağacların bəziləri hələ də yenicə tumurcuqlamasına baxmayaraq, zoğal ağacı dümağappaq idi.
Lalə anasının əlindən tutaraq, öz bağçalarında gəzir, təbiət qoxulu yaz havasını,ciyərlərinə çəkirdilər.
...Ana nə gözəldir,bir bax, kəpənəklər,qaranquşlar,uçurlar.Sariköynəyə bax,ağacların üstündə necə atılıb düşürlər?!
...Qızım,yaz çox gözəldir. İnsanın ruhu təzələnir, görürsənmi, boynu bükük lalələr də, baş qaldırıb, yazın gəlişini alqışlayırlar.
Kiçik Lalə, açmış lalələrə tərəf qaçdi.Amma əllərini lalələr toxundurmadan, baxaraq, sakit bir təbəssum aldı.
...Nə oldu Lalə qızım?
...Ana mən laləni dərməyəcəm,.Axı mən onları dərsəm,bir azdan onlar solacaq. Bəs onların anası ağlamayacaq?
Ana fikrə getdi. Qızının başını siğallayaraq, ona... -düzdur gözəl qızım deyərək, ona öz təşəkkürünü bildirdi.


GƏLMƏDİZ

Yenicə yuxudan oyanmış bənövşə, ətrafa nəzər salaraq öz-özünə deyinirdi.
...Ay aman,qar əriyibki...Günəş də öz istisini bütün kainata yayıb.Mən nə çox yatmışam?!
...Nərgiz, qızılgül,hardasiz?
Heç bir çiçəkdən səs çıxmadı.Bənövşə boynunu qaldırdı.
....Qaranquşlar da gəlib ki......Bəs niyə bu çiçəklər yatıblar?
Heç bir çiçəkdən səs gəlmədi. Balaca bir qız uşağı,əyilib onu iylədi.
O qıza heyrətlə baxdı. Sevincindən gözlərindən gilələnən yaş,onun boynunu əydi və gözlərini yumdu.Və son anda dedi:
- Dostlar,niyə gəl..mə..siz? deyə gözlərini əbədi olaraq yumdu.


PAYIZ

Payız idi. Yarpaqlar əl əlvan rəngə boyanmişdi. Elə bil torpağın üstünə xalı salinmişdi. Köçəri quşlar getmiş, boz sərçələr dostlarını səsləyirdi.
...Uşaqlar gəlin bir az oynayaq.
Sərçələr yığılıb heyrətləndilər.
... Nə olub?
...Heç nə.
...Bəs niyə qışqırırsan?
...Uşaqlar bir azdan soyuqlar düşəcək. Oynaya bilməyəcəyik.
Ana sərçələr atılıb düşür, gənc sərçənin sözlərinə gülüşürdülər. Birdən balaca bir pişik balası onlara tərəf gələrək,onlara yaxınlaşdı. Sərçələr uçmaq istədilər. Pişik balası dayandı,yalvarış bir səslə onlara dedi.
... Uşaqlar mən acam. Mənə bir tikə çörək verin.
Sərçələr əl ayağa düşdülər. Tez uçub, ona bir parça çörək tapıb gətirdilər Pişik balasına verdilər.Pişik balası çörəyi ləzzətlə yedi və onlara təşəkkür əlaməti olaraq dedi:
... Uşaqlar çox sağ olun. Amma burda qalmayın. Çünkü burda pişiklər çoxdur. Siz mənə yaxşılıq etdiz. Mən də sizə deyirəm. Tez ucun burdan. Pişiklər gəlir.
Tez qaçım deyə pişik balası qışqırdı.
Birdən kolluqda bir sürü ac pişiklər çıxıb, sərçələrə hücum etdilər. Sərçələr tez havaya qalxdı və çox sağ ol deyərək, pişik balasina öz minnətdarlığıni bildirdilər.


VƏTƏN HƏSRƏTİ
(Hekayə)


Kiçik bir damla suyu atılıb düşür, sevinərək dostlarıyla oynayırdı.Amma bir gözü göylərdə idi.Mavi göz qamaşdıran səmaya həsrətlə baxırdı.
....ah nə gözəldir?!Kaş mən də ucub,o buludlar kimi,qanadlanaydim ,onlara qoşulaydim.
Amma damla gölməçədə o tərəf ,bu tərəfə qaçır,dostları ilə şənlənirdi.Hava çox isti idi. Günəş hər tərəfi qovururdu. Buludlar asta asta yoxa çıxırdılar. Birdən istinin hərarətindən, damla buxarlanaraq göyə qalxdı.Bir neçə saniyədən sonra ,buludlara qovuşdu. Və buludlara dedi:
... Mən sizin həsrətinizi çox çəkmişəm,deyərək, buludların üstündə oturdu. Birdən gölməçədəki dostları yadına düşdü. Çox axtardı,amma tapmadı. Üzünü buluda tutub dedi;
...mən su anamı,dostlarımı gəzirəm. Xahiş edirəm məni göndər yenidən öz yerimə. Bulud qəh-qəhə ilə gülməyə başladı.
Əzizim vətən yaxşı,
Geyməyə kətan yaxşi,
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı --dedi. Hazırlaş, qızım,səni yollayıram öz vətəninə. Amma yadda saxla ki, qürbət cənnət olsa da belə, yenə də vətən yaxşıdır.
Bulud bunu deyən kimi, göy guruldadı. Leysan başladı. Kiçik damla da yenidən öz gölməçəsinə qayıtdı. O su anasını qucaqlayaraq dedi:
...Ana, bir daha məni özündən kənara buraxma. Sən mənimçün hər şeysən.


Kübra Musayeva,
ZiM.Az


...
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: