AFTANDİL MİKAİLOV (01.06.1947) Poeziya, Müsabiqə 31 Ocak 582 100 1 2 3 4 5 Aftandil Mikailov - 1947-ci ildə Görçay rayonunun Çərəkə kəndində doğulub. Həmin kənddə orta məktəbdə 8-ci sinifi bitirib. Ailə vəziyyəti ilə əlaqədar təhsil almaq imkanı olmayıb. Uzun illər usta işləyib.Hazırda Bakının Bilgəh qəsəbəsində yaşayır.***Ömür elə ötüşdü ki,Ha yüyurdüm çatammadım.Dərd insanla ekiz imişDərdli gördüm yatammadım.Satan çoxdur,namus-arın,Başdan önə keçdi qarın,Sonun gördüm yığanların,Kasıblıqdan utanmadım.Dünya malına daraşıb,Bel əyilib,uz qırışıbŞükür bunlara qarışıb,Özümə yer tutammadım.Qonşum acsa necə yatım,Cəhənnəm olar həyatım.Mən alveri bacarmadım,Vicdanımı satammadım!.30.01.2023***Dünyamız sirr dolu bir aləm imiş,İnsanlar doğulur,görüb yaşayır.Kimlərin onlarla boş qalmış, evi,Kimi kərpic-kərpic hörüb yaşayır.Adam var hər şeyi pulu varı var,Sanır ki,hər şeyə ixtiyarı var.Adam var bir nimdaş üst paltarı var,Yuyub peç üstünə sərib yaşayır.Qəm-qüssə əl çəkmir,tükənmir bitmir,Yamanlıq,yaxşılıq heç biri itmir.Adam var vətəndə işləri getmir,İllərlə qürbətdə qərib yaşayır.Adam var heç yanmır, qohuma yada,Düşsən bir çətinə yetişməz dada.Heç nəyi vecinə almır dünyada,Təkcə öz ömrünü sürüb yaşayır.Hər insan dünyada beş-on gün qonaq,O da yaşamaqdır, bu da yaşamaq,Adam var tək bir şey bacarır ancaq,Bütün ömrü boyu girib yaşayır.Yanvar, 2023***Ümidimi üzməmişəm,Gözləyirəm hələ səni,İllər ötdü,bacarmadı,Yaddaşımdan silə səni.Gündüz günüm,gecə ayım,Qəlbi üzən dərd harayım.Səni harda soraqlaym?Heç bilməzdim belə səni.Nə baş verdi,döndün yada,Atdın məni yanar oda?Gəzdiyimiz bağ-bağçada,Bənzədirdim gülə səni.Ürək eşqi unudarmı,Saçlarıma yağan qarmı?Görən məndən başqa varmı,Heç gətirən dilə səni?İllərdir keçən aradan,Seçmədik ağı qaradan.Bir ürək verib yaradan,O da sevir elə səni.....Yanvar, 2023***Bu dünyanın cilvəsinə vurulmaMəcnun olub,demə ona yar hələ.Baharına vurulmağa nə var ki,Qarlı qışı,fırtınası var hələ.Toxta dayan,dörd yanına nəzər sal,Hardan ğəlib,hara ğedir xəbər al.İnsanların üz,ğözündə dərd,məlalBilinmir ki,nə xətası var hələ.Məzar olub,cox sayılan ərənə,Son tikəsin yetimlərə verənə.Qucaq açıb,hər addımda ğirənə,Tərifləyib,yağlaması var hələ.Çox çalışdım,baş açmağa qoymadı,Sirr meyvəsi yetişsə də,soymadı.Neçə milyon ömrü uddu doymadı,Tapmacası,bağlaması var hələ.***Anam büküb bələyimə,Kədərimlə qoşa məni.Həyat alıb ağuşuna,Salıb bərkə boşa məni.Bəxt ulduzum ğoydə axıb,Zaman mənə ögey baxıb.Başım üstə şimşək çaxıb,Tale basıb daşa məni.Dövran salıb yaman kökə,Ürəyimə düşüb ləkə.Ğörmədim ki,biri çəkə,Təmənnasız başa məni.Xəyalına büründüyum,Sevdasıyla öyünduyüm,Yollarında süründüyüm,Dəyişib daş qaşa məni.Gümanım arzulardadırKor olmuş bəxtim hardadır.Könlüm hələ bahardadır,Ömür çəkir qışa məni.***Hər kəsin bircə ömrü var,Baxır necə keçib gedər.Kimisi yüz il yaşayar,Kimisi tez köçüb gedər.Hər kəsin arzu- kamı var,Kam alanı, nakamı var.Fələyin əcəl camı var,Hər kəs ondan icib gedər.İş dolaşsa müvəqqəti,Çalış ruhdan düşmə qəti.Heç bir şey deyil əbədi,Səbr eləsən, keçib gedər.Düşunmə ki,insan təkdi,Kim şeytandı,kim mələkdi.Yadda saxla, kim nə əkdi,Əkdiyini biçib gedər....06.11.2022***Dövran bizi saldı dərdə,məlala,Cavab yoxdur neçə-neçə suala.Yox ehtiyac nə falçıya,nə fala,İstər barış, istəmirsən barışma.Bu dünyanın işlərinə qarışma!Yaradanın nə veribsə qane ol,Nə xəbis ol,nə bir kəsə mane ol.Çalış düz ol, nə oğru nə cani ol,Ziyan vurub,ev yıxmağa çalışma.Bu dünyanın işlərinə qarışma!Nə görürsən var öz adı,qiyməti,Ağır olur, lal baxışın töhməti.Duz-çörək ye,heç götürmə minnəti,Qiybət edib,daldada söz danışma.Bu dünyanın işlərinə qarışma!Demirəm ki,sən danışma fağır ol,Deyiləni heç eşitmə sağır ol.Yerini bil,samballı ol,ağır ol,Hər bir sözə tez qızışıb-alışma,Bu dünyanın işlərinə qarıışma !10.11.2022***Nərgizim,yasəmənim tər çiçəyim,lalamsan,Bu cəngəllik dünyada,gül bitirən talamsan.Canımsan,ürəyimsən,nəfəsimsən balamsan,Gözlərimin nurusan,ən xoş diləyim,arzum,Nə yaxşı ki,varımsan,xoşbəxt ol mənim qızım!Xilaskar mələyimsən hər zaman yanımdasan,Hər ayımda,günümdə dəqiqəm ,anımdasan.Məni sənsən yaşadan,qəlbimdə canımdasan,Bir kəlmə xoş sözünlə,açılır donum,buzum,Səni Allah qorusun,xoşbəxt ol mənim qızım!Xeyir çıxsın qarşına,qəm-kədər uzaq olsun,Hər zaman balaların gözünə çıraq olsun.Allah qorusun daim,qoy günləri ağ olsun,Sizsiniz bu dünyada mənim baharım,yazım,Çox şükür ki varımsan,xoşbəxt ol mənim qızım!02.01.2023ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.