Ramiz Abdullayev: "ZƏFƏR!" Ədəbiyyat » Poeziya 4 Şubat 564 100 1 2 3 4 5 ZƏFƏR!Gözün aydın Azərbaycan! Vətən daşın bəxtiyardır, Torpaq üstə tökülən qanŞəhidlərdən yadigardır. Güclü ordun, baş komandan, Yumruq kimi bir oldular.İlham alıb doğma xalqdan, Düşmənləri bir qovdular. Azad Vətən! Azad xalqın! Qələbədən qürur duyur. Azadlığın yaşayaraq, Qarabağ da, məğrur durur. Zəfər çaldıq, qalib olduq. Tarix yazdıq 44 günə,Şərəf, şöhrət, iftixarla, Şükür Tanrım, gözəl günə!TƏBRİZİM!Ərk ucalıb göylərə, Savalan zirvəsi tək, Şəhriyarı bəxş edən, ey qocaman Təbrizim! Bəz qalası tarixdən, bizə qalan bir çiçək ,Gözəllər tək gözəlsən, ey mehriban Təbrizim!Eynalı ətəyində, igidlərin at çapıb,Düşmənlərin sinəsin, nişan alıb, ox atıb.Neçə-neçə şəhidlər, sənin qoynunda yatıb,Min illərdən xəbərdar, məğrur duran Təbrizim!Axşamların nurludu, səhərlərin günəşli,Bakımın qardaşısan, ulu turan Təbrizim! Milyonların qəlbin də, sevgisi var atəşli,Bir ürək də məndədir, səni duyan Təbrizim!O TAY, BU TAYDATikanlı məftillər ayırma bizi,Torpağımız birdir o tay, bu tayda.Ayıran bir Araz bir də ki, sən-sən,Mavi səma birdir o tay, bu tayda.Baxışlar düzülüb, baxır Arazdan,Əllər uzanıbdır o tay, bu tayda.Çırpınır ürəklər dəmir qəfəsdə,Hicranla ,həsrət var o tay, bu tayda.Ulduzlar kəhkəşan eylər gecələr,Ay da parıldayır o tay, bu tayda.Gündüzlər günəşin isti nəfəsi,Gül-çiçək oyadır o tay, bu tayda.Döz bu hala könül çəkmə intizar,Ayrılıq yetişər o tay, bu tayda.Ikiyə bölünmüş Azərbaycan da,Böyüyər, birləşər o tay, bu tayda.AZƏRBAYCAN DİYARINDA! Unudulmaz tariximiz, Səfəvilər dövlətimiz,Qurucusu Şah İsmayıl, əsirlərdi, gur səsimiz. Unudulmaz, min beş yüz bir, o ildəndi, şöhrətimiz.Bilməyənlər, qoy bilsinlər, kafirlərə bu dərsimiz.Şah İsmayıl əmr eylədi, vəzir Rəvan, etdi icra, Cuxur sətdə, bəylər-bəydə, tikilsin bir gözəl qala. Bu, min beş yüz, on altıda, tamam oldu, bitdi icra, Şah İsmayıl, adın qoydu, İrəvandı, özəl qala. İllər kecdi, genişləndi, döndü gözəl bir şəhərə, Zəngi cayı, axır yenə, necə vardı, axarında. Dörd hissədən, olmuş şəhər, dəmir bulaq, şəhərlılər, Qədim qala, təpə başı, Azərbaycan diyarında. Fransanın, rəssamları, Şardiye də, Tavariye də, Tablolarda, görüntülər, əks eyləyir, o zamanı. Türk, Övliyə Cəlabi də, yazıb qalan, xatirədə, Məscidlərdən, Saraylardan, xəbər verir, İrəvanı. Min səkkiz yüz iyirmi səkkiz, Farslar ilə, car Rusiya, Səfəvilər Dövlətini, parcaladı, iki yerə, Türkmən cay da, müqavilə, döndü qara bir tüstuyə, Şər qüvvələr, üstün gəldi, yer qalmadı, hec xeyirə. Min doqquz yüz on səkkizdə, biz müstəqil, olmaq ikən, Şərt qoydular, Erməniyə, vermek ücün, İrəvanı. Azadlığa can atarkən, müstəqillik, almaq ikən, Qopartdılar Vətənimdən, Azərbaycan torpağını.MOLLAMolla zülümü aldı İran da necə canlar,İslam dinini məhv eləyir bil ki yalanlar.On minlər ilə insanı zindanlara saldı,Təsir eləmir mollaya İran da olanlar.Xalqın səsini susdura bilməz daha hec nə,Qatildi o kəslər yenə də canı alanlar.Erməniyə məktəb dilinə tədrisi verdin,Kor oldu gözün görmədi bəs başqa qalanlar?Azərbaycan, Özbək,Türkmən, Kürdlər necə olsun?Fars mollanı xac erməni yəqin yenə anlar.Ramiz nə edibsə özünə eylədi molla,Yer də qala bilməz tökülən indi ki qanlar.06.10.2022ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.