DƏDƏ MƏDƏD Poeziya, Darvaz, Unutsaq, unudularıq!.., Mədəd Çobanov, Müşfiq Borçalı 28 Haziran 702 0 1 2 3 4 5 Dünya şöhrətli alim, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanova uca Allahdan rəhmət diləyirəm, inşaAllah. Unudulmaz şəxsiyyətin oğlu Müşfiq müəllimə dərin hüznlə başsağlığı verir və Yaradandan möhkəm səbr diləyirəm.Dəyərli insana ithaf etdiyim "Dədə Mədəd" şerimi sizlərə təqdim edirəm. Var olun.İçib elmin badəsini,Lap dəm oldu Dədə Mədəd.Meylin salıb kitablara,Həmdəm oldu Dədə Mədəd.Borçalıdan doğdu günəş,Qədəmləri nurla dolu,Getdiyi yol Turan yolu,Haqqa doğru Dədə Mədəd.Ağsaqqaldır elimizə,Öndər oldu elmimizə,Təmiz ana dilimizə,Sipər durdu Dədə Mədəd.Ürək böyük saf dəryadı,Əsərləri bir dünyadı,Oyatdı xalqı fəryadı,Namazoğlu Dədə Mədəd.Şöhrəti var dünya qədər,Öyünmədi çoxu kimi,Ömrü ötdü yuxu kimi,Belə köçdü Dədə Mədəd. Lətif AĞAOĞLU (ƏHMƏDOV)ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.