AMEA Zoologiya İnstitutunda Azərbaycanda qansoran ağcaqanadların mikrosporidilərinin öyrənilməsi perspektivləri istiqamətində elmi araşdırmalar aparılır Elm » Biologiya və tibb elmləri 3 Nisan AMEA Zoologiya İnstitutundan ZiM.Az-a bildiriblər ki, institutun Elmi Şurasında Parazitologiya laboratoriyasının e.i., b.ü.f.d. Fuad Rzayevin “Azərbaycanda qansoran ağcaqanadların mikrosporidilərinin öyrənilməsi perspektivləri” mövzusunda elmi seminarı keçirilib.B.ü.f.d. Fuad Rzayev diqqətə çatdirib ki, ağcaqanadlar ekosistemin vacib komponentlərindəndir və maddələrin trofik əlaqələrlə yerdəyişməsində mühüm rol oynayır. Onların kütləvi şəkildə insan və heyvanlara hücumu həm qansorma cəhətdən, həm də bir çox xəstəliklərin daşıyıcıları baxımından mənfi qiymətləndirilir. Ağcaqanadların epidemioloji və epizootoloji əhəmiyyəti nisbətən böyükdür. Qansoran ağcaqanadlara qarşı mübarizədə ən səmərəli effekt verən üsullardan biri də insanların daha sıx məskunlaşdığı, işlədiyi və istirahət etdiyi ərazilərdə mikrosporidilərdən istifadə olunmasıdır. Mikrosporidilər hüceyrədaxili obliqat parazit olmaqla bütün sistematik qruplara aid canlılarında təsadüf olunur. Daha çox mikrosporidi növləri həşəratlarda rast gəlinir. Hazırda 140 cinsə daxil olan 1400 dən artıq növ mikrosporidi təsvir edilmişdir. Onlar bütün sistematik qruplara daxil olan canlılarda, ibtidailərdən insana qədər rast gəlinir. Mikrosporidi növlərinin miqdarı həşərat və xərçəngkimilərin ümumilikdə sayından daha artıq olacağı ehtimal olunur. Ona görə də ən məşhur mirosporidioloqlardan biri Spreq (1977) mikrosporidiləri XXI əsrin tədqiqat obyekti adlandırmışdır (Sprague, 1977).Məruzəçi “Bir çox transmissiv xəstəliklərin daşıyıcılarının (qansoran ağcaqanadlar) sayının artmasının qarşısının alınması və mikrosporidilərlə malyariya plazmodilərinin qarşılıqlı münasibəti zamanı məlum olmuşdur ki, mikrosporidilərlə yoluxmuş malyariya ağcaqanadlarında ikincilərin inkişafı dayanır, immun çatışmamazlığı olan xəstələrdə (HİV-ə yoluxmuş insanlarada) 13 növ mikrosporidi qeyd olunduğununun tibbi əhəmiyyətini bildirib.Zooloji əhəmiyyəti olaraq qeyd edib ki, bir çox onurğalı və onurğasız heyvanlarda xəstəlik törətməklə insanlar üçün qida məhsulunu yararsız edir, bioloji laboratoriyalarda bütün sistematik qruplarda parazitlik etməsi və genomunun ölçüsünün kiçik olması, parazit-sahib münasibətlərinin öyrənilməsində molekulyar biologiya, histologiya və sitologiya elmləri üçün çox maraqlı və geniş informasiya verə biləcək bioloji tədqiqat obyekti olduğunu və ekoloji və iqtisadi - biosenozun çirklənməsinin qarşısının alınması və kimyəvi preparatlardan imtinanı vurğulayıb.Gənc alim, həmçinin aparılan tədqiqatlar nəticəsində Azərbaycan ərazisində geniş yayılmış qansoran ağcaqanadlarda parazitlik edən mikrosporidi növləri aşkar və təsvir etmək, mikrosporidilərin təbii ocaqlıqlarını, qansoran ağcaqanad sürfələrinin mikrosporidilərlə fəsillər üzrə yoluxma dinamikasını müəyyənləşdirmək, mikrosporidilərin sahib orqanizmində yaratdığı dönməz patomorfoloji dəyişikliklər və onların təsvirinin vacibliyini qeyd edib.Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.