Xərçəng xəstəliklərinin müalicəsində polien antibiotiklərinin istifadə perspektivləri müzakirə olunub

Xərçəng xəstəliklərinin müalicəsində polien antibiotiklərinin istifadə perspektivləri müzakirə olunub Xərçəng xəstəliklərinin müalicəsində polien antibiotiklərinin istifadə perspektivləri müzakirə olunub Xərçəng xəstəliklərinin müalicəsində polien antibiotiklərinin istifadə perspektivləri müzakirə olunub Xərçəng xəstəliklərinin müalicəsində polien antibiotiklərinin istifadə perspektivləri müzakirə olunub Xərçəng xəstəliklərinin müalicəsində polien antibiotiklərinin istifadə perspektivləri müzakirə olunub Belarus Milli Elmlər Akademiyasının (BMEA) Fiziologiya İnstitutunun “Hüceyrə Texnologiyaları” laboratoriyasının rəhbəri, dosent Larisa Nikolayeviç və həmin institutun elmi işçisi İrina Rudenkova
AMEA Botanika İnstitutunda direktor, akademik Validə Əlizadə, İnstitutun Hüceyrə biofizikası laboratoriyasının elmi işçiləri, AMEA-nın müxbir üzvü Xəlil Qasımov, b.ü.e.d. Gülnarə Sultanova və b.ü.e.d. Arifə Bağırova ilə görüşüblər.


Görüş zamanı BMEA və AMEA Botanika İnstitutu arasında bağlanmış memorandum çərçivəsində müştərək həyata keçirilən “Metlevorinin təsiri altında klonogen şiş hüceyrələrinin apoptor mexanizminin in vitro öyrənilməsi” beynəlxalq layihəsi üzrə nəticələr və yeni əməkdaşlıq perspektivləri müzakirə olunub. Qonaqlara Botanika İnstitutun müasir elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri və əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verilib. İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olan qonaqlar təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar.

Səfər müddətində L.Nikolaeviçin Azərbaycan Tibb Universiteti, AMEA Botanika və Fiziologiya İnstitutlarının birgə təşkilatçılığı ilə ATU-nin Onkoloji klinikasında keçirilən elmi seminarda “Polien antibiotiklərinin in vitro şiş hüceyrələrinin klonal heterogenliyinə təsiri” mövzusunda məruzəsi dinlənilib. Mövzu alimlər tərəfindən maraqla qarşılanıb, geniş müzakirələrə səbəb olub.

Qonaqlar eyni zamanda AMEA Fiziologiya İnstitutuna da olublar. İnstitutun əməkdaşları ilə görüş zamanı xərçəng müalicəsinin tənziminin və effektliyinin nəzarətinin innovativ üsullarının eksperimental işlənməsi məsələləri müzakirə olunub. Hədəf alınmış dərmanların (metillevorin və amphotericin poleyen antibiotikləri) çatdırılmasında nanostruktur kompozisiyaların tədbiqinə dair birgə tədqiqat məsələləri nəzərdən keçirilib.

Aysel MƏDƏDLİ,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: