Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı növbəti elmi müzakirələr keçirilib

Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı növbəti elmi müzakirələr keçirilibNanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı növbəti elmi müzakirələr keçirilib Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı növbəti elmi müzakirələr keçirilib Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı növbəti elmi müzakirələr keçirilib 2018-ci il iyunun 6-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “Azərkosmos” ASC, Milli Aviasiya Akademiyası və Şamaxı Astrofizika Rəsədxanasının birgə layihəsi olan və Azərbaycanda ilk dəfə olaraq buraxılacaq nano­peyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı növbəti elmi müzakirələr keçirilib.


N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, müzakirələrdə Moskva Dövlət Universitetinin Fizika fakültəsinin “Kosmos fizikası” kafedrasının professoru, f-r.e.d., S.İ.Svertilov, D.V. Skobelçin adına Nüvə Fizikası Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, f.-r.e.n., V.İ. Osedlo, həmin ins­­titutun aparıcı elmi işçisi f.-r.e.n., Y.V. Popova, Milli Aviasiya Akademiyasının “Yeni tex­­nika və texnologiyanın işlənməsi” (YTTİ) şöbəsinin müdiri, f.-r.ü.f.d., A.Ə. Musayev və “Aviasiya mikroelektron vericiləri” şöbəsinin müdiri R.Ə. İbrahimov iştirak ediblər.

Əvvəlcə ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü N.S.Cəlilov qonaqları salam­­­­layıb, onlara rəsədxanada yerinə yetirilən elmi-tədqiqat işləri barədə ətraflı mə­lumat verib.

Sonra rəsədxananın elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dos. X.M.Mikayılov rəsəd­xanadakı teleskoplar və istifadə olunan müşahidə cihazları haqqında, ŞAR-ın “Ulduz atmosferləri və maqnetizm” şöbəsinin müdiri, f.-r.ü.f.d.,dos. C.N.Rüstə­mov nano­peyklərdə astrofiziki eksperimentlərin qoyulması haqqında məruzələrini təqdim ediblər.

Məruzələr maraqla dinlənilib, verilən suallar ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar ŞAR-ın 2 metrlik teleskopunda olublar.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: