AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib 2017-ci il fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.

İclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Teymur Kərimli gündəlikdə yer alan məsələlər haqqında məlumat verib.

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, tədbirdə elmi-təşkilati məsələlərdən ilk olaraq Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin strukturunda dəyişiklik edilməsi müzakirəyə çıxarılıb. Qeyd olunub ki, muzeydə aparılan elmi tədqiqat işlərinin və Azərbaycan ədəbiyyatı tarixinin təbliği, xarici ölkələrlə elmi əməkdaşlığın qurulması və genişləndirilməsi, elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, elmi kadrların inkişaf potensialının sürətləndirilməsi istiqamətlərində həyata keçirilən islahatlar muzeyin strukturunda bəzi dəyişiklikləri zəruri edib.

Bölmə qeyd olunanları
nəzərə alaraq, İctimaiyyətlə əlaqələr və mətbuat, Beynəlxalq əlaqələr və dünya muzeyləri, Təhsil şöbələrinin yaradılması və bəzi şöbələrin adlarında dəyişiklik edilməsi haqqında AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.

Gündəlikdə yer alan növbəti məsələlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Elm-təhsil inteqrasiyası" fundamental və tətbiqi xarakterli elmi tədqiqat layihələri müsabiqəsinə təqdim etmək məqsədilə hazırlanmış Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün ""Salam, Azərbaycan" adlı tədris vəsaitlərinin, elektron və interaktiv dərsliklərin hazırlanması""Şah İsmayılın portretlərinin identifikasiyası və tədqiqi" layihələri haqqında olub. Bildirilib ki, layihələrin rəhbərləri Dilçilik İnstitutunun Sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Mayıl ƏsgərovMemarlıq və İncəsənət İnstitutunun Kulturologiya şöbəsinin elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elşad Əliyevdir.

Bölmə layihələrin əhəmiyyətini nəzərə alaraq sənədlərin müsabiqəyə təqdim olunmasını məqsədəuyğun hesab edib.

İclasda Dilçilik İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsi, həmçinin institutun
qiyabi doktoranturasının sonuncu ilində təhsil alan iki nəfərə təhsillərində möhlət verilməsi haqqında
qərarlar qəbul olunub.

Tədbirdə bir sıra kadr məsələlərinə də baxılıb.
Büronun qərarı ilə Memarlıq və İncəsənət İnstitutunda AMEA-nın müxbir üzvü Zemfira Səfərova Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rəna Məmmədova İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Rəna Abdullayeva Kulturologiya şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru Sabir Orucov Şəhərsalma şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyeva Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov Teatr, kino və televiziya şöbəsinin müdiri, Dilçilik İnstitutunda filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aygül Hacıyeva Türk dilləri şöbəsinin müdiri, həmçinin filologiya üzrə fəlsəfə doktoru Təhminə İsmayılova Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi vəzifəsinə təsdiq olunublar.

İclasda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi" ilə bağlı Sərəncamının icrasına dair müzakirələr aparılıb və müvafiq qərar qəbul edilib.

Sonda digər cari məsələlər müzakirə olunub.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: