Təhsil şöbəsi Nizami Layihəsinin Məlumat Günündə Elm » Humanitar elmlər 12 Nisan 2019-cu il aprelin 12-də Hyatt Regency Baku Hoteldə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Nizami Layihəsinin Məlumat Günü keçirilib.Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri Dr. Samir Səttarov və əməkdaşı Turanə Cabbarzadə də iştirak ediblər.Tədbir zamanı iştirakçılara Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi, təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi, ölkəmizdə doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması və ixtisas təsnifatının Avropa təsnifatına uyğunlaşdırılması sahəsində görüləcək işlər barəsində tədbir iştirakçılarına məlumat verildi. Tədbirin sonunda tərəfdaş ali təhsil müəssisələrində Nizami layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər barəsində danışılıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.