Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə Azərbaycanın deyil, regionun həyatında son dərəcə böyük əhəmiyyətə malikdir

Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə Azərbaycanın deyil, regionun həyatında son dərəcə böyük əhəmiyyətə malikdirBakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə Azərbaycanın deyil, ümumilikdə regionun həyatında son dərəcə böyük əhəmiyyətə malikdir. Əlbəttə, ölkəmizin bu layihədən əldə etdiyi dividendlər çoxdur. Maliyyə dividendləri kifayət qədər böyükdür və bu, hər birimizi sevindirir. Ancaq ən çox sevindirici məqam ölkəmizin, şəxsən Prezident İlham Əliyevin maneələrə baxmayaraq bu nəhəng ideyanı gerçəkləşdirmək əzmidir.

Bu fikirləri Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Milli Məclisin deputatı
bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi Azərbaycanın və bütövlükdə regionun həyatında necə böyük hadisədirsə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı da eyni dərəcədə əhəmiyyətli hadisədir. Ümummilli lider Heydər Əliyev 22 il öncə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ideyasını reallığa çevirməklə çar Rusiyasının, sonra isə Sovet İttifaqının mövcudluğu ilə formalaşmış siyasi-iqtisadi stereotipləri sıradan çıxarmış, Azərbaycanın timsalında bölgənin dünyaya açılan pəncərə statusunu formalaşdırmışdı. Bu status regionun beynəlxalq aləmdəki rolunu vurğulayan tarixi ənənələrin bərpası idi.

Deputat bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti də tarixi böyük İpək Yolunun mühüm tərkib hissəsidir. Buna görə qətiyyətlə demək olar ki, Azərbaycan yenə tarixi ənənələrin bərpasına öz töhfəsini verməkdədir. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini gerçəkləşdirməklə mürəkkəb geosiyasi oyunların getdiyi hazırkı dövrdə dünya düzəninə yeni siyasi-iqtisadi şərtləri təqdim edir. Bu təqdimat Azərbaycanın, ümumilikdə Cənubi Qafqaz da daxil olmaqla Xəzər və Orta Asiya coğrafiyasının sülh və sabitlik təminatıdır.


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: