Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950) Gürcüstan » Başkeçid 13 Mayıs Musa Əlləz oğlu Musayev - 25 iyun 1950-ci ildə qədim Başkeçiddə, indiki Gürcüstan Respublikasının Dmanisi rayonundakı Şahmarlı kəndində anadan olub. O, Şahmarlı ibtidai (1957) Qəmərli səkkizillik məktəbini (1964), Azərbaycan Respublikasının Qazax şəhərində kənd təsərrüfatı texnikumunun baytarlıq fakültəsini (1968), Leninqrad Hərbi Tibb Akademiyasının müalicə-profilaktika fakültəsini (1972-1978) bitirib.Xəzər Hərbi Dəniz Donanmasında Suüstü Gəmilər diviziyasında divizion həkimi (1978-1983), Xəzər donanmasında desant gəmilər briqadasında flaqman həkimi (1983-1885), sonra cərrah-həkim (1985-1990), Xəzər donanmasının Hərbi dəniz xəstəxanasında baş həkim (1990-1992) vəzifələrində şərəflə xidmət edib. O, 1992-ci ildən Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri tibb xidməti rəisi vəzifəsində xidmətini davam etdirib. 1994 və 1995-ci illərdə iki dəfə ali səhiyyə təşkilatçısı fəxri adına layiq görülüb. Xidmətlərinə görə bir neçə medal və Fəxri Fərmanla təltif olunubdur. ZiM.Az(Bax: Müşfiq Borçalı. BORÇALI ULDUZLARI. “Borçalı Ensiklopediyası”. 8 cilddə. 3-cü cild. Bakı, 2001, səh.135-136.Müşfiq Borçalı. Sazlı-sözlü Başkeçid. Bakı, 2015, 3 cilddə. 2-cü cild. səh. 117.). Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.