Tbilisi Təhsil Universitetinin xarici əlaqələr üzrə meneceri Gürcüstan Azərbaycanlıları Konqresində olub

Tbilisi Təhsil Universitetinin xarici əlaqələr üzrə meneceri Gürcüstan Azərbaycanlıları Konqresində olub Bu gün - 2018-ci il aprelin 18-də Tbilisi Təhsil Universitetinin xarici əlaqələr üzrə meneceri Vepxo Qurqenişvili Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) ofisində olub və Gürcüstan Azərbaycanlıları Konqresinin sədri
Hüseyn Yusubovla gorüşüb.


GAK-dan ZiM.Az-a bildiriblər ki, dostluq və işgüzar şəraitdə keçən görüşdə Marneuli ziyalılarından olan Aleksandır Qurqenişvili də iştirak edib.

Vepxo Qurqeniçvili bildirib ki, Tbilisi Təhsil Universiteti dövlət universitetidir. Tbilisi Təhsil Universitetində hüquq, biznes, turizm, humanitar elmlər, sosial elmlər, aqromühəndislik fakültələri mövcuddur. Ünversitetdə təhsil almaq istəyən azərbaycanılar, eləcə də Azərbaycan vətəndaşı olan abituriyentleri bizə müraciət edə bilərlər. Nəzərinizə çatırım ki, Azərbaycan vətəndaşlarının təhsil alması üçün Universitetdə bütün şərait yaradılmışdır.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov vurğulayıb ki, Azərbaycanlı tələbələr Gürcüstanda və gürcülərin Azərbaycanda ali təhsil alması xalqlar dostluğunu daha da inkişaf etdirən faktlardır. Maraqlananlar universitetin veb səhifəsindən (tu.edu.ge) daha ətraflı məlumat ala bilərlər.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: