GÜRCÜSTANDAKI MƏKTƏBLİ SOYDAŞLARIMIZA YARDIM ETMƏYƏ QADAĞA QOYUBLAR... GÖRƏSƏN, KİMLƏR və NİYƏ ?!.. Borçalı, Darvaz, Müşfiq Borçalı 13 Kasım SUALLAR ÇOX, CAVABLAR İSƏ HƏLƏ Kİ, YOXDUR!...Dəyərli soydaşlarımız, çox hörmətli izləyicilərimiz!..Mən Sizlərin hər birinizi səmimi qəlbdən salamlayıram və bildirmək istəyirəm ki, bu günlərdə şahidi və iştirakçısı olduğum inanılmaz hadisəni yazmağa və ictimailəşdirməyimə səbəb mənim əziz və dəyərli böyük qardaşım Huseyn Yusubovun Facebookda yazdığı bir rəy oldu... Mən bir daha Hüseyn müəllimə təşəkkür edir, "Var ol!.. Min yaşa!.." deyirəm və xüsusi olaraq vurğulamaq istəyirəm ki, "bizlər vətənə, millətə, elə-obaya xidmət etməyi özümə müqəddəs bir borc bilməyi, məhz siz böyüklərdən öyrənirik..."...Amma maləsəf, türklər demiş, nə yazıqlar ki, bu dünya naxələflərdən, nanəciblərdən və nankorlardan da xali deyil!.. Necə ki, neçə il öncə AzTv-də çalışdığım illərdə tez-tez Borçalıya səfərlər edərək, oradan ayrıca, xüsusi və silsilə verilişlər təşkil etdiyim zaman, gözləri kor olurb, ürəkləri parlayanlar, eyniylə də elə indi - mənim məktəblərə və məktəblilərə etdiyim yardımı, qayğını gözü götürməyən paxıllar və qəlbikorlar, ananim şikayət məktubları yazırlar ki, bəs biz niyə məktəblilərə yardım edirik?!.. Marağımız və məqsədimiz nədir?!.. Məktəblərə kənar şəxslərin - yəni - vaxtilə həmin məktəbin məzunu olmuş mən Müşfiq Borçalının və mənim atam - vaxtilə həmin məktəbin məzunu olmuş və 20 ildən çox həmin məktəbdə müəllim işləmiş, şərəflə pedaqoji fəaliyyət götərmiş - Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun girişinə yasaq qoyulsun... və s... və i... Bunu mənə başqası desəydi, düzü heç zaman inanmazdım... (Sözsüz ki, elə mənim kimi, sizin də, eləcə də başqalarının da buna inanmamağa da haqqları var... Amma...)Amma öz gözlərimlə şahidi olduğumdan inanmağa və yazıb sizin kimi dəyərli dostları da məsələdən halı etməəyə, məlumatlandırmağa məcburam. Təvazökarlıqdan uzaq olsa da deyim, hamının məlumatı olsun ki, biz Darvaz kənd məktəbinə məktəblilər üçün yardım aparmağı artıq son illərdə gözəl bir ənənəyə çevirmişik... Amma az qaldı ki, bizim bu gözəl ənənəmizə Oktyabrın 15-də son qoyalar. Belə ki, biz növbəti dəfə Darvaz kənd ictimai məktəbinə hədiyyə aparanda əvvəlcə məktəbin direktor müavini Raqif Əhmədov, sonra isə məktəbin direktoru Müseyib Qənbərov bizə bildirdidə ki, Bolnisi rayon Təhsil Resurs mərkəzi tədbirimizin keçirilməsinə icazə vermir, deyirlər ki, məktəblilərə heç nə hədiyyə etmək olmaz!.. "Maat-məəttəl" qaldım, necə deyərlər "ŞOOK"a düşdüm... Düzü, ötən ilin oktyabrında və bu ilin may ayında Darvaz kənd ictimai məktəbində olduqda və məktəblilərə hədiyyə payladıqda heç bir problem, narazılıq-filan olmamışdı... Əksinə, məktəbin rəhbərliyi də, müəllimləri də, şagirdləri də çox razılıq etmişdilər...Bu dəfə isə... nə baş verdiyini anlaya bilmədim... Mən Bakıdan apardığım hədiyyələri geri gətirəsi deyildim ki... Məcbur olub öz şəxsi dost-tanışlarımızla əlaqə saxlamağa, məsələni aydınlaşdırmağa qərar verdik...Əvvəlcə Azərbaycanın Gürcüstandakı səfirliyinə zəng etdik. Həmişəki kimi, telefona cavab verən olmadı... Qeyd edim ki, keçirəcəyimiz tədbirimz haqqında səfirliyimizin əvvəlcədən xəbəri var idi. Hələ iki gün əvvəl səfirliyin 1-ci katibi Fəxri Hacıyevə şəxsən məlumat vermişdim. Onu da vurğulayım ki, səfirliyimizdən mənim bu narazılığım ilk narazılığım deyil. Artıq bir neçə dəfə Tiflisdəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən tədbirlərdə də nəinki səfirimizin özünün, hətta səfirliyimizin heç bir nümayəndəsinin iştirak etməməsinə qarşı öz narazılığımı açıq şəkildə bildirmişəm. Ola bilər ki, bəzi "dostlar" mənim səfirliklə bağlı narazılığımın haradan qaynaqlandığı yoza bilərlər. Ona görə də açıq yazacağam. Bəli, ötən ilin yayında biz Tiflisdəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində daha bir tədbir keçirməyi planlaşdırmışdıq. Hətta iki ay əvvəl Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, çox hörmətli Leyla xanım Əliyeva ilə birlikdə şəxsən cənab səfirimiz hörmətli Dursun Həsənovla ətraflı söhbət edib, tədbirimizin məğzi haqqında ona geniş məlumat vermiş və tədbiri 2017-ci il avqustun 22-də keçirməyi planlaşdırmışdıq. Cənab səfir hətta elə bizim yanımızdaca, bizim tədbirin yüksək səviyyədə keçirilməsinə kömək etməsi üçün I katib Fəxri Hacıyevə xüsusi tapşırıq da verdi. Avqustun 18-də Leyla xanımla birlikdə yenə Dursun müəllimlə danışdıq, bir daha tədbirin vaxtını dəqiqləşdirdik. Avqustun 20-də gecə təxminən saat 12-də Leyla xanım mənə zəng edərək böyük üzürxahlıqla tədbirin təxirə salınmasını xahiş etdi. Belə olan təqdirdə mən tədbirimizin Marneuli şəhərində keçirəcəyimizi bildirdim. Səhərisi gün Dursun müəllimlə telefon əlaqəsi saxladım, o, yolda olduğunu, Bakıdan gəldiyini bildirdi, narahat olma, - dedi, nəsə anlaşmazlıq olduğunu söylədi və ayın 22-də mütləq tədbirimizə qatılacağını bildirdi. Ayın 22-də səhər əlaqə saxladım, o, təcili olaraq Batumidə keçirilən tədbirə getdiyini, bizim tədbirə isə I katib Fəxri Hacıyevin qatılacağını bildirdi. Tədbirin başlanmasına 5-10 dəqiqə qalmış Fəxri müəllimlə əlaqə saxladım. O, mənə üzürxahlıq etdi və bildirdi ki, təəssüf ki, tədbirinizə qatıla bilməyəcəyəm, cənab səfir mənə başqa bir iş tapşırıb. (Onu da qeyd edim ki, Fəxri Hacıyev mənim qohumumdur). Bir az sonra Muzeyin direktoru Leyla xanım gəldi və tədbirimiz başladı. Olduqca yüksək səviyyədə keçən tədbirdə Gürcüstan Parlamentinin deputatarından - Ruslan Hacıyev, Mahir Dərziyev və Azər Süleymanov, Marneuli rayon icra hakimiyyətinin başçısı v.i.e. Zaur Tabatadze, Marneli rayon bələdiyyəsinin rəhbəri Nəbi Abdullayev, Dmanisi rayon icra hakimiyyəti başçısının müavini Arif Süleymanov, “Gürcü Arzusu” Partiyasının Marneuli təşkilatının rəhbəri Amiran Giorqadze, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin müşaviri Ayaz Məmmədov və b. vəzifəli şəxslər, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Bu barədə mətbuatda ətraflı məlumat verilib. Tədbirdən sonra mənə bildirdilər ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Elçin Şirinov də tədbirdə iştirak edib.2017-ci il avqustun 25-də Marneulidə Gürcüstan Azərbaycanlıları Konqresində GAK-ın sədri çox hörmətli Hüseyn Yusubovun və Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri çox hörmətli Fazil Həsənovun təşkilatçılığı ilə daha bir möhtəşəm tədbirdə iştirak etdik. Bu barədə də mətbuatda ətraflı məlumat verilib. Tədbirdən öncə mənim də şahidliyimlə Hüseyn müəllim səfirliyə zəng etdi. Məmnuniyyətlə gələcəklərini bildirsələr də, tədbirə səfirlikdən gələn olmadı...Nəzərə alın ki, ötən il oktyabrın 2-də Darvaz kənd məktəbində keçirdiyimiz tədbirə də yenə səfirliyi dəvət etdik. Fəxri Hacıyev əslən bizim Darvaz kəndindən olduğundan sevincək halda təşəbbüsümüzü alqışladı və bildirdi ki, nə gözəl, elə cənab səfiri də dəvət edərik, həm gəlib tədbirdə iştirak edər, həm də sonra kənd camaatı ilə bir görüş də təşkil edərik. Biz tədbiri yüksək səviyyədə keçirdik. Bu barədə də mətbuatda geniş məlumat verildi. Amma səfirlikdən yenə də heç kim gəlmədi... Düzü mən bunu əvvəlcə - ilk anda mənə qarşı şəxsi qərəzin olduğunu düşünsəm də, sonra sadəcə həqiqətən də həmin günlərdə onların daha vacib dövlət əhəmiyyətli işləri olduğu kimi qəbul etdim...Ancaq təxminən bir ay yarım sonra Tiflisdə yaşayan dəyərli ziyalımız, tanınmış şair-tərcüməçi, "Meydan" jurnalının baş redaktoru Əlixan Binnətoğlunun dəfn mərasimində səfirlikdən heç kəsin iştirak etmədiyini görəndə dəhşətə gəldim. Axı, etiraf etməliyik ki, Əlixan müəllim sıradan bir ziyalı deyildi. O, Gürcüstanda yaşayan yaşlı ziyalı nəslimizin 5-10 nəfərindən biri idi. Uzun müddət A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində çalışan 5-10 nəfər müəllimdən biri idi... Bir müddət sonra Tiflisdəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən Borçalının tanınmış xeyriyyəçi-mesenant oğlu, öz şəxsi vəsaiti hesabına Kəpənəkçi kəndində möhtəşəm bir məscid inşa etdirmiş Məlikqasımlı Xıdır Məhəmməd oğlunun xatirəsinə həsr olunmuş tədbirdə də səfirliyimizdən heç kim yox idi. Səbəbini Leyla xanımdan soruşduqda o: - "Səfirliyi dəvət etmişik, məlumatları var idi, görünür daha vacib işləri var", - söylədi.Daha sonralar Tiflisdəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən daha bir neçə tədbirdə də eynilə səfirliyimizdən heç kimi görmədim... Bu başqa bir mövzudur. Bu barədə ayrıca daha geniş yazacağam. İndi isə qayıdaq yenə öz mövzumuza...Sonra Gürcüstan Parlamentinin deputatı, daha dəqiq desək, Gürcüstanın hazırki hakim Partiyasının Parlamentdəki üzvü, nümayəndəsi - dəyərli dostum-qardaşım Ruslan Haciyevə zəng etdim. Çox sğ olsun, Ruslam müəllim, çox hörmətlə məni dinlədi, lakin bir az vaxt istədi, qeyd etdi ki, "rəhbərlik indi yerində yoxdur, hamının da başı seçkilərə qarışıb, mən xahiş edərəm, sonra icazə verərlər..." Biz bir xeyli gözləməyə məcbur olduq... Bir qədər sonra AzTv-nin Gürcüstan təmsilçisi Şahismayıl Şəmmədoğlu Gürcüstanın Kvemo Kartli quberniyasının qubernator müavini Zaur Dargalliya zəng etdi. Zaur müəllim də Bolnisinin rəhbərliyi ilə danışandan sonra bildirdi ki, "neynəmək olar, rayon rəhbərliyi icazə vermir, olmaz, kənar şəxslərin məktəblilərə hədiyyə paylamağı yasaqdır." Sonra Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri, "Ümid" qəzetinin baş redaktoru, "Şərəf" ordenli Əlixan Yəhyaoğlu gəldi. Daha sonra ARB TV-nin Gürcüstan təmsilçisi Azər Məmmədov, daha sonra Azərbaycan İTv-nin əməkdaşları və b...Məktəbin rəhbərliyi məcbur olub Gürcüstan Təhsil nazirliyinin rəsmi elektron ünvanına rəsmi olaraq tədbirimizin keçirilməsi üçün icazə məktubu yazdı, cavab verdilər ki, "Olmaz!.. Olmaz!.. Vəssalam!.." Bolnisi rayon Bələdiyyəsinin sədr müavini, dəyərli soydaşımız İmran Qasımova zəng etdim, ona ətraflı məlumat verdim. Çox sağ olsun, o elə həmən bizim məktəblilərə yardım etməyimizi alqışladı, amalımızı bəyəndiyini bildirdi və dedi ki, bəs niyə əvvəlcədən demirdiniz, özümüz də gəlib tədbirdə yaxından iştirak edərdik. Dedim ki, düzü keçən dəfələrdə heç bir problem olmamışdı, həm də ki, məktəblilərə etdiyimiz bu kiçik yardımı elə də böyük bir iş hesab etmirəm. İmran müəllim əlavə etdi ki, "darıxma, bu dəqiqə rəhbərliklə danışaram, yerli hakimiyyətin nümayəndələri də gəlib tədbirinizdə iştirak edərlər..." Aradan 5-10 dəqiqə keçəməmişdi ki, yerli hakimiyyətin nümayəndəsi, rayon bələdiyyəsinin üzvü Şirəddin müəllim (Aslanov) gəldi, o da İmran müəllim kimi eyni sözləri təkrar etdi ki, gərək əvvəlcədən bizə deyərdiniz, indi də belə bir problem yaşanmazdı... Əlavə etdi ki, "İmran müəllim zəng edib tapşırdı ki, Bolnisi rayon icra hakimiyyəti başçısının Darvaz kənd üzrə nümayəndəsi Vəzir müəllimlə birlikdə gəlim sizin tədbirinizdə iştirak edim. Vəzir müəllim rayon mərkəzində iclas olduğu üçün ora gedib, elə mən də iclasa getməli idim, İmran müəllim bura gəlməyimi məsləhət bildi deyə, mən Bolnisi şəhərinə iclasa yox, məhz bura gələsi oldum..." Çox sağ olsun, Şirəddin müəllim də bir neçə dəfə rayon rəhbərliyinə, xüsusi orqanlara, aidiyyatı təşkilatlar zəng vurdu, xahiş etdi və onları əmin etdi ki, "Bakıdan gələnlər heç də təhlükəli insanlar deyillər və məktəblilərə də zərərli heç nə paylamayacaqlar." Nəhayət ki, rayon rəhbərliyindən razılıq aldıqdan sonra tədbirimiz baş tutdu və tədbirimizi giriş sözü ilə Şirəddin müəllim özü açıq elan etdi...Sonra Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri, "Ümid" qəzetinin baş redaktoru, "Şərəf" ordenli Əlixan Yəhyaoğlu, məktəbin direktor müavini Raqif Əhmədov, daha sonra məktəbin müəllimləri və şagirdləri çıxış etdilər... Hamısı da bizim təşəbbüsümüzü və yardımımızı bəyəndiklərini vurğuladılar və bizə öz minnətdarlıqlarını bildirdilər.Sonda professor Mədəd Çobanov müəllimlərə və şagirdlərə uğurlar arzuladı...Bir sözlə, tədbirimiz çox maraqlı bir görüşə çevrildi... Məncə, həm də şagirdlərin yaddaşlarına əbədi olaraq yazılan bir görüşə!.. Və biz böyük çətinlikdən sonra məktəblilərə apardığımız hədiyyələrimizi paylaya bildik... P.S.: Bir daha bizim məktəblilərə yardım addımımızı bəyənən və bizə dəstək olan hər kəsə təşəkkür edir və öz dərin minnətdarlığımızı bildirirəm...Düşünürəm, görəsən, növbəti dəfə necə olacaq??!Yenə bizi məktəbə buraxmamaları haqqında göstəriş verəcəklərmi?! Və o göstərişi görəsən KİM və ya KİMLƏR və NİYƏ və ya NECƏ verir ki, Respublika Parlamenti üzvünün - deputatın, eləcə də Qubernator müavinin belə sözünü, xahişini adi rayon təhsil resurs mərkəzinin rəhbərliyi nəzərə almır... ?! - Məncə... Düşünməyə dəyər!..Yoxsa, bu qadağa Bolnisi Təhsil Resurs mərkəzi və ya naməlum qüvvələr tərəfindən Prezident seçkiləri ərəfəsində mövcud iqtidara qarşı yönəlmiş TƏXRİBAT deyil ki?!..Düşünürəm ki, sabah sıradan bir nəfər də məktəblilərə yardım etmək istəsə, bəs onları necə qarşılayarlar?!..Onlar da kimlərəsə zəng vurub xahişmi etməlidirlər?!..Yaxşı bəs sabahımız olan bu zavallı bu günkü şagirdlərə kimlər kömək, yardım etməlidirlər?!SUALLAR ÇOX, CAVABLAR İSƏ HƏLƏ Kİ, YOXDUR!...Dr. Müşfiq BORÇALI,ZiM.Az-ın və "Ziya" qəzetinin Baş redaktoru,Darvaz kənd məktəbinin 1986-cı il məzunu.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.