ELMURAZ KÖÇƏRİ: Çəkilib göylərə yuxum bu gecə... TDPİ-nin Azərbaycan bölməsi, Poeziya, Başkeçid, Müşfiq Borçalı 27 Ekim ELMURAZ KÖÇƏRİ(1973)Elmuraz Köçəri (Elmuraz Hüseyn oğlu İbrahimov) - 1973-cü ildə qədim Başkeçiddə - indiki Gürcüstan Respublikasının Dmanisi rayonunun Qamışlı kəndində anadan olub. 8 illik təhsilini doğma kəndində, orta təhsilini isə qonşu Muğanlı kəndindəki orta məktəbdə alıb. S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin Tarix və Hüquqşünaslıq fakültəsinin qiyabi şöbəsini bitirib. Hazırda doğulduğu kənddə yaşayıb-yaradır və həmin kənddəki məktəbdə müəllim işləyir. Evlidir, 2 övlad atasıdır. Bədii yaradıcılığa hələ məktəbdə oxuduğu vaxtlardan başlayıb. Şeirləri Azərbaycandа və Gürcüstanda çap olunan müxtəlif mətbuat orqanlarında, xüsusilə də, “Azərbaycan-Press”, “525-ci qəzet”, “Borçalı”, “Zəngəzur”, “Şərqin səsi”, “Zaman”, “Ziya”, “Region-Пресс” qəzetlərində, “Xəzər-Xəbər” jurnalında və еləcə də və “Xudafərin” almanaxında dərc olunub. AAB-nın, AJB-nin və “GAZB”-nin üzvüdür. “Borçalı” qəzetinin Gürcüstan üzrə xüsusi müxbiridir. “Qafqaz Press” qəzetinin baş redaktor müavinidir. “Qızıl Saz” mükafatı laureatıdır. Elmuraz Köçəri iki kitab müəllifidir. İlk şeirlər kitabı “Quşlar köçə hazırlaşır” 2002-ci ildə Bakıda “Adiloğlu” nəşriyyatı tərəfindən çap olunaraq oxucuların ixtiyarına vetrilib.Kitaba Azadə-Taleh Abbasqızı «Ön söz» yazmışdır. O, ön sözdə qeyd etmişdir ki, Poeziya aləminə utana-utana, Vətən sevgisi ilə alışa-alışa bir şair gəlir. Ruhu, yaşantısı, qidası Vətən torpağı olan bu şair. Yurdu tarix-tarix parçalanmış, el-el yaralanmış, dağları qara buludlardan hələ də xilas olmamış bir yerin Vətən övladı qələmə sarılıb dərdlərini, məhəbbətini misra-misra yaşayaraq biz oxuculara çatdırmaq istəyir...Azadə xanım daha sonra yazır:“İndiki kimi yadımdadır. İki il bundan öncə “Borçalı” redaksiyasının qapısını sıxıla-sıxıla bir gənc açdı. Adətim üzrə heç nə soruşmadan şeirlərinə göz gəzdirdim. O zaman utanan gəncin misralarında bir təmizlik, bir ülvilik duydum. Mən bir şairə kimi təbii ki, ona qol-qanad vermək üçün nəinki “Borçalı”, hətta digər nəşrlərdə də şeirlərini verməyi ona tövsiyyə etdim. Bundan əlavə onun qələmini itiləmək üçün xeyli mövzularda yazılar tapşırdım, bunun nəticəsində Elmuraz Köçəri artıq jurnalist kimi qəzetimizlə əməkdaşlıq etməyə başladı. Günü-gündən püxtələşən, el-oba hörmətini qazanan bu istedada mənəvi və maddi böhran çağlarında mütləq köməklik və qayğı göstərmək lazım idi. Mənim və GAZB-nin sədri, S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin Marneuli filialının direktoru, dosent Novruz Bayramovun təşəbbüsü və mənəvi köməyi nəticəsində şair artıq həmin təhsil ocağında tələbədir... İnanırıq ki, “Quşlar köçə hazırlaşır” adlı kitab oxucularla ilk görüşə gəlsə belə sonuncu olmayacaq və E.Köçərinin ilham bulağının gözü heç vaxt tutulmayacaq...”Bəli, şairin oxucularla ilk görüşü çox uğurlu oldu. Günlər, aylar, illər ötüb keçdikcə, Elmurazın ilham bulağının gözü daha da genişləndi... Yeni-yeni əsərləri ilə bizləri sevindirdi...Elmuraz Koçərinin yaradıcılığında Vətən, Yurd, el-oba sevgisi xüsusilə diqqəti cəl edir. Şair «Başkeçid» adlı şeirində yazır:Qəriblik bağrımı didib tökəndəYel olub üstündən keçəm Başkeçid!Yadıma dağların seli düşəndə,Suyunu sulardan seçəm Başkeçid!Birgünlük qonağı olam Qırdağın,Laləli, nərgizli, güllü yaylağın.Gəlimli, gedimli o GöybulağınSuyundan bir qurtum içəm, Başkeçid!...Beşiyim Sarp dərə, evim Əyri-qar,Torpağın olmasam, qəbrim od tutar.Ana qucağından ayrı kim yatar?Qoynunda dünyadan köçəm, Başkeçid!Köçəri dərdliyəm, dərin yaralı,Çiçəkli budağam kökdən aralı,Aranda durarmı dağın maralı,Sənsiz nə karəyəm, heçəm, Başkeçid!Başkeçidin adını eşidib, üzünü görməyən və yerini zox laqeyidc?sinə soruşan “əcnəbi”yə Elmuraz görün necə də gözəl cavab verir:Dayan deyim Başkeçidin yerini,Ürəyimin başındadı Başkeçid.Biləyimdə vuran şah damarımdı,Gözlərimin yaşındadı Başkeçid.Yaman gündə Borçalının şiridi,Ərlər yurdu, kişilərin yeridi.Əl qabarı, alınların təridi,Bəbəklərin qaşındadı Başkeçid.Yoldaşımdı, kürəyimin sağında,Ləzzətimdi xörəyimin yağında,Yaylaqların südündə, qaymağında,Xəngəlində, aşındadı Başkeçid.A qibləsiz, sualına bax, bir düşün!Qayasıdı zirvələrdə boz döşün,Şahididi keşməkeşli keçmişin,Məzarının daşındadı Başkeçid.Öldüm-desən dağlarında çiçək dər,Mehlərindən ətir al, yara göndər,Şehlərində soyun çim səhər-səhər,Arzuların kaşındadı Başkeçid.Ay kitabsız, soy kökünü yada sal,Çaşma belə, dil sazını yavaş çal,Söz istəsən Köçəridən ilham al,Könüllərin xoşundadı Başkeçid.Elmurazın doğma kəndinə həsr etdiyi «Qamışlı» adlı şeirində isə oxuyuruq:Heç kim pis deməsin mənim kəndimə,Şəfəqdi, işıqdı, nurdu Qamışlı.Bir qızı Həcərdi, bir oğlu Nəbi,Ərlər bulağıdı, gurdu Qamışlı.Havası “Dübeyti”, suyu “Dilqəmi”.Daşlardan süzülür “Yanıq Kərəmi”.Tarın mizrabıdı, kamanın simi,“Zabuldu”, “Segahdı”, “Şurdu” Qamışlı.Babamdan qalıbdı bu cənnət yeri,Tarixi tapmaca bağlıdı sirri.Çöllərin ayısı, pələngi, şiri,Dağların yalquzaq qurdu Qamışlı.Örpək də bizdədi, papaq da bizdə,Kölgə də bizdədi, bulaq da bizdə.Yolçu da bizdədi, qonaq da bizdə,Lavaşdı, pendirdi, şordu, Qamışlı.Köçəri, məzarım bu yurda qismət,Bu yurddan yaranıb bizdə bu qeyrət.Yalana nifrətdi, doğruya hörmət,Hərbəyə zorbadı, zordu Qamışlı.Elmuraz Köçəri şair olmaqla bərabər, həm də saz aşiqidir və bu təbiidir. Axı, Borçalı mahalını sazsız-sözsüz təsəvvür olunmazdır....Ağızdan çıxan sözün,Yozuruq hər birini.Ürəklərin sirriniYozammırıq hayıf ki,-deyən şair bir daha sübut edir ki, o, hissiyyatın bolluğu qarşısında hələ də acizdir. Lakin bərəkətli Borçalı torpağı bu kəm-kəsiri aradan qaldırır. Belə ki, Başkeçid rayonunun Qamışlı kəndinin шair oğlu:-Daş gəzir mamır toxumu,Qarışqa tumlayır tumu,Toyuqlar dənləyir qumu,Quşlar köçə hazırlaşır-deyərək quşalаrın timsalında bütün eloğullarını geriyə - Vətənə səsləyir və quşlar köçündən fərqli olaraq el köçünün qəti əleyhinədir. Bu onun vətəndaşlıq və qeyrət düsturudur.Göründüyü kimi, doğma Vətənini - Başkeçidini, doğulduğu Qamışlı kəndini heç bir sərvətə dəyişməyən Elmuraz Köçəri istər “Quşalar köçə hazırlaşır” (2002), istərsə də elə bu günlərdə Tbilisidə nəfis şəkildə işıqüzü görmüş “Mənsiz ötən günlərim” adlı (2015) şeirlər kitabında bütöv Vətən-Yurd, El-oba sevgisini böyük bir çılğınlıqla bəyan edir. Və həm də sevindirici haldır ki, onun şeirləri sadəcə pafoslu kəlamlar deyil, adi Borçalı sakininin könül çırpıntılarıdır.Elmuraz Köçərinin yaradıcılığına nəzər saldiqda, o da aydınca gürsənir ki, şair, folklora bağlılığı ilə, eyni zamanda mğasir novator şairlərin şeirlərindən məharətlə bəhrələnərək, üzğ də yeri gəldikcə mğasir janrlardan istifadə etmək qabiliyyəti ilə də artıq oxucuları özünə cəlb etmişdir. Hətta, deyərdik ki, onun şeirlərindən bəziləri artıq Borçalıda dillər əzbərinə çevrilib. Onun sevimli Xalq şairimiz Zəlimxan Yaqubun “Çin qızı, çin gözəli” şeirinə yazdığı “Borçalının qızından da de hərdən” adlı nəzirəsinə diqqət yetirdikdə, açıq-aydın hiss olunur ki, ədəbiyyatımıza gənc, özünəməxsus üslubu olan bir şair gəlməkdədir.Və yaxud, “Arxalı köpək qurd basar” atalar sözünü epiqraf seçən şairin “Olsa da” sərlövhəli şeirinə diqqət edək. Görün şair necədə gözəl və həm də çox haqqlı olaraq deyir:Nə qədər arxalı olsa da köpək,Şir ona baş əyməz tənha olsa da.Şir özü ovlayır, köpək əl güdür,Yediyi özündən baha olsa da.Köpəkdi-əsirdi, damdı, ya saray,Gülməyi hürməkdi, hürməyi haray.Şirə də bir çölü Tanrı verib pay,Yatdığı nəmlənmiş kaha olsa da.Göründüyü kimi, o, cəsarətlə müxtəlif şeir formalarından bəhrələnərək müasir həyata cavab verən poetik nümunələr yaradır və deyim səmimiliyi ilə oxucuları inandırır ki, bu şeirlər məhz ürəkdən gələn yaşantıların məhsuludur. Gənc şairin şeirləri artıq el-obada sevildiyindən, o, artıq hiss edir ki, hər misraya məhz ülviyyətlə yanaşmalı və el məhəbbətini gərgin zəhmətlə təsdiq etməlidir. Çünki oxuculara təqdim olunan poeziya artıq el malı kimi təkcə Elmuraz Köçəriyə məxsus deyil... Biz də fürsətdən istifadə edərək, Elmuraz qardaşımızı yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Aşağıda isə Elmuraz Köçərinin bir neçə şeirini oxucularımıza ərmağan edirik...Müşfiq BORÇALI. (Bax:Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", III cild, Bakı, 2015, səh.699-707).Elmuraz KöçəriYOL ÜSTƏTanrı, kəsmə yollarımı!Haqqa doğru yol üstəyəm.Ürəyimdə neçə insan...Tək deyıləm, bir dəstəyəm.Neçə günah,neçə savab,Milyon sual, milyon cavab,Kimdən kömək,kimdən savab,Nə salamat, nə xəstəyəm.Unudulub,neçə kərəYaramışam xeyrə,şərə,Baş açmıram, bu bəşərə,Nə verəm ki, nə istəyəm?Gördüyüm çox hər nəfisdən,Gah xaindən,gah xəbisdən,Seçilmir ki,yaxşı pisdənYaxşı deyəm,ya pis deyəm.Su qiyməti can bazarı,Səsim ağlar zarı-zarı,Sazım-sözüm el azarı,Bayatıyam,şikəstəyəm.YUXUSUZLUQMən niyə yatmıram, görəsən,Allah?!Çəkilib göylərə yuxum bu gecə.İşləmir saatlar,açılmlr sabah,Qorxuram...Nədəndir qorxum bu gecə?Şeytanlar əlini qoyub göz üstə,Boylanır içəri pəncərələrdən.Sobadan səs gəlir..,Sanki, köz üstəOd alıb bir uşaq,qaldırıb şivən.Küləklər çırpıda vay-şivən çalır,Ağlaşma səsidir meşədən gələn.Bu gecə kəndəmi gəlib Xocalı?Qandımı, yaşdımı şüşədən gələn?Nə gəzir tavanda Göyçə bu gecə?Nə gəzir divarda Təbriz, Ərdəbil..?Arazdı...Çaydanda çağlayır necə...Şəhriyar ruhuma keçib elə bil.Külək təbil çalır evin damında,Oyuqdan gələn səs şeypurun səsi.Savaşa həvəsi yox adamın da,Hamının yuxuya gedib həvəsi.Mən niyə yatmıram yurdda,Vətəndə,Nə haqqa nankoram,nə xalqa nankor,Bu gecə Kəlbəcər gəlibdi kəndə,Qaçqın da,köçkün də yatır xorhaxor.Mən niyə yatmıram barı,bir çimir?Ətrafı qeyrətdən hörgülü kənddə.Mənim qulağıma gələn səs-səmirBoynuma düşübdü mürgülü kənddə.QİSASDəyərli şairimiz Afiq Muxtaroğlunun bu səpkili janrı mənə ləzzət verir... Gəl dost olaq, ey qisas!Gəl, eylə xilas məni.Boğur məngənələrdəO matəm,bu yas məni.Çox dözdüm bu həyatda,Dözəmməzdi polat daHaqqım ayaqlar altda,Basır basabas məni.Susmur nifrət andırım,Qanan da yox qandırım,Yanıb cırım-cındırım,Yandırır libas məni.Öyrəşdik qısılmağa,Alışdıq basılmağa,Başım yox asılmağa,Ayağımdan as məni.Yalvarıram,qulaq as!Ruhum yuxuya həssas,Yuxuma gəl ,ey qisas!Oyatsın qisas məni.DeyişməQuşlarda qayıdıb getdi vətənə,Çox heyif baharda gələ bilmədim.Qəriblik insana həsrət çəkdirir,Ürəkdən şadlanıb gülə bilmədim. Vəli Qaraçaylı.Elmuraz Köçəri:Quşların vətəni dəyişməz babam,De,bahar lazımsa, bahar göndərim.Qoymaram dost-qardaş qəriblik çəkə,Hər səhər kef dolu nahar göndərim.Vəli Qaraçaylı:Bahar göndərməyin çox çətin olar,Mənə o dağların buzunu göndər.Mənim naharımı verə bilməzsən,Bağla ayağını quzunu göndər.Elmuraz Köçəri:Bir quzu nədir ki,o sənə qurban,Dost-qardaş yolunda qan eylərəm,qan,Bulaqlar gözünü büz tutub,inan,İstəsən suyundan nübar,göndərim.Vəli Qaraçaylı:Yaxşı qarşıla sən gələn qonağı,Dondura bilərmi buz da bulağı?Mən dağlar oğluyam dər quzqulağı,Quzqulaqla birgə duzunu göndər.Elmuraz Köçəri:Quzqulaq göndərim duz taparsınız,Quzu da göndərim köz taparsınız,İlham taparsınız-söz taparsınız,Gərək bu dağlardan qübar göndərim.Vəli Qaraçaylı:İlhamı şairə verən,Allahdı,Bəndə görməyəni görən Allahdı,Haqqı hesabı da soran Allahdı,Haqqın göndərdiyi yazını göndər.Elmuraz Köçəri:Hamıya verilmir şair ilhamı,Yaratmaq eşqiylə yaşamır hamı,Söhbətmi bahamı,sazmı bahamı?Hansını deyərsən-nə var göndərim.Vəli Qaraçaylı:Qələmdi şairin darda gərəyi,Palıddan yonarlar dama dirəyi,Sözlə dolu olur şair ürəyi,Çəkərəm sözünün nazını,göndər.Elmuraz Köçəri:Dostum qələmimdi,qardaşım kağız,Sevib bu dağları,qalmışam yalqız,Yadına düşürmü kəkotu,yarpız?Sözdən çəpər çəkim,divar göndərim.Vəli Qaraçaylı:Dünyaya gələndən xoş diləklisən,Yalqız qalıbsansa qurd ürəklisən,Sən dağlar oğlusan,duz-çörəklisən,Yarpızı dərəndə azını göndər.Elmuraz Köçəri:Nə ləzzət verəcək azı yarpızın,Dərd verər insana çoxu qarpızın,Çəkirəm yerini qara bir qızın,Gələn yox, gedən yox xavar göndərim.Vəli Qaraçaylı:Az yesən həmişə yeyərsən,şair,Xudaya min şükür deyərsən,şair,Bəylik paltarını geyərsən,şair,Mənə Saraclının sazını göndər.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.