Ruhun şad olsun, Zahid Şəmirli (Hüseynov)!..

ALLAH RƏHMƏT ELƏSİN!
Ruhun şad olsun, Zahid Şəmirli (Hüseynov)!..
Zahid Şəmirli (Hüseynov)

Şəmirli Zahid İsa ohlu 1945-ci il martın 20-də Qaraçöp nahiyəsinin Tüllər kəndində dünyaya göz açmışdır. O, kənd orta məktəbini bitirdikdən sonra 1963-cu ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının monumental keramika şöbəsində görkəmli sənətkarlar Rezo İoşvili, Alde Kakabadze və Qoqi Kartvelişvilidən təhsil almışdır.
Zahid Şəmirli 1970-ci ildə təhsilini başa vurub Bakıya gəlir, burada yaşayıb-yaratmaha başlayır. O, 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1978-ci ildən isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ-tətbiqi sənət fakultəsində baş müəllim vəzifəsində çalışır. Əsərləri keçmiş SSRİ-nin bir sıra respublikalarında və beynəlxalq sərgilərdə, eyni zamanda Rumıniya, Çexoslovakiya, Macarıstan, Almaniya, İtaliya, Turkiyə, Latviya, Gurcustan, Litva və s. ölkələrdə nümayiş etdirilib, sənətkarın özu isə bir sıra beynəlxalq simpoziumların iştirakçısı olub.
Zahid muəllimin tərtibat işləri, monumental divar rəsmləri də vardır ki, bu işlər də Çernobılda, Moskvada, Naftalanda, Zuqulbada, Yardımlı, Lənkəran, Astara, Ahcabə-di və Cəbrayıl bölgələrindəki bədii kompozisiyalardan ibarətdir.
Sənətkarın 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş qanlı hadisələrlə əlaqədar yaratdıhı "Şəhid" abidəsi Azərbaycan və gurcu xalqlarının ümumi kədərinin rəmzi kimi Qaraçöp torpağında qoyulub.

Tanınmış rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının kafedra müdiri vəzifəsində çalışan professor Zahid Şəmirli son illərdə keramika, heykəltəraşlıq və rənggarlıq janrlarında 25-ə yaxın biri-digərini təkrarlamayan əsərlər yaratmışdır...
Ruhun şad olsun, Zahid Şəmirli (Hüseynov)!.. * * *
Zahid Şəmirlinin neçə-neçə əsərləri isə təəssüflər olsun ki, yarımçıq qaldı. Daima qəlbi Doğma Ana Vətəni, Müqəddəs Ata Yurdu, Bütöv azərbaycanımızla, Borçalımızla, Başkeçidimizlə, nəhayət, bu dünyaya göz açdığı Qaraçöplə döyünən Zahid Şəmirli 2012-ci ilin yayında - Başkeçiddə keçirilən 4-cü Elat Bayramı günlərində, daha dəqiq desək, iyul ayının 27-da qəflətən dünyasını dəyişdi... Doqma kəndində torpağa tapşırıldı...

Bəli, Martın 20-si Qaraçöpün dəyərli ziyalısı, Azərbaycan Rəssamlıq Akademiyasının mərhum kafedra müdiri, professor ZAHİD HÜSEYNOVUN (ŞƏMİRLİNİN) doğum günü idi...
Artıq 3-cü ildir ki, onun doğum gününü də, Novruz Bayramını da onsuz qeyd edirik. Allah Zahid müəllimə rəhmət eləsin... Ruhu şad olsun!..

Müşfiq BORÇALI,
20.03.2015.


P.S.:
Salman Murğuzlu:
Müşfiq bəy, Zahid müəllimin həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat verdiyinə görə çox sağ ol... 2012-ci il iyul ayının 26-da 4-cü Elat Bayramında mən də iştirak etmişəm. Mən bir neçə gün əvvəldən Qaraçöpə getmişdim, ona görə qardaşımla, oğlumla birlikdə kənddən Elata getdim. Bir gün əvvəl Bakıya Zahid müəllimə zəng edib qaraçöplülərdən Elata kimlərin gələcəyini soruşdum. Dedi, başqalarını bilmirəm, ancaq mən Cümşüd müllimlə birlikdə (rəssam Cümşüd İbrahimov) gəlirəm. Onlar axşam Marneulidə Cümşüd müəllimin ata-baba evində qalıb, səhər oradan Elata gəldilər. Elatdan sonra da dedim, gəlin kəndə gedək. Dedi, biz yenə Cümşüd müəllimgilə qayıdıb onlarda qalacağıq, səhər o başdan da birlikdə bizim (qaraçöplülərin) yaylaqlara qalxacağıq. Elə də etmişdilər. Nədirbulaqda (bizim camaatın yaylaq yeri) bacısı oğlunun binəsində qohum-əqrabaları ilə görüşüb, söhbət etdikləri yedə infarkt keçirmişdi... Allah rəhmət eləsin!

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: