BÜLLUR SƏSİN HƏZİN DUYĞUSU

BÜLLUR SƏSİN HƏZİN DUYĞUSUBəhiyyə xanım Nağıyeva - mən bu ada ilk dəfə bir gözəl şeirin kövrək sətirlərinin qiraətini dinlədiyim zaman rast gəldim. Və o gündən də düşdüm bu səsin sehrinə.
Bəhiyyə xanım müxtəlif səpkidə, müxtəlif tərzdə şeirləri öz ruhunda, öz duyğusunda o qədər gözəl səsləndirir ki, onun qiraətində insan o şeirin mahiyyətini daha dərindən anlayır və o mühitin içinə düşür, müəllifin keçirdiyi hisləri dərk edir, başa düşür.


Bəhiyyə xanım bəzən döyüşə atılan mübariz əsgər, bəzən ürəyi fəryad edən ana, bəzən dərddən beli bükülmüş ata, bəzən nazlı xanım, bəzən nakam aşiq olur.O,hər şeiri öz duyğusunda yaşayır və yaşadır.Mən hər zaman qeyd edirəm gözəl qiraət şeirə gələn ikinci nəfəsdir.Müəllif öz duyğularını misralarda ifadə edir, oxucuya təqdim edir. Gözəl qiraət isə o şeiri bütün oxucular üçün əlçatan edir və tanıdır.
Mən Bəhiyyə xanımı qiraəti ilə tanıdım, amma sonradan olan ünsiyyətimiz onu bir insan kimi mənim üçün aşkar etdi. Fərqinə vardım ki, o, sadəcə qiraət zamanı deyil, adi həyatda da, danışıq və ünsiyyət zamanı öz kübarlığını, səlis nitqini qoruyub saxlayır, qarşıdakı insana dəyər verir.
Bəhiyyə xanım mədəniyyət ordusunun müsəlləh əsgəridir. O, daim öz üzərində çalışır, gözəl şagirdlər yetişdirir, ədəbiyyatımıza, mədəniyyətimizə xidmət edir. Onun duyğu dünyası rəngarəng çalarlarla zəngindir.
Gözəl Şəki torpağının köksündə boy atıb mədəniyyətimizi səsiylə, nəfəsiylə layiqincə təmsil edən bu Azərbaycan xanımı həm də bir Şəhid bacısıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bəhiyyə xanım qiraət etdiyi şeirlərdə yaxınları Şəhid olmuş ana-bacıların,ataların, qardaşların, Şəhid xanımlarının ürək yanğısını yaşayaraq dinləyiciyə çatdırır.

Şeirin və şairin dostu olan bu gözəl Azərbaycan xanımına mən sonda cansağlığı arzu edirəm. Arzu edirəm ki, gözəl duyğuları axarınca insanlara çatdırmaq əzmindən, düşüncəsindən heç vaxt yorulmasın, usanmasın. Çünki ədəbiyyatımızın gözəl sözə, gözəl düşüncəyə və bu həzin qiraətə ehtiyacı var.
Sizə uğurlar diləyirəm, Bəhiyyə xanım.


BÜLLUR SƏSİN HƏZİN DUYĞUSURAMİLƏ ƏLİYEVA.
“Borçalı” nəşriyyatının redaktoru,
ZiM.Az saytının baş redaktoru.
"Heydər Əliyev" Fəxri Media Mükafatı laureatı


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
NƏZAKƏT XANIM MƏMMƏDLİNİN ƏZİZ XATİRƏSİNƏ

NƏZAKƏT XANIM MƏMMƏDLİNİN ƏZİZ XATİRƏSİNƏ

Nekroloqlar
QƏNİRƏ PAŞAYEVA - ÜRƏKLƏRDƏ YAŞAYAN, XATİRƏLƏRƏ ÇEVRİLƏN BİR QƏRİB ÖMRÜN YO ...

QƏNİRƏ PAŞAYEVA - ÜRƏKLƏRDƏ YAŞAYAN, XATİRƏLƏRƏ ÇEVRİLƏN BİR QƏRİB ÖMRÜN YO ...

UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar

"NUR OCAĞI"NIN NURLU YOLUNUN 3 İLLİK HESABATI...

"NUR OCAĞI", QHT
QƏLƏMİ SİLAHA DƏYİŞƏN,TARİX YAZAN VƏ TARİXƏ DÖNƏN MÜZƏFFƏRLİ KƏNAN AZƏR OĞL ...

QƏLƏMİ SİLAHA DƏYİŞƏN,TARİX YAZAN VƏ TARİXƏ DÖNƏN MÜZƏFFƏRLİ KƏNAN AZƏR OĞL ...

ŞƏHİDLƏRİMİZ
MƏKTƏBLİ QIZIN YARADICI DÜNYASI

MƏKTƏBLİ QIZIN YARADICI DÜNYASI

"NUR OCAĞI", Gənc istedadlar
Həmin mən - Zümrüd Məmmədova

Həmin mən - Zümrüd Məmmədova

Tv
VƏTƏNPƏRVƏR MƏKTƏBLİ - Zinyət Bağırova

VƏTƏNPƏRVƏR MƏKTƏBLİ - Zinyət Bağırova

Gənc istedadlar
Ad günün mübarək, Ayla!..

Ad günün mübarək, Ayla!..

Təbriklər
Elmira müəllimənin rənglər dūnyası

Elmira müəllimənin rənglər dūnyası

Məktəblər
Akademik Nizami Cəfərovun anası Savad xanım dünyasını dəyişib

Akademik Nizami Cəfərovun anası Savad xanım dünyasını dəyişib

Nekroloqlar
Qaranlığa işıq saçan müəllim ailəsi

Qaranlığa işıq saçan müəllim ailəsi

"Elm və Təhsil", "XXI əsrin Ziyalıları"
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ MƏNSURƏ XANIM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ MƏNSURƏ XANIM!..

Təbriklər
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ ZEMFİRA XANIM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ ZEMFİRA XANIM!..

Təbriklər
AZƏR HƏKİM, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!..

AZƏR HƏKİM, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!..

"SALDO"
Əzizim Əfsanə xanım, Ad günün mübarək!.

Əzizim Əfsanə xanım, Ad günün mübarək!.

"SALDO", Təbriklər
AY BƏSTİ XANIM!..

AY BƏSTİ XANIM!..

"SAZLI-SÖZLÜ BORÇALI", Borçalı, Başkeçid
Fağıra dayaqsan - Yetimə ANA!.. Hamının sevdiyi, ay Bəsti ana!...

Fağıra dayaqsan - Yetimə ANA!.. Hamının sevdiyi, ay Bəsti ana!...

Borçalı, Başkeçid
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NAZİLƏ XANIM SƏFƏRLİ!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NAZİLƏ XANIM SƏFƏRLİ!..

Başkeçid, Təbriklər, "Borçalı" Cəmiyyəti
SƏRQİN  İLK  OPERA  YAZAN  QADIN  BƏSTƏKARI  ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEH ...

SƏRQİN İLK OPERA YAZAN QADIN BƏSTƏKARI ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEH ...

Mədəniyyət
Aşıq Pəri məclisinin yeni rəhbəri - PƏRVANƏ XANIM ZƏNGƏZURLU

Aşıq Pəri məclisinin yeni rəhbəri - PƏRVANƏ XANIM ZƏNGƏZURLU

Folklor, Ədəbi tənqid
Rəy yazın: