Rövşən GƏNCƏLİ (1956): "Azərbaycan vətənimdir, millətimdir..." "SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Borçalı, Rusiya 23 Eylül Rövşən Gəncəli (Yusifov Rövşən Məmməd oğlu) 1956-cı il iyunun 5-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Marneuli rayonundakı Təzəkənd kəndində anadan olub.1973-cü ildə Təzəkənd orta məktəbini bitirib. 14.11 1974-cü ildən 18.11.1976-cı ilə qədər hərbi xidmət borcunu yerinə yetirib. 1978-ci ildə AzKTİ-nun kənd təsərrüfatının elektirikləşdirilməsi fakultəsinə qəbul olub. 1983-cü ildə AzKİ-nu bitirib. Marneuli rayonunun İmir kəndindəki DSZ-da Baş mühəndisin müavini, Baş energetik işləyib. 1990-cı ildə Borçalıda baş vermiş məlum olayalrdan sonra o da doğma Borçalıdan köçmək məcburiyyətində qalıb. Uzaq Rusiyaya üz tutub. Çelyabiniski vilayətinin Troitski rayonunda idarə rəhbəri, direktor, baş direktor və Bələdiyənin sədri vəzifələrində işləyib.R.Gəncəli, eyni zamanda, təhsilini də davam etdirib. 1998-ci ildə Çelyabinsk Dövlət Universitetinin hüquq fakültəsini bitirib.2013-cu ildən Bakıda yaşayıb-yaradır.Rövşən Gəncəli həm də poeziya həvəskarıdır. İstedadlı şair kimi tanınır. 3 kitab müəllifidir.Biz də hörmətli soydaşımız Rövşən Gəncəliyə yeni-yeni yaradıcılıq uğurları arzulayır, aşağıda onun bir neçə şeirini və yazıçı Əli Abbasın Rövşən Gəncəliyə ünvanladığı "Açıq məktub"uZiM.az-ın dəyərli oxucularına təqdim edirik.Müşfiq BORÇALI,ZiM.AzİSTƏYİRƏMAzərbaycan vətənimdir, millətimdir, dilim mənim,Dalğalanır asimanda yenilməz bayrağım mənim.Atam, anam ürəyimdir, müqəddəs torpağım, mənim.Millətimə canım qurban, gözəl bir dövran istərəm.Yağı düşmən ayaq basıb, torpaq qana boyanıbdır.Dərd içində açmır güllər, axan çaylar dayanıbdır.Qisas almaq arzusuyla oğul, qızın oyanıbdır.Qarabağda düşmənlərin yurdunu viran istərəm.Azad edək daşnaqlardan, çiçəklənsin torpağımız,Qoy ucalsın bu dünyada zirvələrə vüqarımız.Dalğalansın, şəfəq saçsın Qarabağda bayrağımız,Qəm, qüssədən uzaq olaq, xalqı firavan istərəm.Bu Rövşənin arzusudur vüsət alsın qüdrətimiz,O allahdan hədiyyədir tükənməyən sərvətimiz.Yayılıbdır bu dünyada hər bir yana hörmətimiz,Cənnət olsun torpağımız, xalqımı xoşbəxt istərəm.DƏRDİMİQəlbimi yandıran sirlərim çoxdur,Olmadım alüdə, gözlərim toxdur.Fikirdən gözümün yuxusu yoxdur,Yükləsəm götürməz dəvə, dərdimi.Can dedim:-könlümə yara vurana,Yol göstərdim, özüm düşdüm borana.Daşıdım gecələr dağa, arana,Bilmədim, söyləyəm kimə, dərdimi.Çağırdım fələyi, canım almadı,Qəlbimi yandırdı, bilən olmadı.Alışdı ürəyim, dözüm qalmadı,Yenə də salmadım dilə, dərdimi.Olubdur hər kəsin canıyananı,Gəzib dolanmışam bütün cahanı.Axtardım, tapmadım dahi insanı,Baxa sifətimə, bilə, dərdimi.Uzaq oldu məndən bacım, qardaşım,Olmadı dünyada qanan sirdaşım.Çəkir azarımı həyat yoldaşım,Danışsam qurtarmaz ilə, dərdimi.Rövşənəm, nadanın küsmə dilindən,Loğvanın, yaxşılıq gəlməz əlindən.Söyləsəm oynayar dağlar yerindən,Yüklədim yıxıldı filə, dərdimi.OĞLUMOğullarım: Məmməd və Hikmətə.Hörmət et kəsdiyin duza, çörəyə,Zəhmətə qatlanan çatar diləyə.Şüşədən kövrəkdir, dəymə ürəyə,Layiqli oğul ol, elinə, oğlum.Varlını görəndə dizə çökərlər,Yoxsulu alçaldıb gözün tökərlər.Yaltağı, alçağı başa çəkərlər,Gəlməsin yalanlar dilinə, oğlum.İnanma arsızlar qeyrət çəkələr,Müftəxor adamlar bostan əkələr.Həyatda dəb olan haram tikələr,Dəyməsin heç zaman əlinə, oğlum.Rövşən sevər insanların mərdini,Bilən azdır yaxşılığın qədrini.Yoxsulun, yazığın olan dərdini,Yük eylə həmişə belinə, oğlum.YAN KEÇİRYaman pisdir əl aşağı düşəndə.Bəxt, yığvalın üz döndərib küsəndə.Ciblərində qara yellər əsəndə.Baxır sifətinə, hamı yan keçir.Danışanda, həqiqətdir yeganə.Qohuma, qonşuya olma biganə.Dəyişib adamlar, dönüb zəmanə.Dünən əl tutduğun, bu gün yan keçir.Bu dünyanı qarış-qarış gəzmişəm.İnsanlarda hər sifəti görmüşəm.Bu fanı dünyadan vallah bezmişəm.Dolanır başıma, ölüm yan keşir.Rövşənəm, çox gözəl keçdi gəncliyim.Neçə illər ömür yolu keçdiyim.Məclis qurub, meşələrdə içdiyim.Bu gün üz döndərib, dönüb yan keçir.GƏRƏK OLSUNEl, obanın yaddaşında qalmağa.Dərdlilərin qadasını almağa.Mehriban danışıb yola salmağa.Adamın dilində bal gərək, olsun.Yaltaqlıqla muradına çatanın.Namərd olub, dostlarını satanın.Namusu, qeyrəti, arı atanın.Başına örtməyə şal gərək, olsun.Atanın, ananın çəkin nazını.Qisməti kəsəndə götür azını.Çalıb, oxuyanda telli sazını.Qiyməti verməyə el gərək, olsun.Gədanın verdiyi çörək yeyilməz.Barsız ağaclarda budaq əyilməz.Hər gördüyün quşa durna deyilməz.Durnanın başında tel gərək, olsun.Qədəm qoyub məclislərə girəndə.Mənasız danışıb, yersiz güləndə.Kiminsə sözündə nöqsan biləndə.Üzünə deməyə dil gərək, olsun.Halaldan yığılan sərvət tükənməz.Hər ata ağıllı oğul əkəmməz.Hər adam elinin yükün çəkəmməz.Rövşənəm, çəkməyə bel gərək, olsun.BİLMİRƏMQocalıq yaxamı yaman alıbdı,Tutulub dizlərim əldən salıbdı.Duz kimi əridim, nəyim qalıbdı?Çatam ya doxsana, yüzə, bilmirəm.Cavanlığı keçirmədim boşuna,Həzz alırdım, çox gəlirdi xoşuma.Qız, gəlinlər dolanırdı başıma,İndi qocalmışam, dözə bilmirəm.Daş götürüb ovucumda əzərdim,Qəvvas olub dəryalarda üzərdim.Qartal kimi zirvələrdə süzərdim,İndi qapıdaca gəzə bilmirəm.Yastıqardan Başkeçidə baxardım,Şimşəkkimi parlayardım, çaxardım,Sarfdərəni qaça-qaça çıxardım,İndi pilləkəni çıxa bilmirəm.Dostlar ilə gözəl məclis qurardım,Aşıq çalar, yavaş-yavaş vurardım.Qoz, fındığı dişlərimlə qırardım,İndi çəkişlə da qıra bilmirəm.Rövşənəm, xəyalım gəzir, dolaşır,Gəncliyə seyr edir, hövsələm daşır,Bəzən də görürəm ağılım çaşır,Olanı yadıma sala bilmirəm.VARBaşına döndüyüm, ay elim, obam,Görün, bu dünyanın neçə üzü var.Seçir insanları, həyat yolundaƏKimiyə dərəsi, kimə düzü var.Dərk edib ələnib ələkdən keçin,Haqqı, ədaləti, vicdanı seçin.Köçəndə dələduz, nanəcib üçün,Cəhənnəm odunda yanan közü var.Beş manat olanda mənliyi satma,Qohumla, qardaşla aranı qatma.Əbədi dünyada böhtanlar atma,Bütün əməlləri görən gözü var.Qazancın olubsa günah adında,Olsan da torpağın yeddi qatında.Cəzasız qalmazsan, saxla yadında,Gözə görünməyən haqqın özü var.İnsanlar fanidi, gəldi, gedərdi,Ayrılıq göz yaşı, ölüm betərdi.Yaxşılıq etməsən ömür hədərdi,Rövşənin nə qədər sirli sözü var.AŞIQYığışmışıq Borçalının elində,Gözəl bir nəsilin toy məclisində.Götür sazı aşıqların dilində,Bala-bala ustadnamə çal, aşıq.Elə hava çal ki, əllər oynasın,Mizrabı vur, sazda tellər oynasın.Sevinsin gözəllər, ellər oynasın,Bu məclisin yaddaşında qal, aşıq.Çal sazını, aləm nura boyansın,Yolnan keçən, axan çaylar dayansın.Dərdlər çəkən, xəstə könlüm oyansın,Ustadları, sən yadına sal, aşıq.Rövşənin nahaqdan dönməz ürəyi,Unutmaz, kəsdiyi duzu, çörəyi.Telli sazdır bircə arzu, diləyi,Elə çal ki, ürəyini al, aşıq.GƏRƏKDİRDil yarası əzab verər, sağalmaz,Sel gələndə dərya coşar, soğulmaz.Hər doğan anadan oğul doğulmaz,Oğulu əkməyə, Ata gərəkdir.Bu dünyanın sınağından keçməyə,Yaxşını, yamanı qanıb seçməyə.Sərraf olub sözü ölçüb, biçməyə,Tərbiyə etməyə, Ata gərəkdir.Alışmağa hər vaxt halal əməyə,Haqqı, ədaləti üzə deməyə.Keflər çəkib, ləziz yemək yeməyə,Hər insan oğluna, Ata gərəkdir.İşlər bəd gətirib, dara düşəndə,Bəxtin üz döndərib səndən küsəndə.Ümidini hər bir yerdən üzəndə,Yenə də arxanda, Ata gərəkdir.Rövşənin sözünə əmin ol, inan,Həyatı dərk edib anlayıb, qanan.Bu fani dünyada bilin, hər zaman,Atanın özünə, Ata gərəkdir.ALLAHAman Allah,sizdən budur diləyim,Ürəkdən gəlibdir düzün söyləyim.Yolunda canımı qurban eyləyim,Bircə sən anamı qocaltma,Allah!Bala deyib, heç nigaran qalmasın,Desin, gülsün, dərdi-qəmi olmasın.Diş tökülüb, yanaqları solmasın,Üzündə qırışlar yaratma, Allah!Pərvanə tək mən dolannam başına,Yüz yaşasın,yaş gəlməsin yaşına.Qurban ollam gözlərinə, qaşına,Bircə saçlarını ağartma, Allah!Atamı sevirəm, hamıdan əziz,Müdrik bir qocadır, səbridir dəniz.Xeyirxah insandır, ürəyi təmiz,Ayırma atamı anamdan, Allah!Anadır hamını gətirən cana,Övladlar dərk edib bunları qana.Ürəkdən can deyə halına yana,Rövşənəm, anamı ağlatma, Allah!QARDAŞHicranın qəlbimi yandırıb, yaxır,Ağlaya-ağlaya yadlara baxır.Gözümü sıxıram qanlı yaş axır,Görmək istəyirəm üzünü, qardaş.Fikirdən qəlbimə düzülüb yara,Olmuşam yeganə bir bəxti qara.Bu fani dünyada düşəndə dara,Həmişə demişəm düzünü, qardaş.Bütün yer üzünün sultanı sandım,Görməsəm ürəkdən alışdım, yandım.Nadanlar dərk etməz, arifəm qandım,Verərəm könlümü, gözümü, qardaş.Yaşadın həyatda, oldun vüqarım,Bu zalım dünyada dövlətim, varım.Məclisə girəndə namusum, arım,O allah saxlasın özünü, qardaş.Başımın tacısan, oldun köməyim,Qəlbimdə döyünən təmiz ürəyim.Taledən istəyim, arzum, diləyim,Tarixlər yaşatsın izini, qardaş.Rövşənin, dərdlərdən tutulub dili,Bu kövrək qəlbinin gövhəri, ləli.Həsrətın çəkməkdən olubdur dəli,Dinləmək istəyir sözünü, qardaş.GƏLSİNSəfərimdir bizim dağlar,Kimdir mənnən gedən gəlsin.Qiymət verən telli saza,Havaları bilən gəlsin.Namus, arı tac bilənlər,Dost üçün candan keçənlər,Mirvaridən, ləl seçənlər,Yüz ölçüb, bir biçən gəlsin.Yaylaqlarmız dərman, dava.Mənzərəsi, gözəl hava.Yeyək, içək çəkək səfa.Məndən artıq içən gəlsin.Qanan vicdan, həqiqəti,Unutmayan sədaqəti,Təmiz qəlbi, səxavəti.Sınaqlardan keçən gəlsin.Rövşənəm, gözəl dincələk.Kəs quzunu, kabab çəkək,Bozartma da bişənədək,Könlü bizlə döyən gəlsin.ÖYÜNSÜNBivəfa dünyadan dolub gedirəm,Çəməndə çiçək tək solub gedirəm.Qayıdan deyiləm, ölüb gedirəm.Əbədi dünyada qalan öyünsün.Bu dünyanın sınağından keçməyən,Axirətin badəsini içməyən,Keflər çəkib, bu dünyadan köçməyən,Əsirləri, yola salan öyünsün.Yaman dəyişmişəm olmuşam fağır,Gözümü sıxanda qanlı yaş axır.İllər həsrətiyəm könlüm axtarır,Qardaşdan, ilhamı alan, öyünsün.Dünya əbədidir, insanlar fani,Heç kəsi bu həyat etməyir qani.Öldürən özüdür əzrail cani,Dərk edib, sirləri qanan öyünsün.Vaxt gələndə hamı bir-bir köçəcək.Üstündə qanqallar, ya gül bitəcək.Əsirlər keçəcək məzar itəcək.Rövşənəm, izləri qalan öyünsün.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.