AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR

AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİRAZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR 2017-ci il iyunun 16-da Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik
İsa Həbibbəyli Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor
Pey Çanxunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən
ZiM.Az-a bildiriblər ki,
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qonaqları Akademiyanın prezidenti, akademik Akif Əlizadə adından salamlayaraq tədbirin keçirildiyi tarixin Azərbaycan üçün önəmli gün olduğunu qeyd edib. 15 iyun − Milli Qurtuluş gününün ölkədə dövlət bayramı kimi qeyd edildiyini deyən akademik İ.Həbibbəyli bu tarixi ümummilli lider Heydər Əliyevin yazdığını, həmin günlə Azərbaycanın müstəqilliyinin, inkişafının çiçəkləndiyini bildirib.

Akademik Çin Xalq Respublikası ilə yaradılan əlaqələrin, müxtəlif istiqamətlərdə qurulan münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyib: "1994-cü ildə ümummilli lider Heydər Əliyev Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasında çıxış etmişdir. Çin-Azərbaycan əlaqələrinin təməli həmin vaxt qoyulub, İctimai Elmlər Akademiyası ilə bizim elmi əlaqələrin möhkəm təməli o gün yaranıb. Ulu öndər Heydər Əliyevin Çin İctimai Elmlər Akademiyasında çıxışı bizim elmi əlaqələrin strategiyasını müəyyənləşdirdi".
Bu gün də əməkdaşlığımıza ciddi önəm verildiyini qeyd edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli ilk dəfə Ulu öndərin təşəbbüsü ilə "Tarixi İpək yolu"nun bərpasına dair beynəlxalq konfransın təşkil olunmasından bəhs edib, Akademiyanın hazırkı əlaqələrini də İpək yolu üzərindəki ölkələrlə olan əlaqələrin bir hissəsi kimi qiymətləndirib.

AMEA-da olmasından məmnunluğunu ifadə edən Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Pey Çanxun bu görüş vasitəsilə iqtisadiyyat elmi üzərindən əlaqələrimizin prioritet istiqamətlərinin müəyyənləşdiriləcəyini, müxtəlif elmi istiqamətlərdə mövcud problemlərin öyrənilməsinə öz töhfəsini verəcəyini bildirib.

Ölkəsinin iqtisadi vəziyyətindən danışan professor Çin iqtisadiyyatının müasir inkişafından, ölkələrində həyata keçirilən iqtisadi layihələrdən danışıb. Çinin təkcə qonşu ölkələrlə deyil, eləcə də Azərbaycanla iqtisadi əlaqələrini inkişaf etdirməyə, hər iki ölkənin iqtisadçı alimlərinin əməkdaşlıq perspektivlərini araşdırıb genişləndirməyə maraqlı olduğunu dilə gətirib.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: