AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub 2017-ci il İyunun 23-də Mərkəzi Elmi Kitabxanada AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının
600 illiyinə həsr olunan
“Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.


AMEA-dan ZiM.Az-a bildiriblər ki, Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, İran və Hindistandan olan mütəxəssislər də iştirak etdiyi
Beynəlxalq tədbirin iştirakçıları əvvəlcə Fəxri Fiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.


Konfransı giriş nitqi ilə
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik
İsa Həbibbəyli
açaraq dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni və əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar Nəsiminin zəngin irsindən söz açıb, ədibin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan danışıb. O, Nəsimi yaradıcılığına ilk böyük qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini və şairin anadan olmasının 600-cü ildönümünün 1969-cu ildə təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb.

Akademik İ.Həbibbəyli Nəsiminin anadilli poeziyanın qüdrətli nümunələrini yaratdığını və özündən sonrakı dövrün ədiblərinin formalaşmasında mühüm rol oynadığını söyləyib. O, şairlə bağlı Avropa, Türkiyə, Rusiya, Gürcüstan, İran, İraq, Suriya və Hindistanda tədqiqatların aparılmasının onun dünya miqyasında sevilməsinin göstəricisi olduğunu bildirib.

Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edərək Nəsiminin yaradıcılığında insanın fövqəlbəşəri varlıq olmasının tərənnümünün, mənəvi azadlığın, bəşəri dəyərlərin, insana sevginin və azadlığın geniş yer tutduğunu deyib.

Sonra çıxış edən BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev konfransın Nəsimi yaradıcılığını yeni aspektdən öyrənməyə imkan yaradacağını bildirib. Qeyd edib ki, Nəsimini anlamaq üçün İslam dinini, hürufiliyi, dövrün mənzərəsini və dilini mükəmməl bilmək lazımdır. Hürufilik cərəyanının insanı hər şeydən üstün tutaraq ilahiləşdirdiyini deyən alim Nəsiminin məhz bu ideyalarına görə təqiblərə məruz qalaraq edam edildiyini diqqətə çatdırıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında Nəsiminin inqilabçı ideyaların daşıyıcısı olduğunu və şairin bu fikirlərinə görə din xadimlərindən əlavə, həm də dövrün siyasi dairələri tərəfindən təqib edildiyini deyib. Nəsiminin yaradıcılığının mərkəzində "Allah gözəldir və gözəli sevir" ideyasının durduğunu söyləyən akademik R.Hüseynov şairin ən mürəkkəb fəlsəfi fikirləri sadə dildə izah etdiyini bildirib.

R.Hüseynov Suriyada gedən müharibə nəticəsində Nəsiminin məzarının təhlükə ilə üz-üzə qaldığını və onun Azərbaycana gətirilməsi məsələsinin Avropa Şurası Parlament Assambleyasının Yaz sessiyasında qaldırıldığını diqqətə çatdırıb.

Daha sonra Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov çıxış edərək Azərbaycan ədəbiyyatşünaslarının Nəsimini 20-ci əsrdən etibarən tanımağa başladığını və bundan sonra onunla bağlı geniş tədqiqatların aparıldığını söyləyib. Akademik şairin əsərlərinin rus və ingilis dillərinə tərcümə olunaraq dünya miqyasında təbliğinin önəmindən danışıb.

Konfransda Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova “Yaradıcılıq ali dəyər kimi”, Gürcüstan Elmlər Akademiyasının akademiki, görkəmli türkoloq Elizbar Cavelidze “Əzabkeş şair”, Hindistanın Dehli Cəvahirləl Nehru Universitetinin professoru, şərqşünas alim Ahmat Ansari “İmadəddin Nəsiminin mistik poeziyası” mövzusunda məruzə ilə çıxış ediblər.

Daha sonra Moskva Beynəlxalq Münasibətlər İnstitutunun dosenti Abuzər Bağırovİranın Ərdəbil Universitetindən Məhəmməd Əli Rezaşərif çıxış edərək Nəsiminin yaradıcılığından ətraflı söz açıblar.

Bölmə iclasları ilə öz işini davam etdirən Beynəlxalq elmi konfransda 70-dən çox məruzəsi dinlənilib.

* * *

Tədbir çərçivəsində Ədəbiyyat İnstitutu tərəfindən ölkəmizdə ilk dəfə nəşr olunan görkəmli gürcü şərqşünas alimi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, akademik Elizbar Cavelidzenin “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabının təqdimat mərasimi də keçirilib.

Kitab haqqında ətraflı məlumat verən akademik İsa Həbibbəyli E.Cavelidzenin Şərq ədəbiyyatının Gürcüstanda əsas tədqiqatçılarından biri olduğunu diqqətə çatdırıb. Gürcü alimin “Cəlaləddin Rumi”, “Yunus Əmrə”, “Ruhi Bağdadi” kimi monoqrafik tədqiqatlar hazırlayıb nəşr etdirdiyini bildirən AMEA-nın vitse-prezidenti onun “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabını qüdrətli Azərbaycan şairinin yaradıcılığına kənardan baxışı ifadə edən əhəmiyyətli elmi əsər kimi dəyərləndirib. Adıçəkilən kitabın ölkəmizdə nəşrinin qarşılıqlı ədəbi əlaqələrimizin inkişafı baxımından əhəmiyyət daşıdığını vurğulayan İ.Həbibbəyli nəşrin Orta əsr Azərbaycan ədəbiyyatının tədqiqatçıları üçün dəyərli mənbə olduğunu xüsusi qeyd edib.

Tədbirdə digər çıxış edənlər - akademik Vasim Məmmədəliyev, akademik Rafael Hüseynov, filologiya elmləri doktoru, professor Mədəd Çobanov, filologiya elmləri doktoru, professor Ataəmi Mirzəyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, kitabın tərcüməçisi Mirzə Məmmədoğlu (Maşov) və başqaları kitabın əhəmiyyətindən danışıblar.

Sonda çıxış edən Gürcüstan Elmlər Akademiyasının akademiki Elizbar Cavelidze ölkəmizdə yaradıcılığına göstərilən diqqətə və kitabın nəşrinə görə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə, eləcə də tədbirdə çıxış və iştirak edənlərə öz dərin minnətdarlığını ifadə edib.

Müşfiq BORÇALI,
ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: