Həkim RƏNA ƏLİYEVA (1953) Səhiyyə, Darvaz 7 Şubat RƏNA ƏLİYEVA(1953)Rəna Vəkil qızı Əliyeva (Ovçuyeva) - 1953-cü ildə qədim Borçalı mahalında — indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Darbaz kəndində anadan olub.1960-cı ildə Darbaz kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1970-ci ildə həmin məktəbi gümüş medalla başa vurub.1972-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olub, 1977-ci ildə isə ali təhsilini müvəffəqiyyətlə başa vurub. 1977-ci ildən 1978-ci ilədək Əfəndiyev adına 2 saylı xəstəxanada internatura keçib. 1978-ci ildən 11 saylı Bakı şəhər xəstəxanasında həkim-terapevt vəzifəsində çalışır. 1992-ci ildə o, Həkimləri Təkmilləşmə İnstitutunda 4 aylıq “Ümumi Terapiya” kurs keçmiş və həmin il birinci dərəcəli həkim adına layiq görülmüşdür. R.Əliyeva Ailəlidir, 2 övladı var.Biz də Rəna həkimə uzun ömür, möhkəm can sağlığı, çətin və şərəfli işində uğurlar arzulayırıq!..Bax: Müşfiq Borçalı. BORÇALI ENSİKLOPEDİYASI. IV cild. Borçalı həkimləri. Bakı, 2002, səh.123.) Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.