Tələbə sözü: "Böyük arzu"

Tələbə sözü: "Böyük  arzu" Universitetin ilk günü idi. Müəllim və tələbələr arasında tanışlıq görüşü keçirmək üçün tədbir keçirilirdi. Auditoriyada çoxlu səs-küy var idi. İlk sözü universitetin rektoru professor Vilayət Vəliyevə verdilər. Vilayət müəllim ağır addımlarla kürsüyə yaxınlaşladı. Auditoriyadakı səs-küy tamamilə kəsildi. Hər bir kəs çox maraqla baxmağa başladı. Vilayət müəllim və burda olan hər kəs şəhidlərimizi sükutla yad etdilər. Daha sonra isə universitetin rektoru qazilərimizin, əsgərlərimizin, igidliyindən, qorxmazlığından ağız dolusu danışmağa başladı. Söhbətin bu yerində o, sözünə bir qədər ara verdi və yenidən danışmağa davam etdi:
-İllərdən sonra bizim düşmən tapdağı altında inləyən torpaqlarımiz ger qaytarıldı. Qarabağımız alındı. Azərbaycan tarixə qızıl həriflərlə həkk olan bir uğur qazandı. Bütün bunların hamısı Cənab Prezidentimizin uzaq görən siyasəti nəticəsində oldu. Biz xoşbəxt bir xalqıx. Ona görə ki, bizim belə bir prezidentimiz var. Qorxmaz, igid oğlanlarımız var. Cəsur, səriştəli komandirlərimiz var. Xalqımızın birliyi, bu xalqın vətənə sevgisi, məhəbbəti var. Onlar vətənin dar günündə bir oldular, yumruq oldular, qüvvətli zərbəni eyni hədəfə vurdular, qalib oldular. Düzdü şəhidlərimiz oldu. Elə təkcə bizim universitet ikinci Qarabağ döyüşündə 28 şəhid verdi. Onların adları bizim ürəyimizdə, yaddaşımızda həkk olunub. Onlar ölməyiblər,yaşayırlar, əbədi olaraq tarixdə qalacaqlar.

Sonra kürsüyə fakültəmizin dekanı Fərqanə xanım Musayeva qalxdı. O, əvvəlcə tələbələri salamladı, sonra isə dedi:
- Əziz uşaqlar mən öz xalqımla fəxr edirəm. Bizim xalqımız qonaqpərvər bir xalqdır. Bizim xalqımız böyüklərə hörmət, kiçiklərə rəğbət, ehtiyacı olanlara mərhəmət edən bir xalqdır. Bizim xalqımız acıqla deyil, ağılla hərəkət edən bir xalqdır. Azərbaycanda hər bir millətdən olan insanlar yaşayır. Amma insanlar arasında fərq qoyulmur. Bizim xalqımız vətənini sevən, torpağına bağlı olan bir xalqdır. Allah şəhidlərimizə rəhmət etsin, onların əzizlərinə səbir diləyirəm, qazilərə can sağlığı arzulayıram. Cənnət Qarabağımız uzun müddət əsarət altında qaldı. Bu illər ərzində bir dəfədə olsun ümüdümüzü itirmədik. Həmişə ümüdlə yaşadıq ki, Qarabağımız nə vaxtsa azad olacaq. Ancaq bu azadlıq çox çətin idi. Bu azadlıq hər kəsə bir yuxu kimi gəlirdi. Möhtərəm Prezidentimiz bu yuxunu həqiqətə çevirdi. Qarabağı xilas elədi. Qələbə çaldı. Tarixə düşdü. Bu bizim ən böyük sevinc payımızdı.
Əziz tələbələr sizin əsas vəzifəniz dərslərinizi oxumaq, dərin biliyə sahib olmaqdır. Hər bir dərslik bir elmdir, hər elm nəisə öyrədir.Mənasız elm yoxdur. Elmin sirrinə bələd olsan,həmin elm sənin üçün doğma olar, əziz olar. Sən onunla sevə-sevə məşğul olarsan. Amma bir elmin sirrini bilməsən, həmin elm sənə yorucu gələr. Bizim müəllimlərimizin hər biri çox biliklidi, Həmdə onlarda biliyini tələbəyə çatdırmaq qabiliyyəti çox güclüdür. Mən ümüd varam ki, sizlərdən hər biriniz çox savadlı kadrlar olacaqsınız. Yetər ki, sizdə öyrənmək həvəsi olsun, yetər ki, öyrənmək üçün cəhd göstərəsiniz.
Daha sonra söz dekan müavini Lalə xanım Piriyevaya verildi. O, üzünü uşaqlara tutaraq dedi:
- Əziz uşaqlar, burda gördüyünüz hər nə varsa sizin rahatlığınız naminədi. Ona görədə siz onları göz-bəbəyiniz kimi qoruyub,saxlamalısınız. Daha yaxşı çalışmalısınız. Dərin biliyə sahib olmalısınız. Ən birinci növbədə təlim-tərbiyənizə fikir verməlisiniz...

Vaxt tamam oldu, tədbir sona çatdı. O gündən etibarən dərslərimiz başladı. Fərqanə xanımın dediyi kimi müəllimlərimiz dərsləri çox asan üsulla, sadə bir üsulla izah edirdilər. Buna görə də dərsləri oxumağa ehtiyac qalmırdı. Hər bir tələbə elə dərs vaxtı keçilən dərsləri mənimsəyirdilər. Axırıncı dərsimiz riyaziyyat dərsi idi. Müəllim yazı lövhəsində bir neşə misal yazmışdı. Misalların cavabı mənə aydın idi. Mən bu misalların cavabını almaq üçün uzun bir yol keçmişdim. Elə bu səbəbdəndə riyaziyyat dərsi mənə çox yorucu gəlirdi. Amma Mehman müəllim bütün misalları çox sadə və qısa bir yol ilə bizə başa saldı. O gündən sonra mənim bu fənnə olan münasibətim dəyişdi. Riyaziyyat dərsini çox həvəslə öyrənməyə başladım. Tək mən deyil, bütün uşaqlarda riyaziyyat dərsinə qarşı müsbət bir dəyişiklik yaranmışdı. Bu da səbəbsiz deyildi. Müəllim hər dəfə dərsi izah edib qurtarandan sonra, sual-cavab edirdi. Bununla da tam ətraflı öyrətməyə çalışırdı və öyrədirdi də. Beləliklə qaranlı heç nə qalmırdı.
Bundan başqa, elə götürək inglis dili dərsini. Bu dərs xarici bir dil olmasına baxmayaraq, Hamlet müəllimin səriştəliliyi sayəsində uşaqlar tərəfindən yüksək səviyyədə mənimsənilirdi. Biz bu dərsin keçilməsini səbirsizliklə gözləyirdik. Bizim bu fənnə olan sevgimiz Hamlet müəllimin sayəsində yaranmışdı.

Artıq imtahanlar başa çatdı. Mən bütün imtahanlardan yüksək bal topladım, birinci oldum. Mən əlaçı olmaq, təqaüd almaq, “Yaşat fondu”-na pul keçirmək arzusunda idim. Arzuma çatdım. İndi hər ay öz vədimə əməl edəcəyəm. Bütün bunlara görə müəllimlərimə minnətdaram. Biz müəlimlərimizdən biliklə yanaşı, həm də yüksək insani keyfiyyətlər öyrənirik.
Universitetimizin prorektorları: Nurəli Yusifbəyli, Çetin Elmas, Sübhan Namazov, Kamran Rəsulov, dekan müavini Həzrət müəllim tələbələrin hətta gələcək həyatlarına belə biganə qalmırlar. Onların gələcəkdə peşə fəaliyətini düzgün istiqamətləndirməsi üçün öz tövsiyyələrini əsirgəmirlər.
Mən müəllimlərimə öz işlərində müvəffəqiyyətlər, tələbələrə isə dərslərində uğurlar arzu edirəm. Mən Azərbaycan Texniki Universitetinin tələbəsi olduğum üçün qürur duyuram.


Dünya Qarabağlı,
AzTU-nun
İqtisadiyyat və idarəetmə fakültəsinin
Menecment ixtisasının tələbəsi,
"ZiM.Az"-ın müxbiri.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: