Əlini mənə ver, dostum...

Əlini mənə ver, dostum...Əlini mənə ver, dostum...Əlini mənə ver, dostum... 2019-cu il Oktyabrın 31-də Bakıdakı 3 nömrəli
Uşaq Gənclər İnkişaf
Mərkəzinin təşəbbüsü ilə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Uşaq Bərpa Mərkəzində
tədbir təşkil olunub.


Tədbiri giriş sözü ilə açan
baş həkim Şaban Eyvazov iştirakçıları salamlayaraq belə tədbirlərin keçirilməsinin, bu tipli görüşlərin təşkil olunmasının əhəmiyyətindən söz açıb. «Vokal», «Çiçəyim», «Mahnı teatrı», «Milli rəqs» kimi dərnəklərin üzvləri ifa etdikləri mahnıları, göstərdikləri səhnəciklərlə əlil uşaqların sevincinə səbəb olublar .

UGİ mərkəzinin kollektivi - Səfərli Orxan, Rəna Kərimova, Qurbanova Gülnarə, Cabbarova İradə, Səfərli Samirənin iştirak etdiyi bu tədbir dərnək üzvləri ilə yanaşı, qonaq olduqları Uşaq Bərpa Mərkəzinin kollektivi tərəfindən də xoş qarşılanıb. Dərnək üzvlərinin həvəslə təqdim etdikləri bir-birindən maraqlı səhnələr digər uşaqların sevincinə səbəb olub. İfa etdikləri musiqilərin sədaları altında rəqs etdikləri, əyləndikləri həmyaşıdları ilə qısa müddət ərzində dost ola biliblər. Öz təəssüratlarını birlikdə bölüşən kollektiv nümayəndələri bu cür tədbirlərin təşkili və mütəmadiliyi üçün növbəti görüşlərin olmasının vacibliyini qeyd ediblər.
Həmçinin, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti «Əlini mənə ver, dostum» adlı layihənin mahiyyətindən, tədbirin uşaqlarda yarada biləcəyi təəssüratlardan, onlara nə kimi müsbət təsirin ola biləcəyindən, əlil uşaqların özlərini cəmiyyətdə təcrid hiss etməmələri üçün mühitin onlara olan müsbət diqqətindən danışıb. O, nitqində uşaqlara göstərilən diqqət və qayğının hər zaman olmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, Konsert proqramından sonra, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivi tərəfindən
Bərpa Mərkəzində müalicə olunan uşaqların hər birinə hədiyyələr təqdim edilib.
Tədbirin sonunda baş həkim Şaban Eyvazov belə bir tədbirin təşkilinə, təşəbbüsünə görə,
3 nömrəli Uşaq Gənclər İnkişaf mərkəzinə öz təşəkkürünü bildirdi.

Aliyə Əsədova,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: