İlanlar və zəhərli sancmalar haqqında yaddaş kitabçası Yeni nəşrlər, Biologiya və tibb elmləri 13 Haziran Son zamanlar ilanlar və zəhərli sancmalarla bağlı xeyli hadisələr baş verir. Bu hadisələr nəinki bu il hər il təkrar olunmaqdadır. Bu hadisələrdən xeyli sayda insanlar zərər görürlər. Odur ki, AMEA Zoologiya İnstitutunun mütəxəssisi biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov tərəfindən "İlanlar və zəhərli sancmalar haqında" yaddaş kitabçası (təlimatlar) hazırlanıldı.AMEA Zoologiya İnstitutunun İnformasiya və İnnovasiya şöbəsindən ZiM.Az-a bildiriblər ki, kitabça geniş oxucu kütləsi üçün nəzərdə tutulub, əhalinin ilanlar və zəhərli sancmalar haqqında düzgün biliklərlə maarifləndirilməsinə, ilanlara qarşı neqativ münasibətinaradan götürülməsinə, Azərbaycanın ilanlar, o cümlədən zəhərli ilan və həşərat növləri haqqında biliklər əldə etməsinə, ən başlıcası zəhərli sancmalardan qorunmaq üçün zəruri olan profilaktik tədbirlər, habelə zəhərli sancma hallarında ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə məlumatlandırmağa xidmət edir.Əziz oxuyucular, yaddaş kitabçasını əldə etməklə insanları maarifləndirək və belə xoşagəlməz hadisələrin qarşısı alınaraq özümüzü ilanlardan və zəhərli sancmalardan qoruyaq.Aysel MƏDƏDLİ,ZiM.AzP.S.: Kitabçanı əldə etmək üçün aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərsiniz.ƏLAQƏ: AMEA Zoologiya İnstitutunun İnformasiya və İnnovasiya şöbəsiTEL: 0125397332zoology.institute@gmail.comict@zoology.science.az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.