Çexiyada dosent Aynel Məşədiyevanın kitabı haqqında rəy çap olunub Yeni nəşrlər, Humanitar elmlər 15 Kasım Bu günlərdə Çexiyada nəşr edilən vəbeynəlxalq bazalarda indeksləşdirilən FILOLOGICKÉ VĚDOMOSTI (ISSN 2464-6768 MK ČR E 22429 № 4 2017) adlı jurnalda AMEA Nəsimi adına Dilçilik İnstitutunun professoru Sevil Mehdiyevanın həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın rus dilində işıq üzü görən “Грамматический статус и семантика причастий в тюркских языках” (“Türk dilllərində feili sifətlərin qrammatik statusu və semantikası”) adlı kitabına yazdığı rəyi çap edilib.Monoqrafiya müasir türk dillərində və onların dialektlərində feili sifətlərin strukturunun, semantikasının və morfoloji-sintaktik funksiyalarının müqayisəli-tarixi aspektdə sistemli təhlilinə həsr olunmuşdur.Müəllif qeyd edir ki, monoqrafiya türk dillərində feili sifətin müqayisəli-tarixi aspektdə ilk müfəssəl tədqiqatdır.Rəydə həmçinin qeyd edilir ki, tədqiqatçı türk dillərinin feili sifət formalarının mənşəyinin və qrammatik statusunun problemlərini əhatəli araşdırmışdır.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.