Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız... Ruhun şad olsun, Nəsib Qurban oğlu Hacıyev!..
(13.11.1916 - 4.08.1976)


Nəsib Qurban oğlu Hacıyev - 1916-cı il noyabrın 13-də Gürcüstan Respublikası Bolnisi rayonundakı Saraçlı kəndində anadan olmuşdur. Natamam orta təhsilini Saraçlıda, tam orta təhsilini isə qonşu Faxralı kəndində almışdır. Orta məktəbi əla qiymətlərlə bitirdiyinə görə ona kənddə müəllimlik etməyə icazə vermişlər. 1934-cü ildə Tbilisi Pedaqoji Texnikumunu bitirmişdir. Elə həmin ildə də Saraçlı yeddillik məktəbinə direktor təyin olunmuşdur. Sonra bir müddət Bolnisi Rayon Xalq Məhkəməsinin sədri işləmişdir.
Böyük Vətən müharibəsi illərində XDİK (NKVD) qoşunları sırasında müxtəlif vəzifələrdə xidmət etmişdir. Müharibə qurtardıqdan sonra Qardabani şəhərində məktəb direktoru işləməklə yanaşı həm də Tbilisi Dövlət Universitetinin hüquq fakültəsinə daxil olaraq ikinci ixtisasa yiyələnmişdir. 1947-1950-ci illərdə Qardabani rayonunun prokuroru, sonra isə 12 il ərzində Rayon Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır.

1962-ci ildə Gürcüstan Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin üzvü təyin edilmiş, 1968-ci ildən isə Ali Məhkəmənin Xüsusi İşlər üzrə Kollegiyasının sədri olmuşdur. 1971-ci ildə "Sovet cinayət hüququ üzrə şərti məhkumluq" mövsunda dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. Gürcüstanın Əməkdar hüquqşünası idi.

Nəsib Hacıyev Gürcüstan vətəndaşları arasında ən tanınmış və nüfuzlu azərbaycanlılardan biri hesab olunurdu. O, rus, gürcü, erməni və türk dillərini mükəmməl bilirdi. Övladları Eldar – kənd təsərrüfatı elmləri doktoru (Moskva), Elşad polis polkovniki (Tbilisi) və Janna tibb elmləri namizədidir (Tbilisi).

1976-cı il avqust ayının 4-də Tbilisi şəhərində vəfat etmişdir.
Məzarı Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"dədir.
Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..


elm.info.az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

Bolus, Hüquq, UNUTSAQ, UNUDULARIQ!....
HƏSƏN HACIYEV (1927-1999)

HƏSƏN HACIYEV (1927-1999)

Tiflis, Bolus
Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Səhiyyə, Borçalı
Professor YAŞAR NAZIYEV (1933-2010)

Professor YAŞAR NAZIYEV (1933-2010)

Bolus
Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Avropa, Rusiya
ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

Bolus, Nekroloqlar
RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

Səhiyyə, Darvaz, Nekroloqlar
MAHMUD QURBAN OĞLU   QƏLƏNDƏROV

MAHMUD QURBAN OĞLU QƏLƏNDƏROV

"XXI əsrin Ziyalıları", Başkeçid
Tibb elmləri namizədi NAMAZ MUSAYEV  (1958-2017)

Tibb elmləri namizədi NAMAZ MUSAYEV (1958-2017)

Səhiyyə, Sağlamlıq, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

Borçalı, Başkeçid
EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926)

EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926)

Başkeçid
Professor  FAİQ MƏMMƏDOV (1929-1987)

Professor FAİQ MƏMMƏDOV (1929-1987)

Başkeçid
NƏRİMAN QURBANOV (1937-2024)

NƏRİMAN QURBANOV (1937-2024)

Qarayazı, TDPİ-nin Azərbaycan bölməsi, Nekroloqlar
Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Darvaz, Nekroloqlar
ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

Bolus, Nekroloqlar
Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Ruhun şad olsun, bacarıqlı təşkilatçı, böyük alim, unudulmaz şəxsiyyət - ak ...

Ruhun şad olsun, bacarıqlı təşkilatçı, böyük alim, unudulmaz şəxsiyyət - ak ...

Digər bölmələr, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Akademik Zahid Xəlilov (1911-1971)

Akademik Zahid Xəlilov (1911-1971)

---
GAMİ-nin İDARƏ HEYƏTİNİN ÜZVÜ

GAMİ-nin İDARƏ HEYƏTİNİN ÜZVÜ

Qarayazı
Etimad AYVAZOV:

Etimad AYVAZOV: "Var olsun elm adamları!"

"Elm və Təhsil", Bolus
Rəy yazın: