Pakistan prezidenti olan azərbaycanlı

Pakistan prezidenti olan azərbaycanlı İlk dəfə bu məlumatı eşidəndə bir az da heyrət etdim:
ona görə ki, deyəsən,
biz yurdumuzun və
özümüzün sərhədlərinizi
yetərincə qiymətləndirməyi
bacarmırıq.

Dünyada ilklərə imza atan,
“Ən yeni tarixin”
yaradılmasında rol almış
soydaşlarımızı tanıyırıqmı?

Əksəriyyətimiz “yox” deyəcək.
Elə bu səbəbdən də
bir tarix yoluna çıxaq:
axtaraq və öyrəndikcə
sizlərə də çatdıraq.


Beləliklə, Pakistanın Prezidenti olmuş azərbaycanlıdan -
General Ağa Məhəmməd Yəhya xan
dan başlayaq.


Qızılbaş törəməsi

Əslən qızılbaşlardan olan Yəhya xan 1917-ci ildə Pəncabda Qasur şəhərinə yaxın yerdə doğulub. Nadir şahla 1738-ci ildə Hindistana gələn xanların nəslindəndir.

Pəncab universitetini bitirən Yəhya xan urdu dili ilə bərabər etnik pəncabi dilini də bilirmiş.

II Dünya Müharibəsində iştirakçısı olan Yəhya xan Britaniya ordusuna yazılıb.

4-cü Piyada qoşun bölməsində zabit kimi xidmət edib. O, İraqda, İtaliyada və Şimalı Afrikada qulluq edib. 1942-ci ilin iyununda həbs olunub Yəhya xan 15 iyul 1939-cı ildə Hindistan Hərbi Akademiyasından zabit rütbəsi alaraq məzun olub. Daha sonra Bəluc polkunda piyada qoşun zabiti olub. Yəhya xan 1942-ci ilin iyununda həbs olunub və İtaliyada hərbi əsir düşərgəsində saxlanılıb. O, II Dünya Müharibəsi dövründə bir müddət də Şimalı Afrikada hərbi əsir düşərgəsində saxlanılıb.

1947-ci ildə o Hindistanın bölünməsindən sonra Pakistan ordusunda vəzifə tutub.

1951-1952-ci illərdə Kəşmirdə atəşkəs xəttinə nəzarət edərkən atəşkəsi tez-tez pozan hindistanlılara cavab vermək qərarına gəlib. Onun əmri ilə Hindistan əsgərlərinə atəş açılıb. Yəhya xan o dövrdə 105-ci müstəqil briqadaya komandirlik edirmiş.

Baş komandanın müavini

Yəhya xan Baş ştabın rəisi kimi 1954-1957-ci illərdə Pakistan ordusunu təkmilləşdirmək üçün reformasiya aparıb. Əyyub Xan tərəfindən ordunun planlaşdırma şöbəsinə başçılıq etmək üçün seçilib. Yəhya xan həmçinin 1958-ci ildən 1962-ci ilədək Baş ştabın rəhbərlik vəzifələrini yerinə yetirib. O, 1962-ci ildən 1965-ci ilə qədər həm də piyada qoşun bölməsinə komandanlıq edib.

Pakistan Ordusunun formalaşmasında xeyli zəhmət çəkən Yəhya xan 1965-ci ildə Hindistan-Pakistan müharibəsi ərzində piyada qoşun bölməsinə başçılıq edib. “Böyük şlem” əməliyyatında 7-ci bölməyə başçılıq edib, göstərdiyi şücaətə görə 1965-ci ildə general-mayor rütbəsindən sonra general-leytenant rütbəsi alıb. Xidmət etdiyi ordunun baş komandanı və Pakistan ordusu baş komandanının müavinini təyin edilib.

Süqut

Əyyub xanın 1969-cu ilin mart ayında dövlət başçılığından istefa verməsindən sonra onun yerinə keçib. Onun hakimiyyəti çox çətin dövrə düşüb. Həmin dövrdə Şərqi Pakistanda benqallar üsyana başlayıb və bu Hindistanla müharibəyə səbəb olub. Müharibədə Pakistan məğlub olub və 90 min Pakistan əsgəri Hindistana əsir düşüb.

Yenidən həbs

1971-ci ildə dekabr ayında Şərqi Pakistan Banqladeş adıyla müstəqilliyini elan edib. Bundan sonra vəzifəsindən uzaqlaşmaq məcburiyyətində qalıb və yerinə keçən Zülfüqar Əli Düymənin əmri ilə həbs olunub. İnfarkt keçirərək iflic olandan sonra sərbəst buraxılıb və siyasətdən tamamilə uzaqlaşıb.

Yəhya xan 10 avqust 1980-cı ildə Ravalpindi şəhərində vəfat edib.

Allah rəhmət eləsin!..
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: