Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin icrasına başlanılıb Azərbaycan 18 Mayıs Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müstəqilliyin 25 ili: azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda araşdırmalar və tədbirlər” adlı yeni layihənin icrasına start verilib.“Türk Dünyası İnfo” İctimai Birliyindən ZiM.Az-a bildiriblər ki, 4 ay müddətinə həyata keçiriləcək bu layihənin məqsədi azərbaycançılıq ideologiyası əsasında dünya azərbaycanlılarının həmrəyliyi, milli-mənəvi dəyərlərin, ana dilinin qorunması, inkişafı istiqamətində siyasətin özəllikləri, bu sahədə görülmüş işlərə nəzər salmaq, araşdırmalar aparmaqdır.Birliyin sədri Dəyanət Osmanlı vurğulayıb ki, Azərbaycan xalqının müasir taleyində azərbaycançılıq ideyasının dövlət ideologiyasına çevrilməsi prosesinin öyrənilməsi və araşdırılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Azərbaycançılıq ideyasının tərkib hissəsi olan milli birliyin yaranması, ana dilinin təkmilləşdirilməsi yönündə görülmüş işlərin gənc nəslə çatdırılmasına bir ictimai təlabat duyulmaqdadır. Bu baxımdan, Azərbaycanın bölgələrində yaşayıb yaradan yazarlar və yaradıcı gənc nəslin nümayəndələri arasında ictimai əhəmiyyətli məsələlərin, o cümlədən milli-mənəvi dəyərlərimizin təbliği bu gün də önəmlidir. Layihə çərçivəsində “Azərbaycanlıların birliyi ideyası: dilimizin, bu günü və sabahı naminə” devizi altında “Müstəqilliyin 25 ili: azərbaycançılıq ideyası və dil siyasəti” adlı kitabın təqdimatı və Azərbaycan dilinin qorunması və təbliği ilə bağlı görüş-müzakirələr keçiriləcək.Kitabın nəşri ilə azərbaycançılıq ideologiyasının xalqımızın milli-mənəvi inkişafında, dilimizin qorunmasında və zənginləşməsində rolunu əks etdirən seçmə materiallar ictimaiyyətin diqqətinə təqdim olunacaq.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.