Təbrik edirik, Sona xanım VƏLİYEVA!.. Azərbaycan, Təbriklər 29 Mayıs TƏBRİK EDİRİK!..Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü, “Kaspi” qəzetinin təsisçisi Sona xanim Vəliyevanın doğum günüdür.Vəliyeva Sona Məhəmməd qızı 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur.1980-1984-cü illərdə ADİU-nun Mədəni-maarif fakültəsinin təşkilatçı-metodist şöbəsində təhsil almışdır.1984-1994-cü illərdə Ü.Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunda müəllimə, 1995-1999-cu illərdə “Səs” qəzetində müxbir, 1999-2007-ci illərdə “Kaspi” qəzetində direktor vəzifələrində çalışmışdır.2005-ci ildə jurnalist fəaliyyətinə görəAzərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli televiziya və radio şurasının üzvü təyin edilmişdir.Ailəlidir. İki övladı var.ZiM.Az-ın bütün yaradıcı heyəti adından Sona xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, işlərində və yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.