TÜRK DÜNYASININ ÖNCÜL OĞLU Azərbaycan, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Borçalı, Darvaz 18 Temmuz TÜRK DÜNYASININ ÖNCÜL OĞLUTanınmış elim adamı Müşfiq Mədəd oğlu Borçalı hələ tələbəlik illərindən başlayaraq Azərbaycanımız üçün 30-dan çox böyük və dəyərli kitablar yazıb, ərsəyə çatdırmış, bir para qaranlıq sahələri araşdırıb, üzə çıxarmışdır. Bu günlərdə Müşfiq Borçalının qələmə aldığı “Sazlı sözlü Başkeçid” adlı üç cilddən ibarət daha bir sanbalı kitabı nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmiş və qısa müddətdə hamı tərəfindən böyük rəğbət qazanmışdır. Gərgin zəhmət hesabına başa gələn bu dəyərli kitabı münasibəti ilə Müşfiq Borçalını ürəkdən təbrik edir və bu kiçik şerimi ona ünvanlayıram.Haqqdan qələm bağışlanıb,Yazdıqları nağıllaşıb,Dədə Qorquddan bu yana Ölkəmizdə alqışlanıb.Ata-oğul yazıbsınız,Borçalını anaıbsiniz,Tanrım sizə bəxş eyləyib,Fəxri adlar alıbsınız.Müşfiq Allah bəndəsidir,Borçalının öz səsidir.Türk xalqının öncül oğlu -Sevildikcə seviləsidir.Kim oxuyub salsa nəzər,Hafizəsi təzələnər.Adlı - sanlı qəzetləri,Ələ keçsə əl-əl gəzər.Qoruyub, saxlayıb düzü,Professor yazıb “Ön söz”-ü,Sazlı sözlü Başkeçidin Görüşünə gedir özü.Fikir versəz hər anına,Gələnlər çoxdur yanına.Saya gəlməz yazdıqları,Köməkdi yeni yazana.Uzaqlardan gəlir səsi,Dəyərlidi hər kəlməsi.Qədir bilən alimlərimiz,Sayır elmin sayt seçməsi.Harda olsa uça görüm,Yüz yaşında qoca görüm.Yolu zirvəyə doğru-O zirvəyə çata görüm.Hörmətlə,Ələddin Rövşənoğlu,Gürcüstan RespublikasıƏrcivan-Sarvan kəndi,“Şərəf” ordenli müəllim. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.